19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Səbəbləri sıralayan iqtisadçı ekspert təklif verir...
Ötən gün iqtisadçı ekspert Natiq Cəfərlinin mətbuatda dərc olunan köşə yazısı ictimai müzakirəyə səbəb olub. İqtisadçının qeyd etdiyi bəzi fikirlər daha çox diqqət çəkib.
Artıq əl əməyinin sıradan çıxdığını deyən ekspert qeyd edib ki, cəmi 100 il bundan öncə ABŞ-da 1 hektarda pambığı əkib-becərib yığmaq üçün 23 nəfərə ehtiyac duyulurdu. “Bu gün ABŞ-da 12 hektar ərazidə pambığın ərsəyə gətirilməsində cəmi 1 nəfər işçi tələb olunur. Bizim hökumət isə hələ də əllə pambıq əkib-yığıb uğur və pul qazanmağı düşünür”.
İqtisadçı xarici ölkələrdə bütün əkin və yığım prosesinin müasir texnika və robotlar vasitəsilə görüldüyünü qeyd edib. Bəs görəsən, həmin texnika Azərbaycana niyə gətirilmir? Ölkəmizdə niyə əl əməyinə daha çox üstünlük verilir? Bunun müsbət və mənfi cəhətləri nələrdir?
Bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, əgər bu sahə sırf biznes təfəkkürü ilə inkişaf edəcəksə, orada biznesə dövlətin dəstəyi birbaşa yox, dolayısı ilə olur: “Uzunmüddətli və aşağı faizli kreditlər verməklə, həmin torpağı məhsuldarlıqla bağlı sığortalamaqla, bu kimi addımlar atmaq dövlət biznesə dəstək ola bilər. Bizdə isə dövlət birbaşa iştirakçı olmağa, dövlət şirkətləri vasitəsilə birbaşa bazarda oyunçu olmağa çalışır. Buna görə də təəssüf ki, effekt vermir. Əslində dünya praktikasında sübut olunur ki, əl əməyi ilə yığılan pambıq 15-20 faiz itkiyə məruz qalır. Amma dünyada çoxlu müasir texnikalar var. Bunun hətta Çin istehsalından tutmuş, Britaniya istehsalına qədər müxtəlif növləri və qiymətləri var. Təbii ki, bu texnikalar bahadır, çox ucuz deyil. Pambıq əkmək üçün və yığmaq üçün olan müxtəlif çeşidli Çin istehsalı kombaynların təqribən 250 min dollar qiyməti var. Ancaq həmin vəsait onlarla insanın əməyini əvəz edir. Bizdə isə bu sahəyə həm də yeni iş yerləri yaradacaq sahə kimi baxırlar. XXI əsrdə bu, doğru yanaşma deyil. Həm də iqtisadi cəhətdən səmərəli sayılmır. Bu zaman pambıq da itkiyə məruz qalır. Bu işdə biznes təfəkkürünə ehtiyac var. Təbii ki, dövlətin dəstəyi olmalıdır. Ancaq dövlət bu prosesdə birbaşa iştirakçı olmaqdansa, hansı rayonlarda torpağın əkilməsini əmrlə həyata keçirməkdənsə, ciddi təşviq proqramları ilə, insanların marağını cəlb etməklə, onlara aşağı faizli, uzunmüddətli kredit verməklə, sığorta güzəştləri etməklə, əldə olunan məhsulun dünya bazarına çıxması üçün lojistik dəstək göstərməklə sahibkarlara, fermerlərə yardım etməlidir. Bu da həmin sahələrin inkişafına gətirib çıxaracaq”.
N.Cəfərlinin sözlərinə görə, nə qədər ki, Azərbaycanda dövlət biznes layihələrində birbaşa iştirakçı olmaq istəyəcək, təəssüf ki, onlar iqtisadi effekti və səmərəsi aşağı olan layihələrə çevriləcək: “Necə ki, biz bunu indi də görürük. Əl əməyi ilə pambıq yığımı daha çox insanın işlə təmin olunmasına şərait yaratsa da, məhsuldarlığı aşağı salır və məhsulun maya dəyərini artırır. Bunu bir sosial layihə kimi düşünmək doğru deyil. Gələcəkdə bu sahələrin inkişafına ayrılan vəsaitin də itki ilə nəticələnməsinə səbəb olacaq. Təbii ki, iş yerlərinin yaranması dövlətin əsas prioritetlərindən biridir. Lakin dövlət əl əməyinə üstünlük verməkdənsə, texnika və texnologiyaların cəlb olunmasına, emal sənayesində iş yerlərinin yaranmasına çalışmalıdır”.
İqtisadçı iş yerlərini daha çox emal sənayesində yaratmağın effektli olacağını diqqətə çatdırdı: “Pambığın xammal kimi satılmasındansa onun emal olunub, xarici bazarlara son məhsul kimi, ya parça şəklində, ya da hazır geyim şəklində satılmasına çalışılmalıdır və iş yerləri o sahələrdə yaradılmalıdır. Sırf pambığın əkilməsi, becərilməsi və yığılmasında əl əməyindən istifadə olunması nə effekt verəcək, nə də iqtisadi cəhətdən səmərəli olacaq”.