19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
“1 tondan çox üzüm qalıb xarab oldu, atdım zibilliyə. Şərab üçün ən yaxşı üzüm idi, onu da almadılar. 18 min manat zərərdəyəm”, –AzadlıqRadiosuna müsahibəsində fermer Həsən Aydınov deyir.
Aydınov 17 ildir ki, üzümçülük təsərrüfatı ilə məşğuldur. 2020-ci ildə yayılan koronavirus pandemiyasına kimi şərab istehsal edən zavodlara hər il məhsul satan fermer indi əməkdaşlıq edə bilmədiyini deyir. Özünün də bilmədiyi səbəblərdən emal şirkətləri iki ildir ki, nə onlardan üzüm alır, nə də bunun səbəbini deyir. Pandemiyaya görə üç ildən çoxdur quru sərhədləri bağlı olduğundan başqa ölkələrə də gedə bilməyən Aydınov indi sadəcə çürüyən məhsulunun dərdini çəkir.
“Fransanın “Kontard qardaşları” şirkəti ilə 2006-cı ildə müqavilə bağlamışdılar, şərablıq üzüm sortları gətirdilər. Hökumət həmin sortlardan yerli fermerlərə də payladı, o sortlardan bazardan alıb özümüz də əkdik. 10 il həmin üzümlərin bəhrəsini gördük. Nə olsun ki Azərbaycan islam ölkəsidir, şərab istehsalçıları günbəgün artırdı, ilə 20 min manata yaxın xeyir götürürdük. Pandemiyadan sonra bu sahə də çökdü, heç kim üzüm almadı. Məhsul üstümüzdə qaldı. Bu gedişlə bu sahələr özü-özünü məhv edəcək”, – fermer danışır.
Aydınov “Bayanşirə”, “Mədrəsə”, “Şirvanşahı”, “Xindoqnı”, “Həməşərə”, “Mələyi”, “Xərci”, “Qara aldərə”, “Dəvəgözü” kimi texniki sortların şərab istehsalında mühüm rolu olduğunu deyib. Onun sözlərinə görə, “İzabella” sortu soyuğa, xəstəlik və ziyanvericilərə davamlılığı, yüksək məhsuldarlığı ilə tanınan üzüm növüdür. Ancaq pandemiyadan öncə Gürcüstana, Rusiyaya satılan “İzabella”nın indi üzünə baxan yoxdur.
Azadlıq radiosu