Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Azərbaycanda hepatitli xəstələrin “bahalı” dərdi

Tarix:16-05-2017, 16:06 Baxış Sayı:259

Azərbaycanda hepatitli xəstələrin “bahalı” dərdi

Bu gün bir sıra yerli saytlarımızda Avropanın 13 ölkəsində Hepatit A virusuna yoluxma hallarının artması haqqında xəbər gedib. Xəbərdə deyilir ki, 2016-cı ilin iyun ayından bəri Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, İrlandiya, Hollandiya, Portuqaliya, İspaniya və İsveçdə 674 virusa yoluxma halı qeydə alınıb. Xatırladaq ki, adı çəkilən bu 13 ölkədə 380 milyon insan yaşayır və onların arasında 674 nəfərin Hepatit A virusuna yoluxması çox da dəhşətli fakt deyil. Başqa bir tərəfdən, Hepatit A bu virusun növləri arasında ən yüngülüdür və bizdə “sarılıq xəstəliyi” kimi də tanınır. Hesablamalara görə, indiyə qədər Azərbaycan əhalisinin 90%-i bu xəstəliyə tutulub. Virusun A, B, C, D, E və G dərəcələri arasında ən təhlükəlisi Hepatit C hesab olunur. Hepatit C-nin də iki növü var- kəskin və xroniki. Azərbaycanda bu virusa tutulanların 70-80 faizi xroniki Hepatit C xəstəsi olub.
Ekspertlərin fikrincə, Azərbaycanda bu sahədə profilaktik tədbirlərin vəziyyəti o qədər pisdir ki, hər an bu virusa yoluxmaq mümkündür. Başqa bir problem də onunla bağlıdır ki, ölkədə HBV və HCV-yə yoluxma faktlarının dəqiq uçotu aparılmır. Bu faktı dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının açıqladığı fərqli rəqəmlər də təsdiq edir.
Məsələn, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə ölkədə Hepatitli viruslara 2381 insan yoluxub. Bu rəqəm 2009-cu ildə 1861, 2011-ci ildə 780, 2012-ci ildə 665, 2013-cü ildə isə 524 olub. Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə isə 2009-cu ildə ölkədə 465 nəfər HBV, 339 nəfər HCV-yə yoluxma faktı qeydə alınıb. 2010-cu ilin 11 ayında isə bu rəqəmlər müvafiq olaraq 333 və 199 nəfər olub.
Amma “Azərbaycan təbabətinin müasir nailiyyətləri” adlı jurnalda həmin tarix üçün verilən rəqəmlər başqa şey deyir. Orda açıqlanan məlumata görə, 2000-2009-cu illərdə Bakı və Naxçıvanda qanları analiz olunan 18-60 yaş qrupunda 50 min nəfərdən çox şəxsin orta hesabla 3,5 faizinin HBV, 4,5 faizinin isə HCV-yə yoluxduğu aşkarlanıb.
Bəzi qeyri-hökumət təşkilatları isə Azərbaycanda daha çox, 750 min nəfərin HBV və HCV-yə yoluxduğunu qeyd edir. QHT təmsilçiləri bu virusa yoluxmuş xəstələrin rəsmi statistikasının reallığa uyğun olmamasını həmin insanların adlarının anonim qalmağa üstünlük verməsi ilə əlaqələndirirlər.
Ölkədə müalicəsi mümkün olan HCV-nin müalicəsi üçün tələb olunan dərmanların bahalığı da başqa bir problemdir. Bu xəstəlikdə tətbiq olunan iynələrin birinin qiyməti 200-250 manat arasında dəyişir. Xəstəlik daşıyıcılarının sözlərinə görə, müalicə dövründə, yəni bir il ərzində hər həftə iynə vurulmalıdır. Analizlərin də qiyməti çox bahadır- 300-400 manat. Xəstələr onu da bildirirlər ki, hökumət tərəfindən verilən pulsuz dərmanları keyfiyyətsiz hesab etdikləri üçün çox halda onlardan imtina edirlər.
Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, artıq ölkədə doğulan körpələrə bu virusa qarşı peyvənd həyata keçirilir. Peyvənd olunan şəxslərin bu xəstəliyə yoluxmaması tam təminatlıdır. Lakin təəssüf ki, peyvəndlərin qiyməti baha olduğuna görə ondan əhalinin bütün təbəqələri yararlana bilmir. O üzdən, hələ də ölkədə bu dəhşətli xəstəliyə yoluxma və onunla bağlı ölüm halları acınacaqlı şəkildə qalmaqda davam edir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL