11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Deputat çıxış yolu təklif edir
Taxıl yığımının qızğın çağında Azərbaycanın bəzi bölgələrində kombayn çatışmazlığı müşahidə olunur.
Kəndlilərin dediyinə görə, havaların yağıntılı olması da onların işini daha da çətinləşdirib. Vaxtaşırı yağan yağış taxılın çürüməsinə gətirib çıxarır. Üstəlik, bu il ziyanlı gəmiricilərin həddən artıq çox olması, onlarla mübarizə işinin aparılmaması da taxılın məhvinə səbəb olub. Bəzi kənd zəhmətkeşləri hətta əlacsız qalıb taxıl sahəsini dəryazla biçiblər ki, bu halda da buğda yerə səpələnib və evə, sadəcə, saman aparası olublar.
Belə hesab olunur ki, ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafına önəm verdiyi şəraitdə kombayn çatışmazlığının yaşanması qarşıya qoyulan hədəflərə çatmağa mane olur. Üstəlik, taxıl istehsalının azalması ölkənin daxili tələbatına zərbə vurmaqla yanaşı, qiymət artımına da səbəb olacaq. Mövcud vəziyyətlə bağlı Kənd Təsərüfatı Nazirliyinin münasibətini öyrənmək istədik. Lakin mətbuat xidməti ilə əlaqə baş tutmadı.
Qeyd edək ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyindən bildirilmişdi ki, son 12 ildə “Aqrolizinq” ASC-nin xətti ilə 28 mindən çox kənd təsərrüfatı texnikası, o cümlədən 1869 taxılyığan kombayn, 94 pambıqyığan kombayn, 8636 traktor və 17483 digər texnikalar alınaraq, istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilib və ya lizinq yolu ilə sahibkarlara satılıb. Əgər kifayət qədər texnika alınırsa, o halda taxıl niyə sahələrdə məhv olur?
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli dedi ki, Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata görə, bu ilin 6 iyul tarixinə 954 736 hektar taxıl sahəsinin 600 055 hektarı və ya 63 faizi artıq biçilib: “Bunun da 326846 hektarı (52%) buğda, 273209 hektarı (83,%) isə arpa sahələridir. Göründüyü kimi, Azərbaycanda əkin sahələrinin çox böyük hissəsi taxıl əkini altındadır. Bu işi səmərəli təşkil etməklə, məhsuldarlığı, keyfiyyəti və səmərəliliyi artırmaq, itkiləri azaltmaqla nəinki taxıla olan tələbatımızı yerli istehsal hesabına ödəyə, hələ bir müddətdən sonra ixrac da edə bilərik. Bununla belə, bir sıra yerlərdə yetişmiş taxılın, xüsusən də buğdanın vaxtında biçilməsi ilə əlaqədar ciddi problemlər yaranıb. Əvvəlki illərdə olduğu kimi bu il də taxıl yığımı zamanı yaranan problem və çətinliklərin müəyyən obyektiv, təbii-iqlim və subyektiv səbəbləri var. Birincisi, kənd təsərrüfatı demək olar ki, tamamilə özəl bölmədən ibarətdir. Burada kooperasiya münasibətləri lazımi səviyyədə inkişaf etmədiyindən, bu boşluğu hələ ki dövlət doldurmağa çalışır. Beynəlxalq təcrübədən məlumdur ki, dünyada ən pis menecerin adı dövlətdir. Optimal nisbətdə dövlət tənzimlənməsi çox vacibdir. Amma harada ki, dövlət iqtisadi proseslərə lazım olduğundan çox müdaxilə edir, orda səmərəlilik bir qayda olaraq aşağı olur. Məhz bu səbəbdən demək olar ki, hər il taxıl yığımı dövründə məlum olur ki, kombayn çatışmazlığından fermerlərin bir hissəsi becərdiyi taxılı vaxtında yığıb itkilərdən yan keçə bilmir. İkincisi, elə yerlər də var ki, min bir zəhmətlə yetişdirilən taxılı yığmaq müşkülə çevrilib. Kombayn çatışmazlığı ucbatından yetişdirilən taxılın bir hissəsi itir. Taxıl biçini mövsümü öncəsi kənd təsərrüfatı naziri müsahibələrinin birində qeyd etmişdi ki, son iki ildə ölkəyə gətirilmiş və lizinqə verilmiş kombaynların sayı yetərli olduğu üçün bu il yeni kombaynların gətirilməsi və alınması nəzərdə tutulmur. Amma hər il taxıl biçini zamanı kombayn çatışmazlığı fermerlərin ən ciddi problemi olur”.
İqtisadçı deputat bildirdi ki, bu məsələ obyektiv araşdırılmalı və optimal variantda həll edilməlidir: “Bəlkə də Azərbaycanın kombayn parkındakı kombaynların sayı son illər ölkəyə gətirilən kombaynlar da əlavə olunmaqla, kəmiyyət baxımından bütün taxılı biçmək üçün yetərlidir. Amma köhnə kombaynların heç də hamısı vaxtında biçinə hazır vəziyyətə gətirilmədiyindən, artıq hər il taxılı vaxtında biçib itkilərə məruz qalmamaq problemə çevrilir. Biçinin qızğın çağında fermerin vaxt itirməsi xeyli miqdarda məhsul və ona mütənasib də gəlir itirməsi deməkdir. Belə vəziyyət fermerlərdə Azərbaycan üçün həm də strateji məhsul hesab olunan taxıl əkin-biçininə və istehsalın artırılmasına marağı azaldır. Fikrimizcə, sözügedən məsələyə bu kontekstə yanaşanda biçini vaxtında, itkisiz və yüksək keyfiyyətlə həyata keçirməkdən ötrü hələ əlavə 25-30 faiz və ya aşağı-yuxarı təqribən min ədədə yaxın yaxşı kombayna da ehtiyac var. Üçüncüsü, taxıl biçini zamanı özünü göstərən nöqsanlarla yanaşı, belə vəziyyət, kombayn çatışmazlığından və ya mövcud kombaynların gücündən optimal istifadə olunmamasından əlavə, həm də təbii amillərlə, havaların yağıntılı keçməsi ilə əlaqədardır. Belə ki, bildiyimiz kimi, iqlim şəraitindən asılı olaraq ölkəmizin regionlarında taxıl müxtəlif vaxtlarda biçilir. Məsələn, 15 gün fərqlə mərkəzi aran bölgəsində biçin iyun ayının ilk həftəsində başlandığı halda, Şəkidə iyun ayının 20-dən, daha başqa bir yerdə əsasən iyulun 1-dən, sonra Daşkəsən-Gədəbəydə isə iyulun sonunda və elə yerlər də olur ki, avqust ayında həyata keçirilir. Görünən odur ki, havaların yağmurlu olması aran regionunda biçinin həmişəki vaxtda tam başa çatdırılmasına mane olub və nəticədə həmin regiona aid kombaynlar işlərini vaxtında bitirən bilmədiklərindən, qonşu bölgələrə köməyə və əlavə qazanc uçun gəlməyə imkan tapmırlar”.
Deputat qeyd etdi ki, bu, həm də işin optimal təşkil edilməməsi ilə bağlıdır: “Yəni ölkənin cənub regionundakı bir sıra yerlərdə taxıl yığımı üçün əlverişsiz hava şəraiti taxılı vaxtında yığmağa imkan verməsə də, həmin yerlərdə işini bitirib azad olan kombaynları taxılın bir qədər sonra yığılması zəruri olan rayonların təsərrüfatlarına mütəşəkkil şəkildə yönəltmək mümkün olmayıb. Bu da həmin təsərrüfatlarda taxıl yığımı sahəsində çox gərgin vəziyyət yaradıb. Fikrimizcə, öz işini bitirib boş qalan kombaynları başqa rayonda istifadəsi sahəsində təşviqləndirici tədbirlər görməklə taxıl yığımındakı gecikmələrdən yaranan itkiləri xeyli azaltmaq olar. Dördüncüsü, lizinq şirkətləri fermer təsərrüfatlarının tələbatına uyğun xidmətlər təklif etsələr, taxılı vaxtında və itkisiz yığmaqda problem olmaz. Taxılın yığılması müqabilində fermerlərdən tələb olunan pulun çoxluğu da taxılın vaxtında yığılması işinə mane olur. Problemin etibarlı şəkildə hıllinə nail olmaqdan ötrü aqrar islahatları dərinləşdirilməli, kənd təsərrüfatında iri, orta və xırda təsərrüfatların və lizinq şirkətlərinin münasibətlərinin effektiv kombinasiyasına nail olmaq lazımdır. Mövcud texnikadan istifadənin optimallaşdırılması mexanizmi hazırlanıb tətbiq edilməlidir. Kənd təsərrüfatı texnikasına olan tələbat yenidən obyektiv qiymətləndirilməli və lazım olan sahələrə əlavə texnika gətirilməlidir”.
Ə.Məsimlinin sözlərinə görə, elə etmək lazımdır ki, kombaynların əksəriyyəti iri taxılçılıq təsərrüfatları ilə yanaşı, həm də kiçik və orta təsərrüfatların da taxılının vaxtında biçilməsini təmin etsin: “Kənd təsərrüfatı texnikasının və xidmətlərin qiymətlərinin şişirdilməsinin qarşısı alınmalı ki, fermerlər dövlətin tətbiq etdiyi güzəştlərdən dolğun şəkildə faydalana bilsin və daha çox texnikanı lizinqə götürməyə və ya xidmətdən istifadəyə maliyyə imkanı çatsın”.