Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Britaniya İran əsilli vətəndaşının edamını vəhşilik adlandırır

Tarix:14-01-2023, 16:16 Baxış Sayı:103

Britaniya İran əsilli vətəndaşının edamını vəhşilik adlandırır

Edamın dəqiq nə vaxt icra olunduğu açıqlanmır, bəzi xəbər agentlikləri bunun bir neçə gün əvvəl ola biləcəyini ehtimal edirlər

 

London Böyük Britaniya və İran vətəndaşı olan Əlirza Əkbərinin casusluq ittihamı ilə edamını “barbar” hərəkət kimi qiymətləndirir.

 

“Mizan” xəbər agentliyinin yanvarın 14-də yazdığına görə, Əkbəri “korrupsiya və Britaniya hökumətinin kəşfiyyat xidməti üçün casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə” ittiham edilərək edam cəzasına məhkum edilib.

 

Edamın nə vaxt icra olunduğu açıqlanmır, bəzi xəbər agentlikləri bunun bir neçə gün əvvəl ola biləcəyini yazırlar.

 

Əlirza Əkbəri 2008-ci ildə İranda qısa müddətə saxlanıldıqdan sonra Britaniyaya köçüb. Onun 2019-cu il yenidən İrana qayıtdıqdan sonra həbs olunduğu güman edilir.

 

İranda casusluq və milli təhlükəsizliklə bağlı ittihamlara adətən qapalı proseslərdə baxılır və bu səbəbdən də indiyə qədər Əlirza Əkbərinin işi ilə bağlı az təfərrüatlar açıqlanıb.

 

İran rəsmi agentliklərinin məlumatlarında Əkbərinin casusluğa görə 2 milyon dollardan çox ödəniş aldığı iddia olunur.

 

Həmçinin rəsmi mediada yayımlanan videoda Əkbərinin 2020-ci ildə İranın aparıcı nüvə alimlərindən biri Möhsün Fəxrizadənin öldürülməsində də rol oynadığını iddia olunur.

 

Videoda Əkbərinin qətldə əli olduğunu etiraf etməsi göstərilmir, sadəcə britaniyalı agentin ondan Fəxrizadə ilə bağlı məlumat istədiyini deyir. Tehran həmin sui-qəsddə İsraili günahlandırır.

 

Böyük Britaniyanın baş naziri Rishi Sunak Tvitter hesabında Əkbərinin edam edilməsi ilə bağlı xəbərlərə yanvarın 14-də reaksiya verib. O, bu edamı “öz xalqının insan haqlarına hörmət etməyən barbar rejim tərəfindən həyata keçirilən vəhşi və qorxaq hərəkət” adlandırıb.

 

İran öz vətəndaşları üçün ikili vətəndaşlığı tanımır.

 

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yanvarın 14-də tvitində yazıb ki, “bu barbar hərəkət ən sərt şəkildə qınanmağa layiqdir. Bu, etirazsız qalmayacaq”.

 

Bu bəyanatlardan sonra Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

“Britaniya hökuməti İranın milli təhlükəsizliyinə hücuma səbəb olan qeyri-ənənəvi rabitənin qurulmasına görə cavabdeh olmalıdır.” -nazirliyin yaydığı bəyanatda vurğulanır.

 

Əkbəri 1997-2005-ci illərdə, keçmiş prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə İranın müdafiə nazirinin müavini, İran Hərbi Dəniz Qüvvələrinin müşaviri olub.

 

O, həmçinin BMT-nin 1980-1988-ci illər İran-İraq müharibəsinə son qoyan qətnaməsini icra edib.

 

Edam hökmünü tənqid edən iranlı vəkil Səid Daehqan 14 yanvardakı tvitində bunu “siyasi” qərar kimi qiymətləndirib.

 

İranda ikili vətəndaşlıqla bağlı bir çox işi təmsil edən vəkil bunu Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu rəsmən terror təşkilatı elan etməyi planlaşdırdırdığı barədə proseslərə qarşı cavab hesab edir.

AzadlıqRadiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL