26-08-2024, 23:40- Xaçmaz sakini: “Həkim çağırıb dedi ki, ana da, körpə də öldü, başın sağ olsun” Quba Rayon Mərkəzi Xəstəxanası. Foto: Meydan TV
26-08-2024, 18:30- AŞPA-da Azərbaycan üçün “arzuolunmaz şəxslər”: “Hakimiyyət arxayın deyil, narahatdır…”
26-08-2024, 16:30- Frank Şvabe: “Azərbaycan xalqı bütövlükdə diktator İlham Əliyevin əsarətindədir”
25-08-2024, 12:14- Həbsdə olan "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həyatına təhlükə olduğu bildirilir
25-08-2024, 12:12- Avropa İttifaqı rəsmi Bakını əsassız yerə həbs olunanları azad etməyə çağırır
25-08-2024, 12:11- Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə prosesi keçirilib
25-08-2024, 12:07- Azərbaycan Prezidenti Ukraynanı müstəqillik günü münasibəti ilə təbrik edib
25-08-2024, 12:05- TƏCİLİ! "Telegram"ın yaradıcısı Fransada SAXLANILDI - Görün nələr edib...
24-08-2024, 19:57- ABŞ səfiri ölkəsinin regiona və Azərbaycana münasibətindən danışıb
24-08-2024, 19:55- Avropa İttifaqı rəsmi Bakını əsassız yerə həbs olunanları azad etməyə çağırır
24-08-2024, 19:53- Sülh fəalı və yazıçı Səməd Şıxının saxlanıldığı, daha sonra sərbəst buraxıldığı bildirilir
24-08-2024, 19:50- Atəşkəslə bağlı danışıqlara hazırlıqlar davam etdiyi bir vaxtda Qəzzaya endirilən zərbələr nəticəsində onlarla insan ölüb
24-08-2024, 19:47- Füzulidə sursat partlayışı oldu, xəsarət alan var
24-08-2024, 19:44- Ermənistan yenə sərhəddə təxribata əl atır - "Sülhü əngəlləmək üçün qəsdən törədilir"
21-08-2024, 12:41- Həbsdə olan Fazil Qasımov 67 gündür aclığı davam etdirir
21-08-2024, 12:39- Rusiya Prezidenti Azərbaycanda danışıqlar aparır
21-08-2024, 12:36- Əli Kərimlinin böhtanla yanaşı, təhqirə görə də cəzalandırılması tələb olunur
21-08-2024, 12:34- Həbsdə olan birinci qrup əlil 6 gündür aclıq edir
21-08-2024, 12:32- Avropa Jurnalistlər Federasiyası Azərbaycanda jurnalist həbsləri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
19-08-2024, 23:14- Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Siyasi şərhçi deyir ki, hakimiyyət AŞPA-nın təzyiqlərinə baş əyməyəcəyini nümayiş etdirmək istəyir
Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs verən şəxsləri “arzuolunmaz şəxslər” siyahısına salıb.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmisi Ayxan Hacızadə almaniyalı deputat Frank Şvabeninin “Azadlıq” radiosuna müsahibəsində səsləndirdiyi fikirlərə reaksiya verərkən bildirib.
“AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək, – deyə Hacızadə vurğulayıb.
Frank Şvabe müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını və rəsmi Bakının AŞPA-nın Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına iradını bildirib:
“Azərbaycan Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq deyil. Əgər sən Avropa Şurası üzvü olmaq istəyirsənsə, demokratiyaya, qanunun aliliyinə və insan haqlarına hörmət etməlisən”.
Almaniyalı deputat Azərbaycandakı idarəetməni Sovet İttifaqına bənzətmişdi:
“Biz Sovet İttifaqına oxşar bir avtoritar rejimlə üz-üzəyik”.
XİN rəsmisi Ayxan Hacızadə isə deyilənləri qərəzli sayıb:
“AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir. Frank Şvabe özü də bunu bilir”.
Hacızadə qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır:
“Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq”.
“Hakimiyyət çox ciddi cəhdlə nümayəndə heyətinin AŞPA-ya qayıtması üçün çalışıb”
Demokratik Qüvvələrin Milli Şurasının beynəlxalq məsələlər üzrə koordinatoru, sabiq deputat Gültəkin Hacıbəyli hesab edir ki, Azərbaycan hakimiyyətinin bu addımı arxayınlığından yox, narahatlığından irəli gəlir:
“Bu, Ayxan Hacızadənin suallara cavabında da özünü büruzə verir. XİN rəsmisinin dediklərində demarşdan çox, giley notları üstünlük təşkil edir. Hacızadə deyir ki, rəsmi Bakıya yüksək səviyyədə verilən vədlərə baxmayaraq nümayəndə heyətinin AŞPA-da mandatı bərpa edilmədi. Yəni hakimiyyət çox ciddi cəhdlə nümayəndə heyətinin AŞPA-ya qayıtması üçün çalışıb. Ola bilsin, Almaniya və İtaliya, AŞ rəhbərliyi ilə müəyyən danışıqlar olub. Ayxan Hacızadə də etiraf edir ki, onlara siyasi vədlər verilsə də, yerinə yetirilmədi. İkincisi, Hacızadə bildirir ki, əgər mandat təsdiqlənərsə, heç bir problem olmayacaq və bu maneələr aradan qaldırılacaq. Həmçinin yalnız nümayəndə heyətinin mandatının əleyhinə səs vermiş deputatlara qadağanın tətbiq olunması mesajı AŞPA-dan çıxmaq anlamına gəlmir və yaxud məsafə qoyulması demək deyil. Əksinə, hökumət AŞ PA-ya qayıtmaq istədiyini göstərir”.
“Görünür, hakimiyyət AŞPA-dan bu addımı gözləmirdi, uzun illər Stratsburq nümayəndə heyətinin ərköyünlüyünə səbrlə dözürdü. İş o səviyyəyə çatmışdı ki, “Kürü diplomatiyası“ söhbətində də rəsmi Bakıya tolerantlıq göstərildi və nümayəndə heyətinin mandatı təqsdiqləndi. Ona görə bu dəfə belə bir zərbə gözləmirdilər, sonrakı davranışlar da hakimiyyətin AŞPA-ya qayıtması üçün hər şeyi etdiyini göstərir”, – deyə o qeyd edib.
“Bəs hakimiyyət niyə bu addımı atır?” sualına gəlincə, Gültəkin Hacıbəylinin hesab edir ki, rəsmi Bakı uzun illər apardığı balanslı siyasəti indi də davam etdirmək istəyir:
“Bir tərəfdən “Qazprom”la müqavilə imzalayır, digər tərəfdən Ukraynanın müstəqilliyi günündə Zelenskini təbrik edirlər. Yeri gəlmişkən, Ayxan Hacızadənin müsahibəsində Almaniyanı “Qazprom”la bağlı qınamaq da vardı, keçmiş kansler Şröderin yüksək vəzifə tutmasına eyhamlar açıq sezilirdi. Yaxud Şvabeni korrupsiaya bulaşmaqda ittiham etməsi, bu hakimiyyətin mahiyyətindən doğur. Kim hakimiyyət korrupsiyada ittiham edirsə, ona qarşı həmin ittihamı sürür. Məsələn, Qubad İbadoğlu korrupsiyayla bağlı faktlar qoyandan sonra onun özünü saxta pul kəsməkdə ittiham etdilər. Hakimiyyət balanslı siyasətlərini qorumaq üçün bu addımı atır. Bu günün özündə də hakimiyyət üçün Rusiya-Ukrayna savaşının necə bitəcəyi bəlli deyil, o cümlədən, ABŞ seçkilərinin nəticələri və ya İran-İsrail münasibətləri… Ona görə qeyri-müəyyən durumda hər iki tərəflə münasibətlərini qorumaq istəyir“.
“Bir faktı da xatırladım ki, Əliyev prezident vəzifəsinə yüksələrkən təbliğatını AŞPA-da nümayəndə heyətinin sədri üzərindəki fəaliyyəti əsasında qurmuşdu. Bu mənada beynəlxalq quruma qayıtmaq niyyətindən əl çəkmirlər. Ancaq bir ölkədə 300-dən çox siyasi məhbus varsa, normal seçkinin işartıları yoxdursa, azad media fenomeni ölkənin ictimai-siyasi gündəmindən çıxarılıbsa, bu şəraitdə Azərbaycanın AŞ PA-ya qayıtması mümkün deyil“, – deyə Gültəkin Hacıbəyli əlavə edib.
“İki stulda oturmaq olmur, seçim etməlisən…”
Siyasi şərhçi Rauf Mirqədirov bir qədər fərqli düşünür.
Onun fikrincə, hakimiyyət AŞPA-nın təzyiqlərinə baş əyməyəcəyini nümayiş etdirmək istəyir:
“Ümumiyyətlə, hakimiyyət son parlament və prezident seçkilərini müşahidə etməyə də AŞPA missiyasını çağırmamışdı. Bu, müəyyən mənada hökumətin AŞ PA səviyyəsində öz öhdəliklərini yerinə yetirməkdən nümayişkaranə imtinasıdır. Halbuki hökumət könüllü şəkildə AŞ PA-ya üzv olub və üzərinə öhdəliklər götürüb. İndi isə həmin öhdəlikləri yerinə yetirmək istəmir. Avropa Şurasına üzv dövlətlər sırasında plüralizmin, demokratiyanın, qanunun aliliyinin, söz azadlığının, insan hüquqlarının səviyyəsinə görə Azərbaycan son sıradadır. Hələlik bu vəziyyətdə olan ölkə tanımıram. Düzdür, bəziləri Azərbaycana yaxınlaşmağa çalışırlar. Eyni zamanda, ölkə başçısı Əliyev də Avropaya inteqrasiya olmaq istəməməsi barədə bəyanatı var. Əgər belədirsə, bunun sadə yolu odur ki, ya AŞPA-nın dəyərlərinə riayət edirsən, ya da qurumdan çıxıb yerini müəyyənləşdirməlisən. O zaman ölkəyə təşkilat səviyyəsində heç bir basqı olmayacaq”.
Rauf Mirqədirov deyir ki, son dövrlər Gürcüstan və Macarıstanda da bəzi vərdişlər yaranıb:
“Rəsmi Tbilisi bəyan edir ki, onlar Avropa Birliyinin qaydalarını dəyişəcəklər. Belə olmur, əgər həmin quruma üzv olursansa, qaydalarına əməl etməlisən. Əks təqdirdə, Qətər, Səudiyyə Ərəbistan yoluyla gedirsən, onlar da sənə heç bir basqı etmir. Bir tətəfdən Avropadan azad viza, bazar istəyirlər, digər tərəfdən də qaydalarını qəbul etmirlər. Bilirsiniz, iki stulda oturmaq olmur, seçim etməlisən“.
Siyasi şərhçi hesab edir ki, hökumətlər bu cür addımlarında ehtiyatlı olmalıdırlar:
“Məsələn, Almaniya nümayəndə heyəti COP29-a gəlməkdən imtina edə bilər. Ancaq ümumi şəkildə Azərbaycan hökumətinə ciddi təzyiqlərin olacağını düşünmürəm. Məncə, parlament seçkilərindən sonra hökumət 4-5 müxalifətçiyə mandat verərsə, onlardan birini nümayəndə heyətinə daxil edərsə, problem həll olunacaq. Və hər iki tərəf simasını bu cür qoruyacaq. Avropalılar həddən artıq tolerantdılar və haqlı olaraq yuxarıdan aşağı baxıb “Bura Azərbaycandır, görək necə olur…” deyə düşünürlər”.
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.
1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.
2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.