Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
“Business Insider” saytı Beynəlxalq Enerji Agentliyinin yeni hesabatına əsasən yazır ki, Birləşmiş Ştatlar qarşıdan gələn bir neçə ildə dünyanın əlavə neftinin çox hissəsini hasil edəcək.
Hesabatda deyilir ki, qarşıdan gələn üç ildə ABŞ dünyada neft tələbatı artımının 80 faizini ödəyəcək.
Agentliyin illik hesabatına görə, Kanada, Braziliya və Norveç artan tələbatın qalanını təchiz edəcəklər və beləliklə, OPEC kartelinə yer qalmayacaq.
Ən qəribəsi isə budur ki, şist nefti gəlirlərinin əhəmiyyətli hissəsi OPEC-in qiymətləri qaldırmaq üçün öz hasilatını ixtisar etməsinin sayəsində əldə olunub.
“Əgər sən şist hasilatçısısansa, səni kimsə bazara gətirib. Kim gətirib, əlbəttə OPEC. OPEC-siz bazarda bir xaos olardı” – Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl əl-Məzruey bu yaxınlarda keçirilmiş bir sənaye konfransında deyib.
Əlbəttə, agentliyin OPEC üzvü olan ölkələr barədə proqnozu ürəkaçan deyil.
Hazırda qeyri-OPEC ölkələri, xüsusilə də ABŞ hasilatı artırırlar və belə bir şəraitdə OPEC qiymətləri aşağı salmadan öz hasilatını necə artıracağı üzərində baş sındırır.
Bu isə karetelin üzvlərini hasilata ixtisarları nəzərdə tutulduğundan daha uzun müddətdə davam etdirməyə məcbur edə bilər.
Söhbət ixtisarın 3 ya 4 il də uzadılmasından gedir. Bu isə OPEC-in özünə ziyan vurması və ABŞ şistinə və başqa qeyri-OPEC ölkələrinə daha geniş bazar verməsi ilə nəticələnəcək.
Beynəlxalq Enerji Agentliyinin təhlilində deyilir ki, OPEC-in hətta fazalarla tam hasilat həcmlərinə qayıtmasının öz problemləri var.
Agentliyin proqnozlarına görə, qarşıdan gələn bir neçə ildə neftə tələbat azalacaq. OPEC-in hasilatı 2023-cü ilədək yalnız günə 750 min barrel artacaq.
Hesabatda deyilir ki, bu rəqəm çıxarılarkən Venesuelada hasilatın günə 700 min barrel azalacağı nəzərə alınıb.
Agentliyin gəldiyi nəticə budur ki, neftə olan tələbat 2023-cü ilədək günə 6,9 milyon barrel artacaq. Bu tələbatın əksər hissəsi Çin və Hindistanın payına düşür.
Bu arada təchizat günə 6, 4 milyon barrel artacaq ki, bunun da günə 3, 7 milyon barreli və ya 60 faizi ABŞ-dan gələcək.
Hesabatda deyilir ki, hazırda ən çox investisiya qoyulan sahə neft-kimya məhsulları sahəsidir. Buna səbəb heç də təkcə elektrik avtomobillərinin artması yox, həm də neftin və ucuz qazın bolluğudur.
Lakin eyni vaxtda mövcud yataqlardakı neftin tükənməsi nəticə etibarilə ildə 3 milyon barrel təchizat neftini siləcək.
Belə bir şəraitdə tələbatın artması o deməkdir ki, neft sənayesinin hər il təzə bir Şimal dənizinə ehtiyacı olacaq. Lakin sənaye neftin axtarışı və yataqların inkişaf etditirlməsinə əvvəllər olduğu qədər investisiyalar yatırmır.
2017-ci ildə yeni yataqların kəşf edilməsi ən aşağı həddinə çatıb, beləki cəmi 4 milyard barrel neft ehtiyatı müəyyənləşdirilib. Bu, 2020-ci illərin əvvəlləri üçün təchizatı çətinləşdirə bilər.
Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol deyir ki, “Birləşmiş Ştatlar qarşıdan gələn beş ildə neft bazarlarına öz möhürünü vuracaq”.
“Amma dediyimiz kimi, qlobal investisiyaların azlığı narahatlıq mənbəyi olaraq qalır. Hər il günə 3 milyion barrel tükənməkdə olan neft yataqlarını əvəzləmək üçün yeni yataqlar lazımdır” – deyib ekspert.