Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

10 yaşlı jurnalın baş redaktoru: “Səhv etməyə ixtiyarımız yoxdur” - REPORTAJ

Tarix:1-06-2017, 14:10 Baxış Sayı:118

10 yaşlı jurnalın baş redaktoru: “Səhv etməyə ixtiyarımız yoxdur” - REPORTAJ

Milli Məclisin təsis etdiyi “Milli Məclis” analitik informasiya jurnalı 2007-ci ilin mayından fəaliyyətə başlayıb. Jurnalda mütəmadi olaraq ölkədə həyata keçirilən islahatlar, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, tarixi-mədəni irsimizin də əhatə olunduğu təhlil xarakterli məqalələr, ayrı-ayrı sahələr üzrə mütəxəssis rəyləri, eləcə də mərkəzi icra hakimiyyəti orqanları, müvafiq dövlət qurumları rəhbərlərinin, deputatların çıxışları və maraqlı müsahibələr dərc edilir. Bu isə kollektivin peşəkarlığından, yüksək məsuliyyətindən xəbər verir.


Modern.az-ın əməkdaşı “Milli Məclis” jurnalının redaksiyasında olub.


“Milli Məclis” jurnalı necə yarandı?

Jurnalın baş redaktoru Ülviyyə Abdullayeva deyir ki, Redaksiya Şurasının tərkibi xeyli genişdir.

“Jurnalın necə yaranması barədə danışmaq istəyirəm. Azərbaycanın Avropa Şurasına üzvlüyü dövrü idi. Avropa Şurasına üzv dövlətlər qarşısında qoyulan əsas tələblərdən biri də mətbuata açıq olmaqla yanaşı, parlamentin şəffaf fəaliyyət göstərməsi idi. Digər bir məqam isə parlamentin jurnalının olması idi. Ona görə də Milli Məclisin sədri Oqtay Əsədov qarşımızda belə bir məsələ qoydu ki, Azərbaycan parlamentinin yüksək səviyyəli, dəqiq, faktları əks etdirən jurnalı olmalıdır. Bununla da “Milli Məclis” jurnalı yarandı. Biz də üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışdıq və gəldik. Bundan sonra da belə olacağıq. Jurnalın Redaksiya Şurası var. Oqtay Əsədov da daxil olmaqla, 15 komitə sədri Redaksiya Şurasının üzvləridir. Jurnalın təsisçisi Milli Məclisdir”.

“Bir də baxdıq ki, 10 yaşımızdır”

Ülviyyə xanımın sözlərinə görə, ilk vaxtlarda çətin idi.

“Olduqca gərgin şəraitdə çalışırdıq, ilk buraxılışın üzərində səhər saat 5-ə qədər məşğul olmuşuq. Ümumiyyətlə, hər bir işin başlanğıcı ağır olur, mexanizm qurulandan sonra iş asanlaşır. İlk buraxılış vaxtı materialı bitirməyimiz üçün müəyyən zaman qoyulmuşdu və o vaxta qədər biz 1-ci nömrəni çatdırmalıydıq. Çünki ilk sayımız Prezidentə təqdim olunmalıydı. Həmin dövrdə Prezidentin parlamentdə çıxışı olacaqdı. Düşünürəm ki, işimizin öhdəsindən gəldik və zamanında jurnalı ünvana çatdırdıq. Bir də baxdıq ki, 10 yaşımızdı və 50-ci sayımızı çap edirik. Bu illər ərzində işimizə elə aludə olmuşuq ki, başımızı aşağı saldığımızdan fərqinə varmamışıq. Həm də çox mehriban kollektivimiz var”.

“Səhv etməyə ixtiyarımız yoxdur”

Baş redaktor deyir ki, bütün redaksiyalar kimi, “Milli Məclis”dəki iş prosesində də problemlər olur:


“İş prosesində problemlər də, təbii, səhvlər də olub. Amma bizim səhv etməyə ixtiyarımız yoxdur. Oxucularımız kifayət qədər tələbkar və diqqətcildir. Hərf səhvi olsa belə, dərhal reaksiya verirlər. Hətta digər dövlət orqanlarından da dərhal zənglər olur. Belə hallar çox nadir hallarda baş verib. O da başlanğıcdaydı. Özümüzə qarşı kifayət qədər tələbkarıq. Jurnal çapa gedən son ana qədər əməkdaşlarımız təkliflərini bildirirlər. Baxmayaraq ki, jurnal çapdadır. Biz nəşriyyatla danışmışıq ki, jurnal çapa gedərkən ilk səhifənin rənginə qədər nəzarət edək. Çünki orada elə dövlət xadimlərinin şəkilləri çap olunur ki, kifayət qədər böyük məsuliyyətdir.


Milli Məclisin 90 illik yubileyində möhtəşəm tədbir olmuşdu. Dünyanın bir çox ölkələrindən qonaqlar gəlmişdi. Bütün dünya ölkələrinin parlament sədrləri Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə bu tədbirdə iştirak etmişdilər.


Biz də jurnal olaraq kiçik də olsa töhfəmizi verdik. Həmin tədbir “Milli Məclis” jurnalının səhifələrində tarixə düşdü. Gələn il isə parlamentin 100 illiyi keçiriləcək. Güman ki, jurnal olaraq biz də daha böyük işlər görəcəyik”.


Ülviyyə Abdullayeva mediadan yan qaçan bəzi deputaların kaprizli olması barədə iddialarla razı deyil və bununla yanaşı, əlavə edir ki, deputat mətbuata açıq olmalıdır.


“Hər insanın öz dünyagörüşü, hadisələrə yanaşma tərzi var. Bir məqamı qeyd etmək istəyirəm. Bunu bütün mətbuata şamil etmirəm. Müəyyən KİV-lər var ki, populyarlıq naminə mövzunu kontekstdən çıxarıb, yanlış formada təqdim edir. Oxucu da başlığı oxuyur, mahiyyətinə varmır. Beləliklə, başlığa görə həmin deputat müzakirə olunur və dediklərinə don geyindirilir. Bu cür yanaşma haqsız yanaşmadır. Bəzən iradları mənə də bildirirlər. Jurnalist olduğum üçün bunu öz ünvanıma haqlı irad kimi qəbul edirəm. Təbii, razı və narazı qaldığım məsələlər də var. Bəzən hansısa deputatdan müsahibə ala bilməyəndə onun barəsində yanlışlığa yol verməyə başlayırlar. Bu da tərəflər arasında narazılığa səbəb olur. Düşünürəm ki, deputat mətbuata açıq olmalıdır”.


“Milli Məclis”in rubrikaları...

Jurnalının redaktoru Aidə Əhmədova deyir ki, “Milli Məclis”in özünəməxsus rubrikaları var:

“Məsələn, “Səfir” rubrikamız var. Səfirliklərlə bağlı yazıları təqdim edirik. Eyni zamanda, “Dünya parlamentləri” rubrikamızda ayrı-ayrı parlamentlərlə bağlı heç yerdə çap olunmayan məlumatlar veririk. Həmçinin, jurnalda parlamentin həyatını, kənardan heç kəsin görmədiyi hadisələri işıqlandırırıq. Səfərlər, deputatların gördüyü işlər, parlament xəbərləri ayrı-ayrı rubrikalar şəklində hər sayımızda dərc olunur. Güman edirik ki, bunlar oxucularımızı da maraqlandırır. Oxucu jurnalı vərəqləyəndə əvvəlcə başlığa, şəkilə baxır, sonra yazını oxuyur. Ona görə də biz şəkillərə qarşı çox diqqətliyik.
“Milli Məclis” jurnalında dərc olunan hər bir fikir rəsmi mövqe kimi səsləndirildiyi üçün məsuliyyəti birə-beş artırır. Ona görə işimiz kifayət qədər məsuliyyət tələb edən bir işdir”.

Hər sahəyə toxunulur

Baş redaktorun müavini Mübariz Əsgərov jurnalın ciddi nüfuz qazandığını deyir:

“Parlament rəhbərliyinin ardıcıl diqqət və qayğısı nəticəsində jurnal Azərbaycanın qanunverici orqanının dolğun mənzərəsini yaradan ciddi rəsmi nəşr kimi nüfuz qazanıb.


Jurnal qanunvericilik fəaliyyəti ilə maraqlanan insanlar üçün nəzərdə tutulub. Qanunvericilikdə nə baş verir, zamanın tələbi nədir, deputatların fikirləri, müəyyən qanunların şərhi jurnalda öz əksini tapır. Milli Məclis qanunverici orqan olduğu üçün jurnalımızın özünəməxsus xüsusiyyətləri var. Ümumilikdə jurnal çoxşaxəli məzmuna malikdir. Səhifələrində cəmiyyətimizin həyatının müxtəlif sahələrinə - ictimai, siyasi, iqtisadi, mədəni və digər məsələlərə aid məqalələrə geniş yer verilir. Bir çox yaddaqalan, eksklüziv müsahibələr, ilk dəfə müraciət olunan mövzular barədə yazılar jurnalımızı daha da maraqlı edir.Məsələn, Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə eksklüziv müsahibəmiz yaddaqalan idi, ictimaiyyət arasında rezonans doğurmuşdu.

Jurnalın hər sayının rəngarəng, maraqlı olmasına çalışırıq. “Milli Məclis” jurnalında dərc olunan Azərbaycanın dövlətçilik tarixi, dünya parlamentləri, qədim dövrlərdən indiyədək parlamentarizmin dünyada inkişaf tendensiyaları barədə araşdırma yazılar və tarixi mövzuda məqalələr ictimaiyyət arasında rezonans doğurur”.

“Deputatlar bizə daha çox etibar edir”

Dizayner Vəfadar Əliyev nədənsə söhbətə başlamaq istəmir. İlk baxışdan adamda elə təəssürat yaranır ki, Vəfadar müəllim danışmağı sevmir. Sonradan məlum olur ki, sadəcə, təvazökarlıq edir. Heydər Əliyev haqqında ilk vebsaytın yaradıcılarından biridir. Təvazökar olduğundan bu barədə heç yerdə danışmayıb. O da bizə jurnalın dizayn tərəflərindən danışdı.

“Biz müəyyən standartlar əsasında işləyirik. Proporsiyanı bütün qaydalarda gözləyirik. Çalışırıq ki, balansı qoruyaq və heç kimə üstünlük verməyək. Normal və səliqəli jurnal olsun. Bu da ondan irəli gəlir ki, işimizə qarşı çox tələbkarıq. Mütəmadi olaraq deputatlar, dövlət orqanlarının rəhbərləri jurnalda çıxış edirlər. Onlara da maraqlıdır ki, “Milli Məclis” jurnalında çıxış etsinlər. Bilirlər ki, onların mövqeləri düzgün işıqlandırılacaq. Ona görə də bizə daha çox etibar edirlər”.

“Problemə müdaxilə etmək səlahiyyətimiz yoxdur”


“Milli Məclis”in əməkdaşı Nəzrin Əliyeva jurnaldakı yazıların hazırlanma prosesindən bəhs edir:


“Bəzən olur ki, digər mətbu orqanlar xarici kanalların adlarını olduğu kimi verirlər. Amma biz tələffüz şəklində veririk ki, oxucu çaşmasın. Başqa yerdə səsləndirəndə gülməli forma almasın. Biz birbaşa çapa getmirik, Redaksiya Şurası ilə müzakirə edirik. Redaksiya Şurası məqalələrə, yazılara həssaslıqla yanaşır.


Son vaxtlar adət halını alan bir məsələ var. Milli Məclisə zəng etmək əvəzinə, “Milli Məclis” jurnalına zəng edirlər. Milli Məclislə bağlı problemləri, sualları olanda redaksiyaya zəng edirlər. Bizə olan zənglər onu deməyə əsas verir ki, bizə oxucu tərəfindən böyük diqqət var. Bizim problemə müdaxilə etməyə ixtiyarımız yoxdur. Yaradıcı işlə məşğul oluruq. Kənardan yazı və məqalə verənlər çoxdur. Biz onların arasından müəyyən seçimlər edirik. Bölgələrdəki dövlət orqanlarına, həttaTürkiyəyə də jurnal göndəririk”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL