Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Freedom House: Medianın müstəqilliyi bütün dünyada təhlükədədir

Tarix:25-04-2018, 12:06 Baxış Sayı:140

Freedom House: Medianın müstəqilliyi bütün dünyada təhlükədədir

“Mətbuat azadlığı böyük demokratik ölkələrdə, eləcə də repressiv dövlətlərdə yeni təhdidlərlə üzləşir.

Bu ölkələrdə hakimiyyət böyük çap və yayım orqanlarının müstəqilliyini azaldandan sonra səylərini sosial mediaya və digər onlayn platformalara yönəldir”.

3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində “Freedom House” insan haqlarını müdafiə təşkilatı ən son “Dünyada Azadlıq”, “İnternetdə azadlıq”, “Keçid ölkələri” hesabatlarındakı informasiyaları təhlil edib. Təhlil üzə çıxarıb ki, dünyanın hər bir regionunda media müstəqilliyi təhlükədədir, ancaq yenə də özünü işinə həsr edən jurnalistlər ən aqressiv mühitlərdə belə vacib rol oynamaqdadır.

ƏFQAN MUXTARLININ OĞURLANMASI

Qurum Rusiya hökumətinin internetə nəzarəti gücləndirdiyini, senzuradan yan keçməkdə istifadə olunan VPN-ləri yasaqlayan qanunvericilik qəbul etdiyini vurğulayır. Hökumətin yeni qəbul etdiyi strategiyada isə 2030-cu ilədək informasiya infrastrukturunun bütövlükdə dövlət nəzarətinə alınması nəzərdə tutulur. Bir araşdırmaçı jurnalist isə “ekstremist” hərəkətlərə, hakimiyyəti devirməyə “çalışmasına” görə 3,5 illik həbsə məhkum edilib.

Gürcüstanın media mühiti də təlatümlərdən əskik deyil. Hazırda müxalifyönlü Rustavi 2 televiziyasına sahibliklə bağlı mübahisə gedir və telestansiyada maliyyə çətinlikləri yaranıb. Gürcüstanın ictimai televiziyası daha çox hökumətpərəst redaktə siyasəti aparır. Azərbaycanlı jurnalistin Gürcüstan təhlükəsizlik xidmətlərinin köməyilə açıq-aşkar oğurlanması da hesabata salınıb.

Söhbət jurnalist Əfqan Muxtarlıdan gedir. Hakimiyyət onu qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə təqsirli bilərək 6 illik həbsə məhkum edib. Jurnalist isə prezident İlham Əliyevin ailə biznesiylə bağlı araşdırmalarına görə cəzalandırıldığını deyir.

“Freedom House” Qırğızıstan, Macarıstan, Türkiyə, Serbiya və bir sıra digər ölkələrdə mətbuat işinə yaradılan əngəllərdən söz açır. Qurum növbəti bir ildə media azadlığı sahəsində ciddi dəyişikliklərin baş verə biləcəyini deyir, bu baxımdan izləniləsi ölkələri də sadalayır: Kuba, İran, Meksika, Polşa, İspaniya, Tunis, Özbəkistan, Zambiya. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL