Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Dirijor Niyazi necə ağır atletika çempionu oldu? - TARİX

Tarix:6-02-2017, 16:08 Baxış Sayı:257

Dirijor Niyazi necə ağır atletika çempionu oldu? - TARİX

Hamımız onu məşhur azərbaycanlı dirijor və bəstəkar kimi tanıyırıq. Söhbət dahi şəxsiyyət, böyük istedad sahibi olan Maestro Niyazidən gedir. Ancaq sizin onun haqda bilmədiyiniz çox maraqlı bir məqam vardı.

1912-ci il avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsindən anadan olan Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov, və yaxud sadəcə Niyazi, “Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik müğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletininin (1962) və digər musiqi əsərlərinin müəllifidir.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun “Koroğlu”, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da Niyazi etmişdir. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.

Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa o, SSRİ Dövlət mükafatına və “Çitra” baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb.

aaaf.az-ın yazdığına görə, maestronun həm də güclü ağır atlet olub. Onun uşaq ikən hərbçi olmağa hazırlaşdığını, kadet məktəbində dərs aldığından xəbəriniz vardımı? Yaxşı futbol hakimliyi, təyyarə idmanına marağı olan Maestro həm də güclü ağırlıqqaldıranlardan biriymiş. Niyazi “Dinamo” cəmiyyətinin bu idman növü üzrə birinciliklərində dəfələrlə iştirak edib. 16-18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş Maestro, həm də bir neçə ölkə rekordunu vurmuşdu. Sonradan konservatoriyaya daxil olan və diqqətini əsasən musiqiyə yönəldən Maestro, buna baxmayaraq idmandan soyumayıb. Bu illərdə idman sevgisinin musiqidən heç də az olmadığını sübut edən görkəmli ictimai xadimimiz, onu tanıyanlar arasında böyük rəğbət hissi oyadıb. Niyazi II dünya müharibəsindən sonra – 1946-60-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına da rəhbərlik edib. O vaxtlar bu vəzifə başqa cür adlanırdı – Azərbaycan SSRİ İdman Nazirliyinin nəzdində ağır atletika şöbəsinin sədri. Uzun müddət bu postu tutan Maestro bir çox idmançıların yetişməsi, onların ittifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək etmişdir. Bütün bunlar onun bu idman növünə olan böyük sevgisindən xəbər verir. Amma bir çox ağrılar, şəxsi problemlər Maestroya bu işini davam etdirmək imkanı verməyib.

Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi xadimi, görkəmli mütəxəssis, ağır atletika üzrə dəfələrlə Azərbaycan və İttifaq çempionu, veteran idmançı və müəllim Mirzə Hüseynov Maestro Niyazini belə xatırlayır: “O, biz uşaq olanda – təxminən 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycan ağır atletikasına rəhbərlik etmişdi. Çox güclü, enerjili, eyni zamanda idmansevər bir insan idi. Az qala hər gün bizim məşqlərimizi izləyər, uğurlar qazanmağa ruhlandırardı. Səmimi adam idi. Mən uşaq olmağıma baxmayaraq bunu yaxşı xatırlayıram. O, özü uşaqlıqda ağır atletika ilə məşğul olmuş, şəhər və ölkə birincisi olmuşdu. Həm fiziki, həm də mənəvi cəhətdən güclü insan idi”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL