Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Belə dövlət olmaz!

Tarix:5-06-2022, 18:13 Baxış Sayı:73

Belə dövlət olmaz!

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

Neçə gündür dəfələrlə status yazmaq istəsəm də yaza bilməmişəm. Sanki içimdə həvəsim tükənib. Bədbəxt ölkəmə, onun zavallı insanlarına baxıb dəhşətə gəlirəm. Belə həyat, belə yaşayış, belə dövlət olar?!

Guya dövlət adlanan bu çoğrafiyanı ələ keçirənlər onunla sanki işğal etdikləri ərazi kimi davranırlar. İşğalçılar istila etdikləri torpaqları hansı düşmənçiliklə, nifrətlə yağmalayıb əllərinə düşən qəniməti həmin torpaqlardan necə daşıyıb aparırlarsa, eyni durumla üz-üzəyik.

İşğalçılar istila etdikləri ölkələrin əhalisi ilə necə davranırsa, bizimlə də eyni cür davranırlar: əsir götürülmüş əhali statusunda.

Konstutusiyamızın 12-ci maddəsinə görə dövlətin əsas vəzifəsi vətəndaşların hüquq və azadlıqlarının qorunması olsa da, gerçəkdə dövlət insanların hüquqlarını tapdalamaq, haqlarını çeynəmək üçün mövcuddur.

Ölkə insanı işsizdir, yoxsuldur, ona yardım etmək əvəzinə cərimələrlə əzirlər! Ən azı bir milyon insanın 250 manat və daha aşağı maaş və pensiya aldığı ölkədə əksər cərimələr 400 manatdan başlayır. Covid bəhanəsilə yoxsul vətəndaşlardan on milyonlarla cərimə yığırlar, halbuki kasıb Gürcüstan bu cərimələrin hamısını silib.

Məhkəmələrin, hüquq mühafizə orqanlarının vəzifəsi qanunu qorumaq yox, vətəndaşların qanını sormaqdır. Məmurlar bizimlə 3-cü, 4-cü növ insanlar kimi, ikrahla davranırlar.

Ağır zəhmətlə, təhlükəli əməklə məşğul olun evinə halal çörək aparan TIR sürücülərini boğaza yığ, onları canlarından bezdir, müflis et, etirazdan başqa yol buraxma, sonra da haqqını tələb edənləri şərləyib həbs et. Hələ utanmadan, heç bir hədd tanımadan onlarla maraqlanan hüquq müdafiəçilərinə qarşı da tərbiyəsizlik, zorakılıq et!

Belə dövlət olmaz!
Belə dövlət idarə etməzlər!

Ölkəmizdə yaşananlar yalnız Şimali Koreyada, Türkmənistanda, Suriyada baş verə bilər. Azərbaycan vətəndaşı bunu özünə rəva görürmü?! Rəsulzadənin ölkəsi, varisləri buna layıqdirmi?

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL