Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Paşinyan “Laçın yolu”nu niyə istəmir?

Tarix:28-08-2022, 15:05 Baxış Sayı:35

Paşinyan “Laçın yolu”nu niyə istəmir?

AXCP sədrinin müavini Seymur Həzi

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan dövlət başçısı İlham Əliyevin 14-15 dekabr  2021-ci il tarixində Brüssel görüşlərindən sonra iki mühüm mövzu gündəmə gəldi. Onlardan biri Paşinyanın Azərbaycanın digər hissəsi ilə Naxçıvan MR-i birləşdirən nəqliyyat kommunikasiyasına Ermənistan dövlətinin nəzarət edəcəyini bəyan etməsi idi. Digər mövzu isə Azərbaycan rəhbərinin bu bəyanata  qarşılıq olaraq, Bakının da öz növbəsində Laçın dəhlizində gömrük və sərhəd nəzarəti həyata keçirəcəyi barədə fikirləri oldu.

Hər iki fikir müxtəlif subyektiv və obyektiv şərhlərə məruz qaldı, amma yenə də kimin nə dediyi və bunu hansı məqamda nəyə aid etdiyi bəlli olmadı. Üstündən az  qala iki həftə ötməsinə baxmayaraq, tərəflər bir neçə müəmmalı müddəanın ətrafında var-gəl etməkdədir. Paşinyan daha sonra başqa bir dəqiqləşdirici bəyanat da verdi, amma niyəsə Azərbaycan hökuməti onu eşitmədi. 

Paşinyanın iddiası nəyədir? 

Ermənistan baş naziri Azərbaycanın iki ərazısini birləşdirmək üçün Ermənistandan keçən yola öz dövlətinin nəzarət etməsini istəyir. Burada qeyri-qanuni bir məsələ varmı? Yox. Üstəlik, hamıya bəllidir ki, bu yola nəzarət etmək iddiası Rusiyanın əsas planıdır. Kreml bu yola nəzarətlə həm lazım olanda onu bağlamaq üçün provokasiyalar törədib, hər iki ölkənin “ağsaqqalı”na çevrilə bilmək, həm də xalqların davasının torpaq yox, milli ayrı-seçkilik zəminində olduğunu sübut etmək üçün istifadə edəcək. Ermənistanda bunu bilməyən yoxdur. Azərbaycanda da həmçinin. Azərbaycan niyə Ermənistandan keçən yola Rusiyanın nəzarət etməsində maraqlı olmalıdır? Axı, biz Rusiyanı nəinki ölkəmizdə, heç regionda da arzulamamalıyıq. İstər formal, istər qeyri-səlis məntiq deyir ki, Rusiya nəhayətdə düşmənin müttəfiqidir. İndi düşmən öz müttəfiqini qovursa, biz buna niyə mane oluruq? Üstəlik, Rusiyanın Azərbaycanla Ermənistanın yeni bərpa olunan sərhədlərində törətdikləri yəqin ki, heç kimə sirr deyil. Əgər Paşinyan Rusiyanı bölgədən çıxarıb, baş verənlərə özü birbaşa məsuliyyət daşımaq istəyirsə, bizim maraqlarımız da bunu tələb etmirmi? Qarşımızdakı Rusiya deyil, Ermənistan olar. 

Azərbaycan nə deyir? 

İlham Əliyev deyir ki, Ermənistan kommunikasiyalara gömrük xidməti qoyacaqsa, biz də Laçın dəhlizində eyni işi görəcəyik. Burada qeyri-müəyyən bir məqam var. Əgər İlham Əliyev Gorusdan Laçına girişi nəzərdə tutursa,  burada sərhəd nəzarəti çoxdan olmalı idi. Azərbaycan uzun zamandır bu addımı atmamaqla özünün sərhədlərinə tam nəzarəti həyata keçirməmiş qalıb. Yox, Şuşadan Xankəndinə olan  yolu nəzərdə tutursa, o zaman yanlışa yol verir. Çünki  bizim öz ərazimizin bir hissəsinə gedən yolda hər hansı daxili gömrük xidməti qoymağımız yanlış olar. Bu, o deməkdir ki, Ermənistan Naxçıvanı bizim anklav, Azərbaycan da Qarabağı Ermənistanın anklavı  kimi qəbul edir. Bu isə yolverilməzdir. 

Problem nədir? 

Azərbaycan üçün çətinlik ondadır ki, Laçından girişə hər hansı nəzarətin tətbiq edilməsi üçün Ermənistanla deyil, Rusiya ilə danışmaq lazımdır. Bakı bunu edə biləcəkmi? Üstəlik, Paşinyan son günlərdə münaqişə ilə bağlı növbəti çıxışında Azərbaycanın ərazi bütövlüyünün Ermənistan  və dünya tərəfindən 1991-ci ildə tanındığını deməklə, Rusiyanı da burada çətin vəziyyətə salıb. O, faktiki İrəvanın iddialarından geri çəkildiyinə və çəkiləcəyinə eyham vurmaqla Kremlin regiondakı fəaliyyətini təktərəfli zərurətə çevirib. Maraqlıdır ki, Azərbaycan tərəfi hələ də bu bəyanata cavab və ya qarşılıq verməyib. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL