27-03-2023, 18:22- Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...
25-03-2023, 23:07- Səs-küydən təngə gələn Gəncə sakinləri məhkəməyə üz tutmaq fikrindədir
25-03-2023, 22:44- Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO
25-03-2023, 21:16- SEPAH Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə toplayıb
25-03-2023, 15:16- NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…
25-03-2023, 15:03- Agentlikdə kök salmış Qasımovlar klanı
25-03-2023, 14:25- Ermənistan Putini həbs edə biləcək?
25-03-2023, 09:40- Bəraət alan “Tərtər məhbusları” kompensasiya tələb edir
23-03-2023, 19:58- Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb
23-03-2023, 19:33- Rəqs videosu yayılan 5 iranlı qız həbs olundu - Üzr istətdilər (VİDEO)
23-03-2023, 16:55- Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı
23-03-2023, 14:54- "Ovçular Ət və Ət Məhsulları" MMC ilə AQTA işbirliyi ifşa edilir - ŞOK İDDİALAR
23-03-2023, 13:46- Naxçıvanda “Cahan Holdinq” ÖZBAŞINALIĞI... - İşçilər ÇARƏSİZ DURUMDA...
22-03-2023, 17:32- ‘Ermənistanın 10 minlik ordusu hələ də Azərbaycandadır’
22-03-2023, 16:52- Məşhur icra başçısı yola salınır - FOTO
22-03-2023, 14:19- İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb
22-03-2023, 12:48- DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK
22-03-2023, 11:45- Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar
22-03-2023, 11:02- “İş olmayanda balalarımın üzünə baxa bilmirəm”
22-03-2023, 09:01- Pakistan və Əfqanıstanda ölənlərin sayı artdı - YENİLƏNİB
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinin binasına silahlı basqın edilib. Hücumun qarşısını almağa çalışarkən səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb.
İlkin dəqiqləşməmiş məlumata görə, hücumu həyata keçirən şəxs Yasin Hüseynzadə adlı İran vətəndaşı olub.
Bu baş verən hadisə kiminsə fərdi qaydada həyata keçirdiyi zorakılıq, silahlı hücum fəaliyyəti deyil, xüsusi olaraq planlaşdırılaraq həyata həyata keçirilən terrordur və Azərbaycan dövlətini təhdid etmək məqsədi daşıyır.
Bu silahlı hücumun arxasında İran xüsusi xidmət orqanlarının durması ehtimalı kifayət qədər yüksəkdir. Bu günə qədər İran generallarının Azərbaycanı hədələnməsi ilə bağlı çox saylı nümunələr olduğunu unutmamalıyıq.
Yəqin ki, bir məqsəd ermənilərin əli ilə İsraillə yaxınlaşan Azərbaycanı cəzalandırmaqdır.
Diqqəti cəlb edən bu hadisənin dünən ABŞ və İsrailin birgə keçirdiyi indiyə qədərki ən böyük hərbi təlimlə eyni vaxtda baş verməsidir. Bu təlimdə gəmilərlə yanaşı B-52 strateji bombardmançılar və F-35 lər də daxil olmaqla 142 təyyarə iştirak edir. Bu miqyasda təlim açıq aşkar İrana qarşı əməliyyatlara hazırlıq kimi dəyərləndirilir və Tehran da öz növbəsində yaxınlaşan təhlükəni hiss edir. Odur ki, İran rejimi bu terrorla İsrailin regiondakı ən yaxın müttəfiqi kimi Azərbaycanı hədəf seçməklə, hər cür gözlənilməz cavablara hazır olduğu ilə bağlı İsrailə və onunla əməkdaşlıq edən Azərbaycana mesaj vermiş olur.
Daha az ehhtimal olunan bir variantda budur ki, bu terror aktının törədilməsində Rusiya xüsusi xidmət orqanlarının əli ola bilər. Blinkenin İlham Əliyevə zəngindən sonra Brüssel danışıqlarının yenidən başlaya biləcəyi və son günlər beynəlxalq təzyiqlərlə üzləşən Azərbaycanın Laçın yolundakı aksiyanı dayandıracağı ehtimalı yaranıb. Bu da regionda gərginliyin azalması və dialoq mühitinin yaranacağı və beləliklə də Rusiyanın ofsayda qalacağı ilə bağlı Moskvada narahatlıq yaradıb. Ona görə də Rusiya Azərbaycan və İran arasında gərginliyi qızışdıraran belə bir terror təşkil etməklə, regionda yenidən vəziyyəti gərginləşdirməyə çalışa bilər.