19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Vahid Məhərrəmli
Kartof idxalı 6,4 dəfə artıb, ixrac isə 2,7 dəfə azalıb.
Azərbaycan hakimiyyəti ikinci çörəyin istehsalını da bərbad vəziyyətə salıb. Azərbaycan özünün kartofa olan təlabatını da daxili istehsal hesabına ödəyəbilmir. Xatırladım ki, son 5 ildə ölkəyə kartof idxal fiziki çəkidə 2,7 dəfə, dəyər ifadəsində isə 6,4 dəfə artıb. Belə ki, 2011–ci ildə ölkəyə 5,2 milyon dollar dəyərində67,4 min ton kartof idxal olunduğu halda, 2016-cı ildə 33,7 milyon dollar dəyərində182,9 min ton kartof idxal olunub. Bu müddət ərzində kartof ixracı kəskin şəkildəazalıb. DSK-nın məlumatına əsasən 2011-ci ildə Azərbaycan 91,7 min ton kartof ixrac etdiyi halda, 2016-cı ildə bu göstərici 2,7 dəfə azalaraq 38,2 min ton təşkil edib. Bu azmış kimi 2017-ci ildə pambıq ərazilərinin genişləndirilməsi kartofçuluqdan da yan keçməyib. Belə ki, əvvəlki ilə nisbətən 2017-ci ildə kartof əkini sahəsi 2 min hektar azaldılıb. Artıq demək olar ki, ölkə bu seqment də idxaldan asılı vəziyyətdədir. İstehlakçılara təklif olunan kartof əsasən Rusiyadan, İrandan, Gürcüstandan və digər ölkələrdən gətirilir. Bu kimi səbəblərdən də adambaşına kartof istehlakına görəAzərbaycan hətta MDB ölkələri sırasında axırıncı yeri tutur. MDB ölkələrinin əksəriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə gedir. Xüsusən Belorusiya, Ukrayna, Ermənistan, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından xeyli çox məhsul istehsal edirlər. Bu qədər məhsul onların istehlak təlabatını ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir. Adambaşına istehlak norması 124 kiloqram olduğu halda, Azərbaycan əhalisi adambaşına 94 kiloqram kartof istehlak edir. Ermənistan əhalisi isə 2016-ci ildə bizdən 2,6 dəfə də çox, yəni adambaşına 245 kiloqram kartof istehlak edib. 2016-cı ildə MDB ölkələrində adambaşına kartof istehlakı göstəriciləri belədir:
Аzərbaycan 94
Ermənistan 245
Belarus 630
Qazaxıstan 200
Qırğızıstan 228
Rusiya 212
Tacikistan 104
Ukrayna 512