Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İşsizlər taleyin ümidinə buraxılıb

Tarix:13-07-2017, 17:07 Baxış Sayı:148

İşsizlər taleyin ümidinə buraxılıb

Yeni qanun da onların ziddinədir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişaf yekunlarına və qarşıdakı vəzifələrə həsr olunan iclasda bir sıra məsələdən danışıb. O deyib ki, 24 min iş yeri bağlanıb və bunun həm obyektiv, həm də subyektiv səbəbləri var: “Bu, əslində daimi prosesdir. Baxanda, 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb. Əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir”.
Göründüyü kimi, ölkədə minlərlə iş yerinin bağlanması artıq rəsmi səviyyədə də etiraf edilir. Lakin hazırkı sosial-iqtisadi böhran dövründə, insanların ağır həyat tərziylə bahəm, işini itirmiş insana dövlət dəstək verirmi?
Ekspertlər deyir ki, dövlət əslində işsizliyə görə müavinət nəzərdə tutub. Yəni şəxs layiqli məşğulluğunu təmin edə bilmirsə, dövlət ona işsizliyə görə müavinət verməlidir. Bu vəsait də ildə təxminən 5 milyon manata yaxındır:
“Bu məbləğ qeyd ediləndən çox və ya az ola bilər. Həmin vəsait işsizlərə verilmək üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən Dövlət Məşğulluq Xidmətinə ayrılır. Amma ehtiyacları qarşılamaq üçün bu, çox az puldur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlik hallarından sığorta haqqında qanun laqihəsi hazırlayıb. Artıq Milli Məclisdə də müzakirəsi gedir. Orda nəzərdə tutulur ki, işsizlikdən sığorta fondu yaradılacaq və onun illik yığımı indiki əməkhaqqının həcmiylə götürəndə, təxminən 80-85 milyon manat arasında olacaq. Bu, əhəmiyyətli puldur. Amma qanunda problemli məsələ odur ki, o, yalnız müəssisənin ləğvi, ya da ştatların ləğvi nəticəsində ixtisara düşən şəxslərə veriləcək. Qalan vəsait də peşə yönümünün dəyişdirilməsinə və s. ayrılacaq”.
Sözügedən vəsaitin mənbəyi də icbari dövlət sosial sığortasına bağlı olacaq. Yəni hazırda sığortanın hər bir işçi üçün 22 faizini işəgötürən, 3 faizini də işçi ödəyir. Yeni qanunda isə onun həddi artacaq və 22,5 faizini işəgötürənlər, 3,5 faizini də işçilər ödəyəcək. Nəticədə 80-85 milyon manat pul yığılacaq. Bu qanun əslində yanvarın 1-dən qüvvəyə minməlidir. Problem odur ki, bu vəsait hər kəs üçün əlçatan olmayacaq.
Hazırda isə işsizliyə görə çox adam müavinət ala bilmir və gələcəkdə də ala bilməyəcək. Çünki işsiz statusu almaq üçün şərtlər var. Onlardan biri işçinin əvvəllər hardasa işləməsi və əmək müqaviləsinə xitam verilməsidir. Amma bizdə reallıq odur ki, işçiylə əmək müqaviləsi bağlanmır. İşçiylə ən yaxşı halda, mülki hüquqi müqavilə bağlanır. Ən pis halda isə, ümumiyyətlə, heç müqavilə olmur. Çünki ölkədə qeyri-formal əmək bazarı yüksəkdir. Bu şəxslər işsiz qalsa da, qalmasa da, sözügedən müavinətlərə çıxışı olmayacaq. Konkretləşdirsək, hazırda işsizlik müavinətiylə bağlı qanunvericilik təminatı var. Vəsaitlər ayrılıb, yeni qanun qüvvəyə minsə, vəsaitin məbləği bir az da artacaq. Amma əfsus ki, bu vəsait hamı üçün əlçatan olmayacaq. Necə ki, hazırda işini itirən və ağır həyatla üz-üzə qalan şəxslər dövlətdən hansısa bir ciddi maliyyə dəstəyi almır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL