Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

“Azersky”da nə baş verib: Kiberhücum, yoxsa meteoritlə toqquşma?

Tarix:20-04-2023, 18:59 Baxış Sayı:53

“Azersky”da nə baş verib: Kiberhücum, yoxsa meteoritlə toqquşma?

Mütəxəssis bütün ehtimalların araşdırılmasının tərəfdarıdır

“Azersky” – yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa vurub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, “Azersky” peyki ilə məlumat mübadiləsi dayanıb. “Azərkosmos” və peykin istehsalçısı tərəfindən “Azersky” peyki ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, peyk ilə əlaqə yaratmaq mümkün olmayıb.

“Azərkosmos”un açıqlamasına görə, peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın “Airbus Defence and Space” ilə birgə çalışsalar da,  “Azersky” ilə rabitə qurmaq mümkün olmayıb.

2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına 1 il qalmışdı.

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz isə deyir ki, həm də gözlənilirdi ki, “Azersky”ın resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq.

Bəs nə nə baş verib?

Osman Gündüz əlavə edir ki, baş verənlər yetərincə düşündürücü və çox ciddi bir hadisədir. “AzerSky” yerin müşahidəsi baxımından, həmçinin açıq deyilsə, kəşfiyyat baxımından Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.

Xatırlayıram ki, Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi  əhəmiyyətini vurğulamışdı. Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirir, təxmini hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi. “Azərkosmos” bu peykdən alınan resurslarla ölkəyə xeyli valyuta gətirmişdi. Bunun istismarı ətrafında Azərbaycanda nəhəg bir infrastruktur formalaşmışdı”, – Osman Gündüz deyib.

“Azərkosmos” ehtimal edir ki, müşahidə peyki meteorit və ya hansısa göy cisimləri ilə toqquşmuş ola bilər.

Mütəxəssis isə bildirir ki, əlbəttə, ilk ağılagələn bu ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub:

Osman GündüzOsman Gündüzün şəxsi arxivi

Yeri gəlmişkən, Azərkosmosun kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Amma peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb”.

Kiber hücum olubmu?

Osman Gündüz düşünür ki, burada mütləq şəkildə peykə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olar. Xüsusən də nəzərə alınmalıdır ki, kosmik resurslara malik olan  Fransa və İranla münasibətlər xeyli gərginləşib, istehsalçı ölkə də Fransa şirkətidir:

Eyni zamanda, bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçıqmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub. Həmçinin, Fransa artıq baş verənlərdən anlamamış deyil ki, Azərbaycan növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmur. Bütün bunlar düşünməyə əsas verir ki, Azərbaycanı istəməyən qüvvələr “AzerSky” peykimizə qarşı kiberhücum da təşkil edə bilərdi.

İstənilən halda, fikrimcə, səlahiyyətli qurumların, kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücum araşdırması aparması məntiqli və doğru olardı”.

Osman Gündüz sonda əlavə edir ki, maraqlı tərəflər məqsədyönlü olaraq da bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə “Azərkosmos” 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər:

“Yəni, hər bir halda kiber hücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır. Təkrar edirəm ki, baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir”.

2022-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” dünyanın 34 ölkəsinə 13,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, 2021-ci ilin uyğun göstəricisi ilə müqayisədə peyk operatorunun əldə etdiyi gəlir 8,9 mln. dollar və ya 40,4 faiz azalıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.

2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos” 2010-cu ildə təsis edilib. Onun idarəçiliyində ilk peyk – “Azerspace-1” 2013-cü ildə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan bu ölkənin “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası istehsal edib.

“Azərkosmos” 2014-cü ildə Azərbaycan və Fransa arasında imzalanan müqaviləyə əsasən, sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil alıb. “Azerspace-2“ 2018-ci il sentyabrın 26-da 45° şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

 

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL