Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

İlanların “fironluq” mövsümü başladı

Tarix:18-05-2018, 10:42 Baxış Sayı:127

İlanların “fironluq” mövsümü başladı

Kənd təsərrüfatında, yol kənarlarında işləyənlər özlərini qorumalı, əlcəklərdən, rezin geyimlərdən istifadə etməlidirlər

Havaların istiləşməsi ilə bərabər ilan sancması mövsümü də başlayıb. Təkcə aprel ayında 4, may ayında isə 7 nəfər ilan sancmasından Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Bu barədə şöbənin müdiri Azər Maqsudov açıqlamasında bildirib. O qeyd edib ki, ilan sancmaları daha çox Bakıətrafı kəndlərin payına düşür: “Əsasən də Xəzər, Qaradağ, Abşeron rayonlarında ilan sancmaları daha çox müşahidə edilir. Həmçinin regionlar arasında Yevlax, Kürdəmir, Hacıqabul, Tovuz, Şəmkir, Şamaxı, Lənkəran, Astara rayonlarında da tez-tez ilan sancmalarına rast gəlinir”.

Şöbə müdiri onu da vurğulayıb ki, ilan sancmalarına qarşı işlədilən zərdablar hələ bu ilin fevral ayından bütün xəstəxanalara paylanılıb: “İlin əvvəlindən artıq bu işləri görümüşük. Bununla bağlı Səhiyyə Nazirliyinin xüsusi qurumu var, hansı ki, onlar  zərdabların paylanılmasına nəzarət edir, məsuliyyət daşıyır. Artıq fevral ayından qurum bütün bu məsələləri həll edib. Kifayət qədər də zərdab var. Lakin rayon səhiyyə şöbələri də vaxtında bununla bağlı məsələ qaldırmalı, lazım gəldikdə dərhal yeni zərdablar almağa çalışmalıdırlar”.

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi ile ilgili görsel sonucu

Azər Maqsudov qeyd edib ki, havalar isti keçdikcə ilan sancmaları daha da arta bilər:

“Bunun üçün təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Xüsusən də kənd təsərrüfatında, yol kənarlarında işləyənlər özlərini qorumalı, əlcəklərdən, rezin geyimlərdən istifadə etməlidirlər.  İlan sancmasından qorunmağın birinci yolu budur. Çünki heyvan heyvandır, onu narahat etdikdə aktivləşir və hadisə törədə bilir.

İstirahətlə bağlı zonalara gəzintiyə çıxanda ehtiyatlı olmaq lazımdır. Xüsusən də çayqırağı zonalarda və meşələrdə ətrafı diqqətlə nəzərdən keçirin. Təhlükəli gürzə ilanı əsasən insanın ətraf orqanlarını dişləyir. Əgər hər hansı bir hadisə baş verərsə, ilan dişləyən yeri sıxıb zəhəri çıxartmağa çalışmaq, daha sonra xəstəni hərəkətsiz vəziyyətdə saxlayaraq təcili yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq lazımdır. Məntəqədə ilan sancan adama mütləq zərdab vurulmalıdır.

Əgər məntəqə uzaqdırsa, yaralı yerin nahiyəsindən bir qədər yuxardan tənziflə sıxmaq olar. Lakin diqqət etmək lazımdır ki, tənzif bərk sıxılmamalıdır. Yodla da yaralı nahiyəni silmək olar. Amma əsas odur ki, azı 30-40 dəqiqə ərzində xəstə təcili olaraq həkimə çatdırılsın".

Qeyd edək ki, zərdab xüsusi zülal - at qanından hazırlanır.

Ekspertlər bildirir ki, Azərbaycanda 28 ilan növü vardır ki, onların da yalnız 7 növü zəhərlidir. Zəhərli ilanların isə hamısı gürzə növünə aiddir. Onların zəhəri olduqca təhlükəlidir. Bu növ ilanları vurduğu yaradan müəyyən etmək olur. Məsələn, əgər ilan vuran yerdə deşik varsa, deməli, zəhərli ilan sancıb. Çünki zəhərli ilanlarda iki zəhər dişi olur. Həmin dişlərin də içində deşik olur. Digər ilanların sancdığı yerdə iki diş izi olmur. Məhz bunun vasitəsilə insanı zəhərli və ya zəhərsiz ilan sancdığı müəyyən edilir.

şahmar ilan ile ilgili görsel sonucu

Toksikoloqlar qeyd edir ki, ölkəmizdə ən təhlükəli zəhərli ilan Şahmar ilandır. Bu ilanın zəhəri o qədər güclü olur ki, hətta digər ilanların zəhərinə qarşı olan zərdab belə kömək edə bilmir. İlan zəhəri qanın laxtalanması təsir eləməklə yerli ödem, nekrotik təsir yaradır. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır. Bəzən isə ilan sancması ilə qarşılaşan insana düzgün olmayan türkəçarə tədbirlər görülməsi onun vəziyyətinin ağırlaşmasına, hətta ölümünə səbəb olur. Əsasən də rayon və kəndlərdə ilan sancan ətrafa jqut qoyulur və yaxud yaralı yeri kəsib, qanı sorurlar. Lakin məlum olub ki, nəinki ağızla, hətta xüsusi ekstraktla zəhəri soranda onun yalnız 13 faizini çıxarmaq mümkündür.

ilan zəhəri ile ilgili görsel sonucu

İlan sancmlarından qorunmaq üçün FHN dəfələrlə maarifləndirici xəbərdarlıqlar bəyan edib. Məsələn, bildirilir ki, meşəyə gedərkən uzun şalvar geyinməli, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmədən istifadə etmək lazımdır. Çünki ilanlar bu materialları dişləyə bilmir. Rast gəlinən yuva, hündür otluq və aşmış ağaclardan uzaq durmaq lazımdır. Gedərkən yolu açmaq üçün sıx otluğa əl salmaq olmaz. Bunun üçün mütləq əl ağacından istifadə etmək lazımdır. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirmək lazımdır. Əgər meşədə gecələmək planı olarsa, əvvəlcədən toplanan çırpıdan ocaq qalanmalıdır. İlanlar alov və səs-küydən çəkinir. İlanla rastlaşdıqda isə dayanmaq, geriyə çevrilmədən yavaşca uzaqlaşmaq, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməmək lazımdır. Unutmaq olmaz ki, ilan və əqrəb ona toxunmadıqca, insanı sancmır.

Xəbərdarlıqlardan biri də budur ki, ölmüş bilinən ilana belə yaxınlaşmaq olmaz. Çünki bəzən sürünənlər özünü ölmüş kimi göstərə bilir. Zəhərli ilanı zərərsizdən seçmək lazımdır. Belə ki, adətən təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fısıltı və şaqqıltı səslər çıxarır.

Toksikoloqlar qeyd edir ki, ilanlar adətən insanın ətraflarına, xüsusən də aşağı ətrafına hücum edir. Bu zaman yaralı insanı hərəkətsiz hala gətirib, dişlənmiş yaranı yodla steril etmək və dərhal həkimə çatdırmaq lazımdır. Yaralını həkimə çatdırana qədər ilan sancan ətrafa yaxın oynaqları işlətmək olmaz. Çünki bu, zəhərin bədənə tez yayılmasına köməklik edə bilər. Sadəcə, həmin ətrafa yüngül, sıxmayan steril sarıq qoymaq olar. Yaranı sorub zəhəri çıxartmaq və ya həmin ətrafı kəsmək, üzərinə qatıq qoymaq məsləhət deyil. Ona görə ki, tez bir vaxtda çirklənmiş yara infeksiyalaşmış yaraya keçir və sonra fəsadlaşmış hal alınır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL