Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Azərbaycan firavanlıq indeksində 103-cüdür

Tarix:30-11-2017, 13:20 Baxış Sayı:117

Azərbaycan firavanlıq indeksində 103-cüdür

Legatum Firavanlıq İndeksi noyabrın 29-da açıqlanıb. Bu indeks yoxsulluqdan firavanlığa aparan yolları müəyyənləşdirir. Həmin məqsədə nail olmaqdan ötrü indeksdə firavanlığa gərəkən şərtlər təsvir olunur.

Legatum bu şərtlərin doqquz bənddən ibarət olduğunu bildirir: iqtisadiyyatın keyfiyyəti, biznes mühiti, idarəçilik, şəxsi azadlıq, sosial kapital, salamatlıq və təhlükəsizlik, təhsil, səhiyyə və ətraf mühitin durumu.

AZƏRBAYCAN VƏ QONŞULARI

Azərbaycan iqtisadiyyatın keyfiyyətinə görə 98 (ötən il 102), biznes mühitinin durumuna görə 81-ci (78) yerdədir. İdarəçiliyin inkişaf göstəricisi 128-dir, ötən il 127 idi.

Təhsil göstəricisi 46 (ötən il 44), şəxsi azadlığın inkişaf səviyyəsi 123, səhiyyənin durumu 71-cidir.

Ölkə təhlükəsizliyə görə 70 (116), sosial kapitala görə 137 (133-cü yer), ətraf mühitin inkişafına görə 138-ci (141) yeri tutub.

Azərbaycanın qonşularından Türkiyə 88, Gürcüstan 84, Ermənistan 96, Rusiya 101-ci yerdədir.

Qeyd edək ki, Azərbaycan 2015-ci ildə firavanlığa görə 71-ci idi.

Builki firavanlıq indeksində birinci yerdə Norveç, sonuncu Yəməndir.

ƏSAS TAPINTILAR

Bu ilki indeks dünyada firavanlığın bu il gücləndiyini və son on ilin ən yüksək səviyyəsinə çatdığını üzə çıxarıb. İndi firavanlıq 2007-ci ildəkindən 2,6 faiz yüksəkdir. Üstəlik, 2012-2017-ci illərdə firavanlıq artımı 2007-2012-ci ildə olduğundan daha sürətli gedib. Di gəl, artıq beş ildir indeksdə ən yüksək və ən aşağı bal toplayan ölkələr arasındakı uçurum genişlənir. Bu o deməkdir ki, ümumilikdə firavanlıq artsa da, heç də bütün ölkələr bu artımdan faydalana bilmirlər.

2017-ci ildə firavanlığın Asiya-Sakit Okean regionundakı kimi gücləndiyi region yoxdur. İrəliləyiş daha çox biznes mühitinin yaxşılaşması sayəsində əldə olunub. Ən çox əhalinin toplaşdığı Hindistan (100-cü), Çin (90-cı), Pakistan (137-ci) və İndoneziyada (59-cu) bu, daha çox görünüb. İndi bu regionda kreditə çatımlılıq da asanlaşıb, intellektual mülkiyyət hüquqlarının təminatı da yaxşılaşıb.

İndeksdə ilk dəfə olaraq, Qərbi Avropada firavanlıq Şimali Amerikadakından önə çıxıb. Qərbi Avropada bu indeks sabit qalıb, Şimali Amerika isə qətllər və vətəndaşların din azadlığına cəmiyyətin artan təzyiqi ucbatından sürətlə geriləyib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL