Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Tələbə: “Topladığım ballara baxmayaraq, təqaüd alanlar siyahısına düşə bilməməyimə təəccübləndim”

Tarix:23-02-2023, 17:45 Baxış Sayı:432

Tələbə: “Topladığım ballara baxmayaraq, təqaüd alanlar siyahısına düşə bilməməyimə təəccübləndim”

Tədris şöbəsinin müdiri hesab edir ki, tələbənin bakalavriat vaxtı təqaüd alıb, magistraturada almaması təbiidir

“Bu ilin əvvəlində təqaüdlərimiz artırılanda imtahanlara çox böyük ümid və arzu ilə hazırlaşdım, nəticədə yaxşı ballar aldım. Ailə vəziyyətim ağırdır. Evdə yalnız anam işləyir. Çalışırdım ki, təqaüdə düşüb, ən azından öz xərcimi ödəyim, evə yük olmayım. Topladığım ballara baxmayaraq, təqaüd alanlar siyahısına düşə bilməməyimə təəccübləndim, həm də məyus oldum”.

Bunu Meydan TV-yə Mingəçevir Dövlət Universitetinin magistr pilləsində təhsil alan tələbə deyir.

Adını açıqlamaqdan çəkinən tələbə iddia edir ki, ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olsa da, təqaüd ala bilməyib:

“Müəllimdən səbəbini soruşdum, dedi ki, dövlət sifarişli yer ayrılmadığı üçün mən təqaüdə düşə bilmirəm. İmtahanlara böyük həvəslə hazırlaşmışdım və yaxşı ballar toplamışdım”.

“Onu da deyim ki, universitetimizdə bakalavr üzrə təhsil alanların əksəriyyəti təqaüd problemi ilə üzləşib”, -şikayətçi deyib.

Mingəçevir Dövlət Universitetinin (MDU) Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov Meydan TV-yə bildirib ki, həmin tələbə problemi ilə əlaqədar mütləq onlara müraciət etməli idi:

“Mingəçevir Dövlət Universitetində elə bir mühit yoxdur ki, hansısa tələbə fikirlərinə görə sıxışdırılsın.Tələbə gəlib, etirazını bildirsə də, ona heç bir problem ola bilməz. Şikayətçi bakalavriatı da burada oxuyubsa, yaxşı bilir ki, tələbə öz sözünü rəhbərliyə ən üst səviyyədə deyə bilir”.

Tələbənin şikayətinə gəlincə şöbə müdiri xatırladır ki, hazırda təqüdlər hər hansı bir şəxsin dövlət sifarişli və yaxud ödənişli təhsil almasına görə deyil, ümumorta müvəfəqiyyət göstəricisinə görə verilir:

“Tələbənin bakalavriat vaxtı təqaüd alıb, magistraturada almaması təbiidir. Buna təsir edən amil ümumi orta müvəffəqiyyət göstəricisidir. Tələbə deyə bilməz ki, ona hansısa imtahanda qərəz olub”.

2023-cü il yanvarın 1-dən dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb.

Sərəncama əsasən, magistratura səviyyəsi üzrə akademik göstəriciləri

–    91–100 bal olan tələbələr üçün – 195 manata,

–    71–100 bal olan tələbələr üçün – 160 manata,

–    51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılıb.

Artımların ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə etdiyi bildirilir.

Dövlət hesabına və ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə verilir.

ÜOMG – bir semestr ərzində keçirilən bütün fənlər üzrə tələbənin topladığı balların ümumi ortalamasıdır.

Hər növbəti semestrdə tələbənin təqaüd alması, yaxud alacağı təqaüdün miqdarı onun əvvəlki semestr imtahanlarının nəticələrinə əsaslanır.

Ödənişsiz əsaslarla təhsil alan tələbə kimi ödənişli təhsil alan tələbə də təqaüd ala bilər, ancaq bu o tələbənin imtahan nəticələrinə bağlıdır.

Verilən təqaüd sayı dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin sayına əsasən müəyyənləşir.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL