19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Qubad Ibadoğlu
İxrac mallarının 5,9, idxal mallarının 20 faizi dəmiryol nəqliyyatı ilədaşınır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal edilib. Bu dövr ərzində xarici ölkələrlə 12,5 milyard ABŞ dolları məbləğində, o cümlədən 7,2 milyard dollarlıq ixrac və 5,3 milyard dollarlıq idxal əməliyyatları aparılıb. İdxal mallarının 62,9 faiz avtomobil, 20,0 faizi dəmiryolu, 10,5 faizi hava, 5,5 faizi dəniz nəqliyyatı vasitələri ilə gətirilmiş, 1,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmişdir. Bu o deməkdir ki, bu ilin 8 ayında yalnız 1 milyard 60 milyon dollarlıq idxal malları dəmiryolu ilə gətirilib.
2017-ci ilin yanvar-avqust aylarında ixracın 84,1 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 7,2 faizini avtomobil, 5,9 faizini dəmiryolu, 2,0 faizini hava, 0,8 faizini dəniz nəqliyyatı vasitələri ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. Belə olan halda da bu ilin 8 ayında xarici tərəfdaşlara yalnız 426 milyon 157 min dollarlıq ixrac məhsulu dəmir yolu ilə göndərilib.
İdxal və ixrac əməliyyatlarında dəmiryolu ilə daşınmanın payının az olması xarici ticarətdə məhsulların struktur göstəriciləri ilə bağlıdır. Belə ki, Azərbaycanın ixrac məhsulunun əsasən xam neftdən ibarət olması və onun da boru kəmərləri vasitəsilənəql edilməsi, idxal mallarının isə ğlkəyə əsasən Rusiya və Türkiyədən avtomobil nəqliyyatı vasitəsilə daşınması dəmiryol nəqliyyatının rolunu xeyli aşağı salır. BTQ dəmiryol xəttinin işə düşdüyünü nəzərə alaraq daşınmaların strukturunda dəmiryol nəqliyyatının xeyrinə dəyişiklik edilməsi üçün bu sektorda daşınma xidmətləri, tarifləri və standartları beynəlxalq tələblərə uyğunlaşdırılmalı, dəmir yol nəqliyyatının texniki təchizatı və orta sürət göstəriciləri yaxşılaşdırılmalıdır. Amma çox şey yenə də idxal vəixrac mallarının quruluşundan və onun xüsusiyyətindən asılıdır. Əsasən neft və qaz ixrac edən ölkə üçün daşınmalarda yenə də əhəmiyyətli mövqe boru kəmərlərinəməxsus olacaq. Belə olan halda isə BTQ dəmiryol xəttinin rentabelliyini təmin etmək ilk onillikdə mümkün olmayacaq. Çünki, bu xidmət üçün lazım olan səviyyədə mal təchizatı üçün nə Azərbaycan və nə də region ölkələrinin iqtisadiyyatının gücündədeyildir.