Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Dünya Bankının Azərbaycanın təhsil və səhiyyə üçün qeyri-rəsmi ödənişlərə münasibəti

Tarix:4-05-2019, 15:52 Baxış Sayı:116

Dünya Bankının Azərbaycanın təhsil və səhiyyə üçün qeyri-rəsmi ödənişlərə münasibəti

Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2017" adlı nəşrində, 2010-cu il göstəriciləri əsasında Azərbaycan, təhsil və səhiyyə üçün qeyri-rəsmi ödənişlərin ən geniş yayıldığı ölkələrdən biri kimi təqdim olunur.

Buna isə səbəb Azərbaycanda dövlət qurumlarına etibarlılığın aşağı səviyyədə və sosial xidmətlərə ayrılan maliyyə resursların çatışmazlığıdır, Dünya Bankı qeyd edir.

Bank qeyd edir ki, qeyri-rəsmi ödənişlərlə bağlı statistika Avropa Yenidənqurma və İnkişaf Bankının 2010-cu ildə dərc edilmiş sorğusundan qaynaqlanır.

Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2017, İdarəetmə və Qanun" adlı hesabatında hökumətlərin siyasi layihələrinin icra edilməsinin effektivliyi və ziyanlı layihələrin davam etməsinin səbəbləri araşdırılıb.

Hesabatın "İdarəetmə və bərabərlik" bölməsində qeyd edilir ki, siyasi qərarların və layihələrin effektiv olması üçün bu layihələr ictimaiyyət tərəfindən ədalətli sayılmalıdır.

Lakin layihələrin necə ədalətli hesab olmasına gəldikdə, hesabat bu qiymətləndirmədə həm layihələrin nəticələri, həm də ki, onun necə icra edilməsi və məqsədindən asılı olduğunu deyir.

Bu mövzuda hesabatın əsas nəzəriyyəsi cəmiyyətdə iqtisadi bərabərliyin iqtisadi inkişaf ilə sıx əlaqəsinin olmasıdır.

"Bərabərlik" sözu bu bölmədə həm bərabər imkan (insanların idarəsi altında olmayan faktorlardan azad olaraq öz seçimləri üzərində qurulmuş həyatı təqib etmək), həm də bərabərsiz nəticələr (gəlir və istehlak bərabərsizliyi) mənasını daşıyır.

Hər iki faktorun cəmiyyətdə müxtəlik qrupların və fərdlərin idarəetmə və qanunvericiliyə təsiri olur, hesabatda qeyd edilir.

Həmçinin vurğulanır ki, bərabərsizliklərin yaranması müxtəlif qrupların idarəetməyə təsirinin səviyyəsindəki fərqlərin nəticəsidir.

Daha təsirli qruplar və fərdlər idarəetmənin öz maraqlarının xeyrinə yönəlməsinə təsir göstərir, hesabat bildirir.

Bərabərliyi artıran layihələr nüfuzlu qruplara qısamüddətli ziyan hesabına uzunmüddətli baxımdan ümumi iqtisadi inkişafla nəticələnir, hesabat deyir.

Lakin bərabərsizliyin yüksək olduğu ölkələrdə daha güclü və ya nüfuzlu qruplar bu layihələri ləngidib qarşısını ala bilirlər.

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Qeyri-rəsmi ödənişlər

Belə hallarda xidmətvericilərin cəzalandırılması mümkün olmur və nəticədə maliyyə resurslar bu xidmətlərdən kənarlaşdırılır, hesabat qeyd edir.

Bunun nümunəsi olaraq, Azərbaycan kimi ölkələrdə səhiyyə və təhsil xidmətlərindən istifadə etmək üçün, insanların 9/10-u qeyri-rəsmi əlavə ödənişlər etməli olur.

Resursların xidmətlərin uzaqlaşdırılmasının digər nəticəsi isə, bu xidmətlərdə çalışan işçilərin işlərini yerinə yetirməməsidir - məsələn bu cür müştəriliklikdən əziyyət çəkən ölkələrdə müəllimlərin verməli olduğu dərslərə getməməsi ehtimalı artır.

Hesabatda təqdim olunan sorğu nəticəsindən görünür ki, göstərilən ölkələr siyahısında səhiyyə və təhsildə Azərbaycan qeyri-rəsmi ödənişlərin ən geniş yayıldığı ölkədir.

Azərbaycandakı respondentlərin 80 faizdən çoxu təhsil və 90 faizdən çoxu isə səhiyyə xidmətləri əldə etmək üçün qeyri rəsmi ödənişlər verdiklərini qeyd ediblər.

Siyahıda növbəti ölkə - Qırğızıstanda - bu göstərici təhsil üçün 60 faiz, səhiyyə üçün isə 70 faizdir.

İtaliya, Britaniya, Fransa, Almaniya və hətta Gürcüstan kimi ölkələrdə təhsil üçün əlavə ödəniş verdiyini deyən respondentlər 10 faizdən aşağı, səhiyyədə isə bu rəqəm 20 faizi keçmir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL