Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Sabiq nazir: “Özəlləşdirmə prosesindən gələn gəlirlər 2018-ci ilin dövlət büdcəsində mühüm yer tuta bilər”

Tarix:26-09-2017, 14:03 Baxış Sayı:189

Sabiq nazir: “Özəlləşdirmə prosesindən gələn gəlirlər 2018-ci ilin dövlət büdcəsində mühüm yer tuta bilər”

Beynəlxalq Bankın sağlamlaşdırılması və öhdəliklərinin ödənişi xərcləri 2018-ci ilin büdcəsinin yükünü də artırır. Bu sözləri açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, növbəti il büdcə xərclərinin builkinə nisbətən daha çox olması qaçılmazdır: “Cari ilin iyun ayında dövlət büdcəsində aparılan dəyişiklik nəticəsində onun gəlirləri 511,0 mln. manat artırılaraq, 16766,0 mln. manata, xərclər isə 1041,0 mln. manat artırılaraq, 17941,0 mln. manata çatdırıldı. Növbəti ilin büdcəsinin daha böyük olacağı gözləniləndir. Belə ki, 2018-ci ilin büdcə layihəsində bəzi iri investisiya layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da onun xərclərini artırmağı zəruri edir. Bura ilk növbədə Azərbaycanın iştirakı ilə icra olunan beynəlxalq layihələrdə hökumətin payının maliyyələşdirilməsi kimi xərclər aiddir. Azərbaycan tərəfi bu öhdəliklərin bir hissəsini bilavasitə dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirməyi nəzərdə tutur”.

F.Yusifovun sözlərinə görə, a Beynəlxalq Bankın sağlamlaşdırılması və onun yarıtmaz fəaliyyəti nəticəsində dövlətin beynəlxalq kreditorlar qarşısında götürdüyü öhdəliklərin ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsi kimi xərclər də büdcənin xərclərinin artırılmasını zəruri edir: “Bundan başqa, Ermənistanla hərbi münaqişənin indiki dönəmində yeni, daha müasir hərbi texnikanın və silahların alınması da qaçılmazdır. Bütün bu sadalanan amillər hesabına gələn il Dövlət büdcəsinin xərclərinin daha böyük olacağı gözləniləndir”. 
Bəs, 2018-ci ilin büdcəsinin gəlirləri bu xərcləri maliyyələşdirmək üçün yetərli olacaqmı?

Ekspert də vurğulayır ki, bu sual indi hər kəsi düşündürür: “Hesab etmirəm ki, 2018-ci ildəki iqtisadi artım hesabına əldə olunacaq gəlirlərlə büdcədən bu xərcləri tam qarşılamaq mümkün olacaqdır. Belə olan halda artacaq xərclər hansı daxilolmalar hesabına maliyyələşdirilə bilər? Hökumət yeni büdcə layihəsinin işləyib hazırladığı son aylarda dünya bazarlarında neftin qiymətləri 25%-ə qədər bahalaşıb və hal hazırda bir barel neftin qiyməti 60 dollara yaxınlaşır. Əgər neftin qiymətlərindəki artım belə davam edərsə və ya ən azından o indiki səviyyədə qalarsa, bu Neft Fonduna əlavə vəsaitlərin daxil olması demək olacaqdır. Bu isə o deməkdir ki, Dövlət Neft Fondunun vəsaitləri 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin formalaşmasında daha çox payla iştirak edə bilər”.

F.Yusifovun sözlərin görə, digər bir mənbə özəlləşdirmə prosesindən əldə olunan gəlirlər ola bilər: “Digər mənbələr sırasında böyük özəlləşmədən daxil olacaq vəsaitlər də aparıcı yer tuta bilər. Nəhayət ki, dövlət özəlləşmənin yeni mərhələsində nəzarət zərfini özündə saxlamaqla elektrik enerjisi, yanacaq, qaz, su, təchizatı ilə məşğul olan monopolist sahələrin özəlləşdirilməsini həyata keçirə bilər. Belə özəlləşmə büdcəyə kifayət qədər böyük vəsaitlərin daxil olmasını təmin edər”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL