Anons

6-09-2023, 16:30- Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.

30-07-2023, 17:12- Moskvaya yenə dron hücumları olduğu bildirilir

27-07-2023, 15:31- Cəbhəçiyə 3 ay həbs verildi

26-07-2023, 19:10- Cəbhəçi həbs edilib, DİN-dən izah

26-07-2023, 13:31- REKTOR XOFU

25-07-2023, 14:14- ABŞ səfirliyi: Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq

24-07-2023, 16:25- ‘Hürriyyət’ qəzetinin baş redaktoru həbs olunub

22-07-2023, 13:48- Azərbaycan mətbuatı 148 yaşında

22-07-2023, 11:03- ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir

21-07-2023, 18:09- Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı

21-07-2023, 16:22- Söyüdlü kənd sakinlərinin sağlamlığı və müraciətləri araşdırılacaq

20-07-2023, 13:00- Türkiyədə gün ərzində 7-ci ZƏLZƏLƏ

20-07-2023, 11:58- Britaniya Rusiyaya qarşı sanksiyaların nə qədər davam edəcəyini açıqladı

19-07-2023, 20:36- Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir

19-07-2023, 16:49- Qarabağ əlili: “Ayaqlarım başıma bəla olub”

17-07-2023, 17:26- Avropa Parlamenti NATO-nu Ukraynanı alyansa qoşulmağa dəvət etməyə çağırır

17-07-2023, 10:08- Fazil Mustafa manatlıq taksilərə dəstək verdi — "İnsanlar kefindən istifadə etmir ki..."

17-07-2023, 10:07- Hərbçimiz cəbhədəki SON VƏZİYYƏTDƏN danışdı: "Bir neçə gündür..."

16-06-2023, 20:26- Jurnalist polisin aksiyada ona qəsdən xəsarət yetirdiyini deyir

15-06-2023, 22:27- Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb, onu 12 ilədək həbs gözləyir

Haqqımızda Əlaqə

Rəsmi Bakı və Tehran problemləri telefonda müzakirə edib

Tarix:9-06-2023, 13:23 Baxış Sayı:23

Rəsmi Bakı və Tehran problemləri telefonda müzakirə edib

Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq əldə ediblər

İyunun 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Tərəflərin Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələlərini müzakirə etdiyi bildirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi  məlumat yayıb.

Nazirlik qeyd edib ki, həmin istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.

İyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində Tehrandan müraciət daxil olub.

Ancaq nazir Bayramov Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işinin davam etdiyini də xatırladaraq əlavə etmişdi ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir:

Azərbaycan tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycana bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.

2023-cü ilin yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov öldürülüb:

“Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb”.

Yanvarın 30-da Azərbaycan səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilib və səfirliyin fəaliyyəti dayandırılıb.

Martın 28-də saat 21:51-də isə Milli Məclisinin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında  güllələnib.

Deputat sağ çiyinindən və sağ ayağından yaralanıb.

Elə həmin gün Baş Prokurorluq deputata silahlı hücumla bağlı cinayət işi açıb.

Bir gün sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya silahlı hücumla bağlı cinayət işi açıb.

Bildirilib ki, qurumun İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bu gün hüquq-mühafizə orqanları Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar altı nəfərin Qaradağ rayonu ərazisində saxlanılması haqda məlumat yayılıb.

Saxlanılan şəxslərin hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri, onların yaşadıqları evlərdə axtarış keçirildiyi bildirilir.

MEYDAN TV

dle

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL