29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Qurultaya hazırlaşın VİP sədri: “Bir neçə miqyaslı hadisə bizim şanslarımızı yüksəldir”
Vətəndaş və İnkişaf Partiyası mayın 28-də qurultay keçirəcək. Qurultayla və digər bəzi məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını partiyanın sədri Əli Əliyev cavablandırıb.
- Əli bəy, partiyanızın qurultayı harada keçiriləcək? Nədən məhz Azərbaycanda Xalq Cümhuriyyətinin yarandığı günün 99-cu ildönümünə qurultay təyin etmisiniz?
- Qurultay Beynəlxalq Mətbuat Mərkəzində saat 10.30-da öz işinə başlayacaq.
Bu günün seçilməsi təsadüfi deyil. May ayının 28-i dünyada yaşayan 50 milyon azərbaycanlı üçün mühüm gündür. Azərbaycan Respublikasının təsisat günü bizim dövlətçilik tariximizin yeni mərhələsidir. Rəsulzadə, Topçubaşov, Xoyski və digərləri Azərbaycanın fədailərinin o zamankı nəslinin öndərləridir. Onları yaşatmaq və əziz tutmaq hər birimizin vəzifəsi, boyun borcumuzdur. Qurultayın vaxtı məhz o günə sayğıdan yaranıb. Bizim partiyanın təsis günü də 2006-cı il 28 mayda olmuşdu.
- Partiyanın sədri postuna namizədlər varmı? Sizdə bir nəfərin neçə dəfə sədr olmağına məhdudiyyət varmı?
- Sədrliklə bağlı nizamnamədə hər hansı məhdudiyyət yoxdur. Heç bir senz nəzərdə tutulmayıb. Qurultayın gedişində də istənilən partiya üzvü namizədliyini irəli sürə, iddiasını əsaslandıra bilər. Mən namizədliyimi irəli sürəcəyəm. Hələlik alternativ namizəd yoxdur. Görünür, belə ağır mövcudluq şərtlərində məsuliyyətin altına girməyə ehtiyat edirlər. Ölkədə iqtidar tərəfindən diktə olunan amansız siyasi şəraitdə müxalifət partiyalarında məhdudiyyətlərin tətbiqi düzgün olmazdı. Partiyalar, xüsusən də açıq və ya gizli şəkildə sistemdə olmayanlar mümkünsüz şərtlərdə yaşayır, mübarizə aparırlar. YAP iqtidarı dövründə şəraitin dəyişəcəyinə inam azdır. Bu səbəbdən partiyalarda senzlərin, məhdudiyyətlərin tətbiqini yanlış hesab edirəm.
- Dəvətlilər arasında kimlər var, məsələn, vaxtilə rəhbəri olduğunuz AMİP-dən də?
- Dəvət məsələsində çalışmışıq siyasi, ictimai, mətbuat seqmentlərindən heç kəsi unutmayaq. Bəzi istisnalarla demək olar ki, hamıya dəvət göndərilib. İqtidarı da dəvət etmişik. Həm Prezident Administrasiyasından, həm də YAP-dan dəvət etdiyimiz insanlar var. İqtidardan dəvətlilər baş nazirin müavini Əli Əhmədov, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP-çı deputat Aydın Mirzəzadə və Tahir Süleymanovdur. Diplomatik korpusun geniş çevrəsinə də dəvət göndərmişik. Adını çəkdiyiniz (AMİP-i nəzərdə tutur - E.S.) təşkilatla heç bir münasibət ola bilməz və dəvət də göndərilməyib.
- Qurultayınız partiya həyatı, fəaliyyəti və cəmiyyət üçün nəsə bir yenilik təqdim edəcəkmi?
- Hesab edirəm ki, siyasi şərtlərin indiki durumunda müxalifət adına keçirilən istənilən tədbir təqdirəlayiq sayılmalıdır. Diqqət yetirin, son illərdə neçə partiya geniş, şəffaf qurultay keçirməyə nail ola bilib. Olduqca az təşkilat. Biz qərar qəbul edən zaman məhz ictimai hadisə ola biləcək tədbir keçirmək istəyi ərsəyə gəldi. İstəyirik qurultayın birinci hissəsində açıq müzakirə olsun. Bunu bir fürsət kimi dəyərləndiririk. Lakin nəticənin nə olacağını həmin gün fərq edəcəyik. Öz tərəfimizdən partiya strukturlarına, üzv və tərəfdarlarımıza, ölkə ictimaiyyətinə, beynəlxalq auditoriyaya mesajlarımız olacaq.
Son referendumdan sonra baş verənlər yeni mərhələnin başlanğıcıdır. Dünya, regionumuz və Azərbaycan tamamilə yeni çağırışlarla üzbəüzdür. Hakimiyyət transformasiyaya çalışır. Biz də dəyişməliyik. Qarşıdakı dövrdə müxalifət qüvvələri üçün unikal dövr gəlir. Bir neçə miqyaslı hadisə bizim şanslarımızı yüksəldir. Düzgün addımlar atılacaqsa, ötən əsrdəki nailiyyətləri təkrarlamağımız mümkün ola bilər. Qurultayı partiyamız üçün yeni dövrdə bir şans kimi görürük.
- VİP-in qurultayında prezidentliyə namizəd də müəyyənləşəcək?
- Fikrimcə, VİP-də belə olacaq. Eksklüziv olaraq, “Yeni Müsavat”a bu “mətbəx” hazırlığımızı da açıqlayırıq. Növbəti prezident seçkiləri ilə bağlı geniş şərhimiz var. Öz namizədimiz müxalifətin geniş spektrli birliyinin baş tutmayacağı halda ehtiyat variant kimi düşünülür.
Bizə görə seçkilər bu il də keçirilə bilər, təqvim üzrə gələn il, hətta 2020-ci ilə qədər ertələnməsini də mümkün sayırıq. Bütün variantlarda müxalifətin geniş koalisiyasına ehtiyac vardır. Lakin bu çevrədə hakimiyyətin gizli adamları yer almamalıdır. Bu günə qədər toplanan təcrübə bizi məcbur edir ki, seçimdə ehtiyatlı olaq. Çünki səhv qərarlar cəmiyyətdə ruh düşkünlüyünə gətirir. Səmimi şəkildə hakimiyyətdən eyni məsafədə duran, maddi və digər asılılıqları olmayan qüvvələrin bir araya gəlməsi zəruridir. İnanıram ki, belə koalisiya həm də hakimiyyətin sıralarına dağıdıcı təsir göstərə bilər. Nə qədər iqtidar zahiri də olsa, monolitliyi saxlayır, bizim uğur haqda düşüncələrimiz xülya olacaq.
- İddialar var ki, Rusiya budəfəki seçkilərdə 2013-cü ildəkindən daha fəal hərəkət edəcək, “İbrahimbəyov ssenarisi”nə oxşar, amma daha güclü ssenarini işə salacaq...
- Moskva artıq hərəkətə keçib. Kreml hakimiyyətdaxili real rıçaqlarını itirmək istəmir. O zaman da İbrahimbəyov versiyası Milli Şura, “Milyarderlər ittifaqı”, iqtidardakı “5-ci kolon” YAP-ın prezidentliyə namizədini dəyişməməsi üçün idi. Həmin layihədə yer alan bütün tərəflər Azərbaycanı 4 il geri sala bildilər. Yenə də “5-ci kolon” gündəlikdədir. Emissarlara baxın-Patruşev, Nazarbayev, Solovyov, Duqin. Bu şəxslərin hər biri Putinin Avrasiya İttifaqı layihəsinin ideya müəllifləridir. Çox güman ki, Kreml sözünü bunlarla çatdırırdı. ÜAK-ın qapadılması da referendumdan sonrakı siyasi transferlərlə bağlıdır. Əminəm ki, bu son deyil. Sözsüz ki, keçmiş imperiya mərkəzi seçki ərəfəsi yenə də bir şeylər düşünür. Rusiyanın hibrid müdaxiləsinə müqavimət təşkil olunmalıdır. Heç bir halda kənar müdaxiləyə qapı açmaq olmaz. Buna görə də milli çıxarlarımızı önəmli sayıb, xarici təcavüzə sinə gərməyi bacarmalıyıq.