Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Çingiz Hüseynov: “Yazıçı ədalətli olmalı, həqiqəti yazmalıdır” - MÜSAHİBƏ, FOTOLAR

Tarix:30-06-2017, 08:25 Baxış Sayı:176

Çingiz Hüseynov: “Yazıçı ədalətli olmalı, həqiqəti yazmalıdır” - MÜSAHİBƏ, FOTOLAR

Ustad Çingiz Hüseynovla Qüdsdə görüşüb, müsahibə almaq ən böyük arzularımdan idi. Uca Yaradanın sözü əmanət etdiyi şəxsiyyəti və yaradıcılığıyla nadir bir insanı görmək, onu dinləmək kimin könlündən keçməz ki? Amma hər dəfə bu haqda düşünəndə yaxşı bilmədiyi fəndən dövlət imtahanına gedən tələbə kimi dizlərim əsirdi. “Merac”ı yazan usta qələm sahibindən nə soruşa bilərdim? Görünür, Çingiz müəllimlə söhbət etmək arzum cahil görünmək qorxumdan üstün oldu ki, Yaradan bu görüşü mənə qismət etdi. Amma Qüdsdə yox, Moskvada... Dostlar sağ olsun, Moskvada yaşayan dəyərli aydın Eldar Abbasov görüşün xəbərini verəndə çoxdan hiss etmədiyim dərin bir sevinc yaşadım. O anı yaşayarkən gerçəkləri boyasız, pərdəsiz eşitdiyim dərin söhbət ortamları üçün dəhşətli dərəcədə qəribsədiyimi də anladım. Bakı çoxdandır, belə söhbətlərə məkan deyil... Kim qalıb ki? Qalanlar da susqun...

Bu səbəbdən ötən əsrin 30-cu illərində İosif Vissarionoviçin sovet yazıçıları üçün bağ massivi kimi ayırdığı yamyaşıl Peredelkinodakı bağ evində 4 saata yaxın davam edən söhbət quraqlıqdan cadar-cadar olan torpağa selin gəlişi kimi gəldi, beynimizə... Çingiz müəllimin bənzərsiz nitqini suallarla bölməyə də qıymadıq. Söhbətin axarında mövzudan-mövzuya keçdikcə, bizi bugündən uzaq keçmişə qədər apardı, Yerdən Göyə qaldırdı, yaradılışın fəlsəfəsi, canlıların əşrəfi insanın daxili dünyası ilə bağlı düşüncələrini inci kimi ipə düzüb, bizə bağışladı. Bu inciləri “dağıtmadan” sizə də təqdim etməyə çalışacağıq...

Dördüncü söhbət

(əvvəli ötən saylarımızda)

unnamed (3).jpg (67 KB)

- Beləliklə, gəldim İstanbula... Əsl hekayə bundan sonrasıdır. 1968-ci il... Avropa “qaynayır”, Türkiyə “qaynayır”, sol hərəkatı genişlənir, hər tərəfdə maoçular, Leninin kitabları əl-əl gəzir... SSRİ-nin Bağdaddakı elçiliyindən çıxanda xahiş eləmişdim ki, İstanbul konsulluğuna xəbər versinlər, məni orda qarşılasınlar. SSRİ Yazıçılar İttifaqının partiya təşkilatının katibi olmağımdan elə bir dəfə onda istifadə elədim. İstanbul konsulluğunun nümayəndələri məni hava limanında qarşıladılar, konsulluğun qonaq evində yerləşdirdilər. İlk gün konsul dedi ki, pasportunuza baxa bilərəm? Dedim, buyurun. Baxdı ki, Türkiyəyə giriş möhürü vurulmayıb. Aeroportda pasportumu yoxlamışdılar, amma möhür vurmamışdılar.

Yenidən qayıtdıq, aeroporta... Orda dedilər ki, biz bilmirik, siz ölkəyə necə girmisiz. Dedim, necə yəni, necə girmişəm, sərhədin üstündən quş olub, uçmamışam ki? Bu biletim, bu pasportum, bu mən... Məni orda dilim xilas elədi. Sərhəd xidmətində türkcə danışmağım, fikrimi sərbəst izah eləməyim problemi həll elədi - möhür vuruldu. Artıq leqal şəkildə Türkiyədəydim. Şəhərdə tək gəzirdim. Istəyəndə çıxırdım qonaq evindən, istəyəndə qayıdırdım. Konsulluq işçiləri də təəccüblə baxırdılar ki, yəqin bu adam hansısa tapşırıq alıb – ilk dəfə gəldiyi ölkədə, tək, sərbəst gəzir, heç bir yardım istəmir. Mənə münasibət çox yaxşı idi. Hətta bir gün onlara sovet ədəbiyyatından mühazirə də oxudum. İstanbula gələndən bir gün sonra Əşrəfin adresini götürüb, qonaq evindən çıxdım. Onu tapmalıydım. Evi Ataköy tərəfdəydi. Mindim avtobusa, yer var idi, oturdum, biz az keçmiş baxdım ki, yanımdakı oğlanın əlində Nazim Hikmətin kitabı... Nazim Hikmət artıq 6 il idi, vəfat etmişdi. Soruşdum, nə kitabdı, dedi Nazimindi, məşhur əsərdir. Dedim, Nazimi yaxşı tanıyıram... Oğlan təəccüblə üzümə baxdı – necə yəni Nazimi tanıyıram? Ölkəsində nə qədər təqib görən, SSRİ-yə sığınan solçu şairi avtobusdakı bu adam hardan tanıya bilər? Çaşmışdı.. Dedim, bəs mən Sovetlər Birliyindən gəlmişəm, Nazim bəyi yaxşı tanıyıram, necə dəfə görüşmüşəm, onunla...

Gördüm, qorxur, nə lehinə, nə əleyhinə bir kəlmə demir. Bu, Nazim Hikmətlə Türkiyədə birinci görüşümüz idi. İkinci görüşümüz taksidə oldu. Əşrəf Ataköydə yaşayırdı. Gəldim Ataköyə, ünvandakı evi tapdım, zəngi basdım, qapını açan yox... Özü də həmin gün Türkiyədə hansısa bayram idi, küçələrdə ordu, parad, saat yarıma zorla gəlib, çıxmışdım. Qapı açılmayanda qanım qaraldı ki, yenə bu basırıq yollarla geri qayıtmalıyam. Baxdım, binanın qarşısında bir cavan oğlan, dayanıb maşınının yanında, ailəsi də maşına minir. Anası, uşaqlar… 5-6 nəfərdilər. Yaxınlaşdım, soruşdum ki, Əli Turan bəyi tanıyırsız? Əşrəf Bakıda qardaşıma adını dəyişdiyini demişdi. Dedim, onun vətənindən gəlmişəm, biz 27 ildir görüşmürük, evini tapdım, amma qapını açan yoxdur. Dedi, əlbəttə tanıyıram, onun indi təzə eczanesi - apteki var, ordadır, amma siz oranı tapa bilməzsiniz. Ailəsini maşından düşürdü, göndərdi evə, dedi, buyurun, əyləşin, aparım sizi... Oturan kimi başladı ki, eveeet, demək, Sovetlər Birliyindən gəlmisiz... Bizim xain şairimiz də ordaydı. Soruşdum, kimi deyirsən? Cavab verdi ki, Nazim Hikməti... Dedim, saxla, getmirəm... Dedim, mən Nazim Hikməti çox yaxşı tanıyırdım, sizin fəxrinizdir, böyük şairdir, siz də deyirsiz, xain... Düşürdüm maşından, qoymadı. 27 il sonra baş tutacaq görüşü görmək istəyirdi, axı... Nə isə, könlümü aldı, gətirdi, məni aptekə... İçəri girən kimi Əşrəfi tanıdım – şəklini görmüşdüm... Baxdım ki, al-ver gedir, çəkilib bir qıraqda dayandım.

unnamed (1).jpg (59 KB)

- Siz isə tamam dəyişmisiz...

- Əlbəttə. O, məni görəndə 11 yaşım vardı, artıq 39 yaşındaydım. Nəhayət, alıcı seyrəldi, yaxınlaşdım, dedim, Əli Turan, Vətəndən salamlar! “Xoş gəlmisiz” dedi, amma başa düşmədi, kiməm... Davam etdim - Bakıdan, dostlardan, qonşulardan salam gətirmişəm, qardaşım Əlikram da salam dedi... Heyrətləndi – Çingiz!!! Qucaqlaşdıq... Məni bura gətirən qonşu oğlan da kənarda dayanıb, baxır. Tez apteki boşaltdı, içəridəkilərə dedi – qapandıq bu günlük... Necə həyəcanlı idi... 27 il... Uzaqda qalan vətəndən gələn adam... İndi bilmir, məni harda oturtsun, necə qulluq eləsin... Aptek də balaca bir yerdi... Sizcə harda oturtdu?

- Öz yerində?

- Kassada... Aptekdəki ən hörmətli yerdə... (gülür) Ordan-burdan danışdıq. Dedim, Əli Turan, sənə bir söz demək istəyirəm, dedi, onsuz da gedirik evə, evdə rahat-rahat danışaq. Dedim, yox, indi deməliyəm. Onu maraq bürüdü - görəsən, nə məsələdir ki, mən bunu ona belə təcili demək istəyirəm? Dedi, buyur. Dedim, yadına gəlir, sən əsgər getməmişdən qabaq bizi Əli Bayramov klubuna kinoya apardın? Fikrə getdi... Dedi ki, vallah, əsgər getdim, o qədər ölüm-itim gördüm, yadıma sala bilmirəm... Dedim, bir qız da aparmışdın, yadına düşdü? Kinodan çıxanda sənin də dodaqların, onun da dodaqları qan içindəydi, gəlmişəm sənə deyəm ki, mən onda başa düşmüşdüm, niyə belədi.

Elə bilirdim güləcək, amma halı dəyişdi... Dedi, Çingiz, çox xahiş edirəm, biz indi evə gedəcəyik, bu haqda evdə bir kəlmə də danışma... Dedim, a kişi, o boyda “dəmir pərdə” var arada, 27 il keçib, üstündən... Dedi, sən bilmirsən, mənim elə bir qısqanc xanımım var, bunu eşitsə, günüm qara olacaq... Dedim, mən bu hadisəni danışmaq üçün o boyda yolu durub İstanbula gəlmişəm, elə bildim, güləcəksən, xatirələri yada salacaqsan, sən də deyirsən, danışma... Zarafat etdik, güldük bir az, gəldik, evə... Yolda öyrəndim ki, xanımı Osmanlı sultanının nəslindəndir, həm də əsilzadə olduğu üçün azərbaycanlılara, yəni sovet adamlarına bir az yuxarıdan aşağı baxmağı var. Əşrəf dedi ki, mən səni necə təqdim eləsəm, etiraz eləmə. Razılaşdıq. Xanımı bizi xoş üzlə qarşıladı, Əşrəf dedi ki, qonağımız mənim həmyerlimdir, görkəmli yazardır, akademikdir. Məni xeyli tərif elədi... Xanımı da açıq fikirli insan idi, çox gözəl söhbətimiz oldu. Kitabımı da aparmışdım.

Həmin gün Əşrəf mənə Məhəmməd Əmin Rəsulzadədən danışdı, sonrakı gün isə İstanbulda yaşayan 4 azərbaycanlı ilə görüşdürdü. Məlum oldu ki, onlar “legioner”dirlər və Əşrəf də, həmin 4 nəfər də Türkiyəyə Məhəmməd Əminlə bir yerdə qayıdıblar. Biz onda Rəsulzadə ilə bağlı heç nə bilmirdik. Onun haqqında mənə çox şeylər danışdılar. Əşrəf dedi ki, günlərin birində Məhəmməd Əmin bəyə sevinə-sevinə dedim ki, Trümen açıqlama verib, SSRİ qoşunları İrandan çıxır. Rəsulzadə kədərlə gülümsünüb dedi ki, sevinmək yox, ağlamaq lazımdır, rus qoşunları İranda qalsaydı, Şimali Azərbaycanla Cənubi Azərbaycan birləşə bilərdi.

O vaxt Səməd Vurğunun “Vaqif” dramı Azərbaycanda çox dəbdəydi. Azərbaycanda demək olar, bir neçə nəsil onu əzbər bilirdi. Legionerlər dedilər ki, onlar cəbhədə “Vaqif”i səhnələşdiribmişlər. O zaman kimsə deyibmiş ki, bu, Stalini tərənnüm edən şairin əsəridir, qadağan eləmək lazımdır, Məhəmməd Əmin imkan verməyib. Deyib, əksinə, əsər Stalini ifşa edir, Qacar işğalçının obrazıdır. Mən orda eşitdiyim söhbətləri sonradan “Doktor N” romanıma saldım. Belə... Zəngin təəssüratla gəldim, Türkiyədən... Sonra “Nazim Hikmətlə görüşlərim” adlı yol qeydləri yazdım. Sizə danışdığım əhvalatları orda ətraflı təsvir eləmişəm.

unnamed (2).jpg (38 KB)

- Müstəqillik illərində bir türk şairi gəlmişdi Azərbaycana. Hansı görüşə gedirmiş, söhbət bir şəkildə Nazim Hikmətin üzərinə gəlirmiş. Axırda adam dözməyib deyib ki, Türkiyənin nə qədər böyük şairləri var, ancaq siz elə Nazimi tərifləyirsiz, nə böyük sevgi varmış sizdə bu Nazimə? Həmin məclisdə iştirak edən radionun Ədəbi Dram Verilişləri baş redaksiyasının baş redaktoru Mailə Muradxanlı ona cavab vermişdi ki, biz Nazimi kommunist olduğu üçün sevirik ki... Özümüzdə nə qədər desəz kommunist var, biz onu türk olduğu üçün sevirik...

- Əla... Nazim Azərbaycana da gəlirdi. Onda da tədbirlərin çoxu rus dilində olurdu. Nazim çıxırdı tribunaya, bir “əziz kardeşlerim” deyirdi, zal 1 saat alqış edirdi... 2 sözdən nə boyda həyəcan yaranırdı. Dil böyük faktordur. Azərbaycan ədəbi mühitinin həmin dönəmini İsa Hüseynov mənə göndərdiyi 10-dan çox məktubda çox gözəl təsvir edib. Biz dost idik, onunla... O vaxt bəlkə də o qədər fərqinə varmırdıq, ancaq bu gün oxuyanda görürsən ki, nələri yazıb, İsa... O, məndən başqa heç kimlə dərdləşmirdi.

unnamed.jpg (67 KB)

- Görünür, sizdən başqa heç kimin obyektivliyinə inanmırmış...

- Ola bilər. O məktublar yalnız ədəbi mühitin yox, ümumiyyətlə, ölkədə gedən proseslərin dərin təhlilidir. Hüseyn Mehdinin ölümü ilə bağlı da mən çox maraqlı sənəd əldə etmişdim. O sənəd ayrıca bir əsər ola bilərdi. Axı, Mərkəzi Komitədə gedən müzakirələrdə Süleyman Rəhimovu, Məmməd Rahimi, Süleyman Rüstəmi, Nəbi Xəzrini onun ölümündə günahlandırırdılar... İntriqa o səviyyədə idi ki, hökmən onlardan biri ölməliydi. O zaman SSRİ Yazıçılar İttifaqının Milli Ədəbiyyatlar Komissiyasında çalışırdım. Məni bu məsələ ilə bağlı Bakıya ezam elədilər. Mir Cəlalla da söhbətimiz oldu, Mirzə İbrahimovla, Nəbi Xəzri ilə, İmran Qasımovla da görüşdüm. Çoxları bir şəkildə intriqa ilə məşğul idi. Bizim bir məsəlimiz var – igidin adını eşit, üzünü görmə...

Mən Azərbaycanda çoxlarının adını da eşitmişəm, üzünü də görmüşəm. Hamısı ürək sözlərini mənə deyirdi. Baxırdım ki, hamısı bir-birinə qarşı kompromat toplamaqla, intriqa yaratmaqla məşğuldur. Hamısı Sovet İttifaqına yaxalarına nişan taxılmaq üçün xidmət edirdi. “Xatirələr” əsərimdə Səməd Vurğuna bütöv bir bölmə həsr etmişəm. Adı “Şair, nə tez qocaldın sən”dir. Səməd 50 yaşında 80 yaşlı kimi görünürdü. Çünki 37-38-ci illərdə sözlə olsa da, hamını satmışdı. Orda yazmışam ki, Kommunist Partiyasının XX qurultayından sonra Səməd Vurğun xəstə olmasaydı, özünü öldürəcəkdi. Çünki istedadlı adamın elə bir “yük”lə yaşaması mümkün deyil. Səməd böyük istedad sahibi, böyük şair idi. Azərbaycan dilində onun qədər kim gözəl yaza bilirdi? Puşkin rus dilində necə gözəl yazırdısa, Səməd Vurğun da Azərbaycan dilində o cür gözəl yazırdı. O dönəmin üzdə olan şəxslərini yaxşı tanıdığım üçün mənə xatirə yazmaq çox çətindir. Yazsam, gərək, açıq yazam. Onda da çox adam inciyəcək, məndən... Yazıçı gərək, hər zaman ədalətli olsun, həqiqəti yazsın.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL