Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
“Financial Times” qəzeti yazır ki, Azərbaycanda korrupsiya və demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlara baxmayaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan qazını Xəzər dənizindən Avropa İttifaqına nəql edəcək qaz kəməri üçün Bakıya həlledici 500 milyon dollarlıq krediti verib.
Məqalədə deyilir ki, beləliklə bankın direktorlar şurası Azərbaycanın Trans-Anadolu və ya Tanap kimi tanınan konsorsiumuna maliyyə dəstəyi vermək qərarına gəlib.
FT yazır ki, qiyməti 40 milyard dollar olan 3500 kilometrlik “Cənub dəhlizi” qlobal qaz və neft sənayesinin ən böyük infrastruktur layihələrindən biridir.
Bu kəmər Xəzər qazını Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya ərazisindən keçən üç kəmərlə bağlayacaq.
Qəzet bunu da qeyd edir ki, Tanap Avropa İttifaqının “prioritet layihələrindən” hesab olunur.
FT yazır ki, bu kəmərin maliyyələşdirilməsi məsələsi ötən mart ayında Azərbaycan, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü (Extractive Industries Transparency Initiative – EITI) tərk etdikdən sonra sual altına düşmüşdü.
EITI vətəndaş cəmiyyəti üzərinə hücumlarla bağlı Azərbaycanın təşkilatdakı üzvlüyünü dayandırmışdı.
Kreditləri verərkən ölkələrin demokratik standartlara necə cavab verdiyini rəhbər tutan AYİB bildirib ki, Tanap adi tələblərə cavab verir.
Bu da qeyd olunur ki, Azərbaycana verilən kredit bankın ümumiyyətlə bir dəfəyə verdiyi ən böyük kredit olub.
Bankın Şərqi Avropa və Qafqaz üzrə menecment direktoru Francis Malige deyib ki, Azərbaycanın təşəbbüsdən imtina etməsinə baxmayaraq, bu kreditə EITI prinsipləri şamil edilib.
O, həmçinin vurğulayıb ki, Cənub dəhlizi Avropa İttifaqının ən mühüm layihələrindən biridir.
AYİB-in enerji və təbii ehtiyatlar üzrə meneceri Nandita Parshad deyib ki, bu layihə təkcə Azərbaycana aid deyil və onun “Avropa üçün çox, çox geniş təsiri var”.
Lakin Cənub Qaz Dəhlizi layihəsini izləyən Bankwatch təşkilatının apardığı kampaniyanın fəal üzvlərindən Anna Roggenbuck deyib ki, “Tanap Azərbaycanda insan haqlarının pozulmasına xidmət edəcək”.
“Bu layihə Azərbaycana yanacaq ixracatından, qaz ixracatından gələn gəlirləri dörd dəfə artıracaq və qəti şəkildə Azərbaycanın avtoritar lideri İlham Əliyev ailəsini gücləndirəcək” – deyib Roggenbuck.
FT yazır ki, ümumi dəyəri $8.6 milyard olan Tanap kəməri artıq Azərbaycan və Gürcüstanda istismarda olan və Şahdəniz yatağından alınan qazı ixrac edən Cənub Dəhlizi Kəmərini Tükiyədən keçərək Yunanıstanla birləşdirəcək. Oradan isə təbii qaz – Trans-Adriatik və TAP kəməri ilə Albaniya və İtaliyaya nəql edəcək.
FT yazır ki, Tanap kəməri ilə 2020-ci ildə ixrac ediləcəyi gözlənilən ilk qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya gedəcək. Məqalədə deyilir ki, bu, 10 milyon evin qazla təchizatı üçün kifayətdir.
Bu layihədə Azərbaycanın payı 58 faizdir. Daha 30 faiz Türkiyənin Botas və 12 faiz isə BP-nin payına düşür.
AYİB TAP kəmərinin maliyyələşdirilməsi üçün daha 1. 5 milyard dolların ayrılmasını planlaşdırıb. Bunun 500 milyon dolları, donorlardan yox, bankın öz ehtiyatlarından veriləcək.
Avropa İttifaqının İnvestisiya Bankı da həm Tanap, həm də Tap kəmərlərini maliyyələşdirməyi planlaşdırır.
FT yazır ki, Tanap kəmərinin ən böyük payçısı və əsas təchizatçısı olan Azərbaycan, Avropanın siyasi dairələrində narahatlıq obyektidir. Avropa Parlamenti ölkənin dövlət büdcəsindən Avropa İttifaqı rəsmilərinin ələ alınması üçün istifadə edildiyinə dair iddiaları araşdırır. Ölkədə insan haqlarının vəziyyəti də çoxdan bəridir ki, narahatlığa səbəb olub.
FT yazır ki, BP, Azərbaycanın SOCAR, Rusiyanın Lukoil və Malayziyanın Petronas şirkətlərinin mülkiyyətində olan kəmər Avropa istehlakçısı üçün mühüm əhəmiyyət kəsb edir.
Məqalədə bu da deyilir ki, Avropa İttifaqı gələcəkdə bütün qitə istehlakının 20 fazinin Azərbaycandan gəlməsini planlaşdırır.