2-06-2023, 16:37- “Orbita MTK” - nın qanunsizluqlarının həddi hüdudu yoxdur… - Video
1-06-2023, 14:38- SABİRABAD SƏHİYYƏSİNİN QARA DƏLİK BƏLASI KİMDİ?
29-05-2023, 17:58- Finlandiya Xarici İşlər Nazirliyi: ATƏT Moskva və Minskə görə dağıla bilər
29-05-2023, 16:58- AXCP fəalı polisə müqavimət ittihamıyla həbs olundu
29-05-2023, 15:03- Azərbaycanda 1 milyona yaxın vətəndaş seçici kimi qeydiyyata alınmayıb — MSK ilə Statistika Komitəsinin rəqəmləri niyə uyğun gəlmir?
29-05-2023, 14:30- Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib
29-05-2023, 14:01- Taksi biznesi də monopoliyaya götürülür
29-05-2023, 13:26- Göyçayda yeniyetmə qıza qarşı cinayət: ailə istintaqdan narazı qalıb
29-05-2023, 12:27- Brilliant Dadaşova: “Türkiyə rəhbərliyində kim olsa, bizim üçün göz üstündə yeri var, hamısı qardaşlarımızdır”
28-05-2023, 19:28- 3 nəfərin minadan həlak olduğu deyilir
26-05-2023, 17:42- Müsavat liderləri ALDE qrupunun liderlərinin konfransına qatılır
26-05-2023, 16:23- İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir
26-05-2023, 16:00- Göygöldə kəndi sel basıb, ölənlər var
26-05-2023, 15:11- DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’
26-05-2023, 13:38- Həbsdə olan ilahiyatçıların ailə üzvləri etiraz aksiyası keçirib
26-05-2023, 13:13- Ölkə başçılarının Moskva görüşü: “Putinin qarşısında vahid mövqe sərgilədilər”
24-05-2023, 19:01- Sanksiyalar şəraitində Litva səfəri
24-05-2023, 16:57- Aygün Hümbətova polisdə təhdid edildiyini iddia edir
24-05-2023, 15:43- Əli Məsimli: “Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalının həyat yoldaşı, üç azyaşlı və xəstə uşaq anası Aygün Hümbətova mayın 23-də səhər saat 10-da Zirə qəsəbəsində yerləşən evində saxlanılıb və Şüvəlan qəsəbə polis bölməsinə aparılıb. Bu barədə Turan-a Hümbətova özü bildirib.
Mayın 23-də günorta saat 12-də Hümbətova həyat yoldaşının 10 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq təkbaşına aksiya keçirməyi planlaşdırırdı.
Aksiya baş tutmayıb, belə ki, Hümbətova saat 18-ə qədər bütün günü Şüvəlan polis bölməsində keçirib.
“Məni təhdid ediblər, həbs edəcəklərini, mühakimə edəcəklərini, cinayətkarlarla bir kameraya salacaqlarını, orada döyüləcəyimi deyiblər. Polislər DİN-in binası qarşısında etirazlara son qoymağımı tələb ediblər, amma mənim başqa çıxış yolum yoxdur.
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənə ünvanlı sosial yardım düşmədiyini bildirib. Nazirliyin məktubunda deyilir ki, bizim ailəmizin adına motosiklet qeydiyyatdadır, deməli, bizim qazanc vasitəmiz var. Mən motosikleti başqasının adına keçirəcəyəm və yenidən sosial yardım tələb edəcəyəm. Mənim və siyasi məhbus Aqil Hümbətovun üç xəstə azyaşlı uşağının dolanmaq imkanımız yoxdur”, deyə Aygün Hümbətova Turan-a bildirib.
Mayın 22-də o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında ona ünvanlı sosial yardım verilməsi tələbi ilə etiraz aksiyası keçirib.
DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, Hümbətova həyat yoldaşının qanunsuz həbsindən verdiyi şikayətlə əlaqədar polis bölməsinə dəvət olunub. Onunla söhbət aparılıb, tələbləri dinlənilib, daha sonra o gedib. Hümbətovaya qarşı qanunsuz hərəkətlərə yol verilməyib.
“DİN Hümbətovaya münasibətdə qanunun tələblərinə uyğun hərəkət edib”, deyə E.Hacıyev bildirib.
Contact.az