Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
"Məndən əvvəl həmkarlarım Gürcüstanla Rusiya arasında alternativ nəqliyyat dəhlizi ilə bağlı narahatlıqlarını vurğuladılar. Hesab etdim ki, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri kimi mən də öz fikrimi bildirməliyəm."
Milli Məclisin son keçirilmiş plenar iclasında çıxışı barəsində açıqlamasında Eurasia Diary analitik portalına millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O, əslində məsələnin kökündə nə dayandığını Eurasia Diary-yə açıqlayıb. "Hələ 2011-ci ildə Gürcüstanla Rusiya arasında gömrük məsələləri ilə bağlı müqavilə imzalanmışdı. Sənəddə Yuxarı Lars nəqliyyat dəhlizinə alternativ olan Abxaziya və Cənubi Osetiyadan keçən yolların bərpası və istifadəsi nəzərdə tutulur. Yüklərin monitorinqi isə İsveçrə şirkətlərindən birinə tapşırılır. Artıq Gürcüstan tərəfi bu il dekabrın 19-da həmin şirkətlə nəzərdə tutulan müqaviləni bağlayıb. Rusiya da belə müqavilə bağlayacaq. Gürcüstanın baş naziri cənab Georgi Kvirikaşvili həmin marşrutdan yalnız fors-major hallarda istifadə ediləcəyini bildirib.Həmkarlarımın narahatlığı bununla bağlıdır və başa düşüləndir. Ancaq mən inanmıram ki, Gürcüstan öz milli maraqlarına zidd olaraq belə bir addım atsın. Belə olarsa, Gürcüstan ondan zorla qopardılmış, işğal edilmiş Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımış olacaqdır.
Cənab Amaşovun sözlərinə görə, Gürcüstan yaxşı bilir ki, belə bir addım özünün strateji tərəfdaşı olan Azərbaycanın da milli maraqlarına ziddir. Çünki alternativ dəhlizlərdən daha çox işğalçı Ermənistan faydalanacaq. Bu da işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Onu da deyim ki, alternativ dəhliz dedikdə əsasən Abxaziyadan keçən dəmir yolu nəzərdə tutulur. "Kim təminat verə bilər ki, belə bir gərgin zamanda həmin yoldan işğalçı Ermənistana, Dağlıq Qarabağın separatçı rejiminə silah-sursat daşınmayacaq ?!"
Bütün bunları Gürcüstan tərəfi yaxşı bilir. Onu da yaxşı bilir ki, Ermənistan Gürcüstanla Azərbaycanın yaxın münasibətindən çox narahatdır və hər vəchlə bu münasibətləri pozmağa can atır. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Heç zaman mümkün deyildir ki, Azərbaycan iqtisadi və siyasi əhəmiyyətli razılaşmada, əməli işdə Abxaziyanın və Cənubi Osetiyanın işğalı faktını nəzərə almasın. Ermənistan isə belə deyil. İşğalçı dövlət BMT-nin Gürcüstanın işğal olunmuş ərazilərində yaşayan əhalinin doğma yurdlarına qayıtmasına dair qətnaməsinə səs verməyib. Həm də bunlara görə belə bir addımın atılması gözlənilən deyil.
Əflatun Amaşovun sözlərinə görə, Rəsmi Bakı məsələyə həssas yanaşmalıdır. "Gürcüstan hər baxımdan bizə çox yaxın ölkədir. Bunları nəzərə alıb Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun adından millət vəkillərimizin bu narahlığını Gürcüstan parlamentinə, əsasən də Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinə çatdıracağıq."-sitatın sonu.