Anons

6-09-2023, 16:30- Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.

30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir

27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi

26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah

26-07-2023, 13:31- REKTOR XOFU

25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq

24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub

22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında

22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir

21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı

21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq

20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı

19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir

19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”

17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır

17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."

17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."

16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir

15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir

Haqqımızda Əlaqə

Sanksiyalar şəraitində Litva səfəri

Tarix:24-05-2023, 19:01 Baxış Sayı:14

Sanksiyalar şəraitində Litva səfəri

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

Mayın 19-da Azərbaycan prezidentinin Litvaya səfəri zamanı əsas məsələ Rusiyaya qarşı sanksiyalar idi. Litva prezidenti Gitanas Nauseda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra nitqində məhz bu məsələni xüsusi olaraq vurğulayıb.

“Rusiyanın hazırda Ukraynada apardığı qəddar müharibə əməkdaşlığımıza yeni məzmun qatıb. Biz Rusiyanın sanksiyalardan yayınmaması üçün bir yerdə çalışmalı və Ukraynanı qələbəsinə qədər dəstəkləməliyik”, deyə Nauseda bildirib.

Latviya, Estoniya və Polşa ilə yanaşı Litva da Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq ona qarşı daha sərt və güzəştsiz mövqe tutmağın tərəfdarıdır. Amma Aİ-nin Rusiyaya qarşı sanksiyalarla bağlı birliyi pozulmağa başlayıb, belə ki, onların Avropa iqtisadiyyatına necə təsir edə biləcəyi ilə bağlı narahatlıqlar Rusiyaya təzyiqdə qətiyyəti zəiflədir.

Dekabrın 15-də Aİ liderləri doqquzuncu sanksiyalar paketi ilə razılaşıblar, amma danışıqlar qızğın keçib: Rusiya ilə qonşu olan Polşa və Baltika ölkələri daha sərt tədbirlərin tərəfdarı olduqlarını bildiriblər, bir halda ki, Belçika və Yunanıstan, Rusiyadan enerji daşıyıcılarının idxalından daha çox asılı olan Macarıstan daha geniş miqyaslı tədbirlərə etiraz ediblər, bu barədə Reuter-ə Aİ diplomatları bildiriblər.

Litvanın XİN başçısı Qabrielyus Landsberqis sanksiyalar haqqında bu sazişi “əldən verilmiş fürsət adlandıraraq”, Aİ ölkələrinin daha sərt addımlardan daha çox istisnaların müzakirəsinə vaxt ayırmasından məyus olduğunu bildirib.

Litva həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin, xüsusən də Azərbaycanın Aİ ilə münasibətlərində səmərəli vasitəçi kimi məşhurdur.  Vilnyus Azərbaycanda Aİ-nin 17 tvininq layihəsini həyata keçirib, diqqəti nəqliyyat təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, pensiya islahatı və səhiyyə, energetika kimi sahələrə cəlb edib. Təsadüfi deyil ki, Əliyev qeyd edib ki, ötən ilin mayında prezident Nausedanın Bakıya səfərindən iki ay sonra Azərbaycanın Avropa İttifaqı ilə qaz əməkdaşlığı haqqında memorandum imzalanıb, bu da Balkanlarda Azərbaycan qazının iştirakı ilə bir sıra layihələrin işə salınması üçün əsas olub. Ötən il Azərbaycan Avropaya qaz tədarükünü 3 mlrd. kubmetr artıraraq, 12 mlrd. kubmetrə çatdırıb. Bu, Xəzər şelfində artan qaz hasilatı sayəsində mümkün olub. 2027-ci ilə qədər Avropaya qaz tədarükü 20 mlrd. kubmetrə çatacaq. Bu ilin sonuna doğru isə qaz artıq Macarıstana və Slovakiyaya daxil olacaq.

Azərbaycanın sanksiyalardan yayınması mümkünlüyü mövzusu təsadüfən yaranmayıb. Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlanğıcından etibarən Ermənistan ekspertləri Rusiya qazının və neftinin sanksiyalardan yayınmaqla dünya bazarlarına tədarükü üçün Azərbaycan infrastrukturundan istifadəsi haqqında yalan məlumatlar yayırlar.

Turan-ın Analitika Xidmətinin – ASTNA-nın qeyd etdiyi kimi, Azərbaycan və Rusiya ötən illərdə ənənəvi olaraq, amma bəzi fasilələrlə mövsümlük təbii qaz mübadiləsi sahəsində əməkdaşlıq edirdi. Yay mövsümündə Azərbaycan Rusiyaya təxminən 0,5-1 mlrd. kubmetr civarında qaz tədarük edirdi, qış mövsümündə Rusiya eyni həcmdə qazı Azərbaycana tədarük edirdi. 2022-ci ilin dekabrından 2023-cü il aprelin 1-nə qədər Azərbaycana təxminən 1 mlrd. kubmetr qaz tədarük edib. Və bununla da əməkdaşlıq başa çatıb.

Neftə gəlincə, Lukoyl şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərindən Xəzərin Rusiya şelfindən neft nəqli üçün istifadə edib. Nəqlin həcmi 2 mln. tona çatıb. 5 dekabr 2022-ci il tarixindən Rusiyaya qarşı sanksiyaların qüvvəyə minməsi ilə əlaqədar Rusiya neftinin nəqli dayandırılıb.

Əliyevin Nauseda ilə şəxsi görüşdə bununla bağlı nə cavab verdiyi məlum deyil. Vilnyusda keçirilən brifinqdə Ukrayna müharibəsi və Azərbaycanın sanksiyalarda iştirakı mövzusundan yan keçib. Əliyev diplomatik şəkildə ikitərəfli münasibətlər və Litvanın Azərbaycanın Aİ ilə əməkdaşlıq qurmasında rolu haqqında danışmağa üstünlük verib.

Əliyev Rusiyaya münasibətdə mövqe seçimi məsələsində çətin ki, radikal əhval-ruhiyyəli Baltika ilə eyni cərgədə dayansın. O, daha çox Yunanıstan və Macarıstanla birlikdə Avropa səfini tutmağa meyllidir, amma geosiyasət məsələlərində onun Türkiyə ilə birgə hərəkət etdiyini unutmaq olmaz. Atası Heydər Əliyevdən miras aldığı bərabər məsafə strategiyası prioritet olaraq qalır: o, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yüklər göndərir, bu zaman sanksiya siyasəti çərçivəsində xüsusi canfəşanlıq nümayiş etdirmir. Bu hallarda Əliyev həmkarları ilə səmimi söhbətə kölgə salmamaq üçün ticari-iqtisadi münasibətlərin inkişafı haqqında danışmağa üstünlük verir.

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL