Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Gürcüstandakı mühacirlərimiz Avropaya qaçırlar - şok iddia

Tarix:14-06-2017, 08:45 Baxış Sayı:162

Gürcüstandakı mühacirlərimiz Avropaya qaçırlar - şok iddia

Natiq Cəfərli: “Hadisədən istifadə edən insanlar Avropa ölkələrinə köçməyə çalışacaqlar”; Zəlimxan Məmmədli: “O qorxu qalacaq”


Gürcüstana sığınan azərbaycanlı mühacirlərin bu ayın əvvəllərindən başlayaraq kütləvi şəkildə bu ölkəni tərk etdikləri barədə xəbərlər yayılıb. Mayın 29-da jurnalist Əfqan Muxtarlının həbsindən sonra bu halın baş verdiyi bildirilir.


Bu həbsin qonşu ölkədə şəbəkələşən Azərbaycan hakimiyyətinə qarşı olan müxalif qüvvələr arasında xof yaratdığı, bunun üçün də həmin qüvvələrin çıxış yolunu Avropa ölkələrinə üz tutmaqda gördükləri iddia olunur. Baş verən hadisədən sui-istifadə edildiyi vurğulanır. Reallıqdır ki, Ə.Muxtarlı olayından sonra Gürcüstandan istənilən Avropa ölkəsinə gedən azərbaycanlı mühacirin oturum almaq şansları kifayət qədər yüksəkdir. Çünki bu həbs təkcə Azərbaycan və Gürcüstan daxilinə deyil, dünyaya da yayıldı.

Əslən Gürcüstandan olan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Əfqan Muxtarlının həbsi əslində qonşu ölkədəki mühacirlərimizin qorunmasına yol açıb: “Bu həbs Gürcüstan üçün ciddi başağrısına çevrilib. Çünki ciddi araşdırmalar gedir. Dünya və Gürcüstanda bununla bağlı gedən söhbətlər səngimir. Gürcü müxalifəti də bu faktdan istifadə edərək, hökumətə qarşı apardıqları kampaniyanı genişləndirir. Burada söhbət heç də Əfqan Muxtarlının hüquqlarının pozulub-pozulmamasından getmir. Demokratik ölkələrdə bu tipli hadisələrdən həmin ölkələrin müxalifətləri hökumətə qarşı istifadə edirlər. Bu baxımdan, bundan sonra Gürcüstanın bu tipli hadisələrə yol verəcəyini düşünmürəm. Əksinə, düşünürəm ki, Gürcüstanda yaşayan, özünün siyasətlə məşğul olduğunu iddia edən insanların daha yaxşı qorunması bundan sonra mümkün olacaq. Bu əməliyyatla sanki orada yaşayan azərbaycanlıların qorunmasına şərait yaradıldı. Belə problemlərin bir daha yaşanacağını zənn etmirəm. Amma orada kimsə qanunları pozacaqsa, məhkəmə vasitəsilə bu sübut olunacaqsa, o insanlara qarşı hər hansı bir tədbir görülə bilər və bu da normaldır. Açığı, belə faktlarla qarşılaşmamışam ki, Əfqan Muxtarlı olayından sonra hər hansı bir təqiblər olsun, yaxud da insanların Gürcüstandan kütləvi şəkildə köçürülmələri müşahidə edilsin. Sadəcə, bir şey baş verə bilər ki, bu hadisədən istifadə edən insanlar Avropa ölkələrinə köçməyə və orada siyasi sığınacaq almağa çalışacaqlar.

Bu olay bir növ onlara şans yaradacaq, Gürcüstandan Avropaya köçmək üçün. Amma bunun kütləvi hal alacağını düşünmürəm. Bir daha deyirəm ki, bu hadisə daha çox Gürcüstanda yaşayan azərbaycanlıların güclü qorunmasına səbəb olacaq. Doğrudan da hökumət belə əməliyyat keçirib, orada məskunlaşan azərbaycanlıların şəbəkəsini dağıtmaq istəyirsə, tam əks effektlə qarşılaşa bilər. Ona görə bu əməliyyatın ciddi effekt verəcəyini düşünmürəm. Fərq etməz Gürcüstan və başqa ölkənin olmasının, əgər Gürcüstanda bir şəxs öz əqidəsi uğrunda mübarizə aparırsa, bunun qarşısını bu cür yollarla almaq mümkün deyil. Sadəcə, Azərbaycan hakimiyyəti düşünməlidir ki, nə üçün qonşu ölkədə buranı tərk edib gedənlərin yaşamalarına, işləmələrinə şərait yaradılıb.

Əgər 2014-cü ildə QHT-lərin fəaliyyəti ilə bağlı problemlər yaşanmasaydı, heç bu problemlər də ortaya çıxmazdı. Qanunlar sərtləşəndən sonra bu fəaliyyətlə məşğul olanlar Gürcüstanda məskunlaşıb, orada fəaliyyət göstərməyə məcbur oldular. Obrazlı desək, bu problemi Azərbaycan tərəfin özü yaratdı. İqtidar çalışmalıdır ki, qanunvericilik 2013-cü il səviyyəsinə qayıtsın. Sivil toplum ölkəmizdə fəaliyyət göstərsin, hakimiyyət də nəzarət etsin. Əslində hökumət burada maraqlı olmalıdır. Burada qazanan Gürcüstan oldu. Hökumət ölkəyə valyuta axınının olmasını istəyirsə, bu sahədəki əngəlləri aradan qaldırmalıdır. Ölkəyə ildə 15 milyon vəsaitin gəlməsi potensialı var. Nəticədə iş yerlərinin sayını artırmaq olar. Son 25 ildə qrant layihələrinə 2 milyarddan çox vəsait ayrılıb. Bunun da çoxu dövlət qurumlarına ayrılıb. Əgər təhlükəli idisə, niyə hökumət orqanları alırdılar? Hökumət nəzarət etmək istəyirsə, bu onun haqqıdır. Təhlükəsizlik baxımından normal qarşılanmalıdır”.

Image result for “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli


“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli yayılan xəbərlərə bu cür münasibət sərgilədi: “Gürcüstan regionun hegemon dövlətlərindən sayılmalıdır. Amma bu hadisə ilə Gürcüstanın imicinə ciddi zərər dəydi. Avropanın diqqətini cəlb edən hadisəyə çevrildi. Bu olayla mənim Gürcüstana girişimin yasaq olunması arasında heç bir fərq yoxdur. Göz gördüyündən qorxar, əgər bu hadisə baş veribsə, buna aydınlıq gətirilməyibsə, hətta açıqlamalar kifayət qədər real deyilsə, təbii ki, o qorxu qalacaq. Orada təhlükə realdır. Amma bizdə ora mühacirətə gedib, son günlərdə oradan da Avropaya axın edilməsi barədə məlumat yoxdur”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL