Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Müxalifət İsa Qəmbərə dəstək verməyə hazırdı, bir şərtlə...

Tarix:24-10-2017, 09:02 Baxış Sayı:199

Müxalifət İsa Qəmbərə dəstək verməyə hazırdı, bir şərtlə...

Bir ildən sonra Azərbaycanda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca iddiasını irəli sürən siyasətçilərin sayı artmaqdadır. Son olaraq, Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər namizəd olacağını bəyan edib. Sonuncu dəfə 2003-cü ilin prezident seçkilərində birinci post uğrunda yarışmış İ. Qəmbər günlər öncə mətbuata verdiyi geniş müsahibədə qərarını açıqlayıb.

İndiyə qədər namizəd olacaqlarını açıqlayan siyasətçilər ABŞ-da mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyev, Almaniyada eyni taleni yaşayan keçmiş deputat Hüseyn Abdullayev, AĞ Partiya başqanı Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Yeni AXCP-nin sədri Razi Nurullayevdir.

2003-cü ildə İsa Qəmbəri dəstəkləmiş partiyaların sədrləri bu dəfə eyni mövqedə olacaqlarmı? Müsavatın namizədinə dəstək verəcəklərmi?

Image result for İqbal Ağazadə

İqbal Ağazadə: “Demokratik cəmiyyətin qurulması üçün hər kəslə əməkdaşlığa hazırıq”

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında müxalif düşərgədə funksional əməkdaşlığın tərəfdarı olduqlarını söylədi: “Azərbaycanın demokratikləşməsi istiqamətində funksional əməkdaşlığın tərəfdarıyıq. Bu əməkdaşlıq çərçivəsində də demokratik seçki və Azərbaycanda demokratik cəmiyyətinin qurulması üçün hər kəslə əməkdaşlığa hazırıq. Bu gün siyasi blok məsələsi gündəmimizdə deyil. Bu barədə hələ ki düşünmürük”.

Image result for ADP sədri Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu: “Əgər İsa Qəmbər partiyamızın ona dəstək verməsini istəsə, müzakirəyə hazırıq”

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, partiya olaraq, Azərbaycan xalqının, dövlətinin maraqları ilə bağlı istənilən prosesə, siyasi quruma, şəxsə dəstək verməyə hazırdılar: “Digər siyasi qurumlardan xalq və dövlətin maraqları naminə dəstək almağı da düşünürük. Burada bizim üçün heç bir mübahisəli məsələ yoxdur. Bütün partiyalar xalqın və dövlətin naminə öz fərdi maraqlarından keçməlidirlər. Konkret İsa bəylə bağlı fikrimiz yoxdur. Çünki partiyamızda seçkilərlə bağlı müzakirələr yeni başlayıb. Seçkilərdə necə iştirak edəcəyimiz barədə partiyada qəti qərar yoxdur. Amma artıq bu istiqamətdə müzakirələr başlatmışıq. Əgər Azərbaycan Demokrat Partiyası öz namizədi ilə seçkilərə getməyəcəksə, seçkilərdə müstəqil siyasi xətt aparmayacaqsa, hansısa bir namizədin müdafiəsi ilə bağlı qərar verəcəksə, bu zaman iddiaçı olan şəxslərin hər biri ilə danışıqlar aparacağıq. Ən azından bizə təkliflər olacaqsa, bunu müzakirə edəcəyik. Amma belə bir misal var, ”oğlan evinin xəbəri yoxdur, qız evində toy çalınır". İsa Qəmbər namizədliyini verib yerində oturub, siz də onu dəstəkləyib-dəstəkləməməyimizlə bağlı suallar verirsiniz. Bir siyasi qurumun digər siyasi qurumu dəstəkləməsi üçün siyasi etika baxımından o qüvvəyə müraciət etməlidir. Bəlkə heç mənim dəstəyim İsa Qəmbərə lazım deyil? Namizədin özü öncəliklə başqa bir siyasi qurumdan dəstək istəməlidir. O zaman deyə bilərik ki, bu dəstəyi verə bilərik ya yox. Bu dəstəyi də formal olaraq vermirsən. O vaxt İsa bəyi dəstəkləyəndə partiyalar arasında bir protokol imzalanmışdı. Orada öhdəliklər və başqa şərtlər qeyd olunmuşdu. İsa bəy öz üzərinə müəyyən öhdəliklər götürmüşdü, həmçinin biz də. Bu dəstəklər söz üzərində formal şəkildə olmur. Əgər İsa Qəmbərin dəstəyə ehtiyacı olsa, partiyamızın ona dəstək verməsini istəsə, bununla bağlı bizə müraciət etsə, təbii ki, biz bu cür müzakirələrə hazırıq. Burada söhbət İsa Qəmbərdən getmir, onun hansı şüarı, ideyanı irəli sürəcəyi əsasdır. O zaman biləcəyik ki, onu ideyaları bizim dövlət və xalq maraqlarımızla üst-üstə düşürmü. Biz İsa bəyi deyil, onun ideyalarını müdafiə edə bilərik. Adamları müdafiə etmək lazım deyil, əsas onların ideyalarıdır. Yoxsa adam modelyer deyil ki, deyim ki, bu xoşuma gəlmədi, digərini seçim. Ola bilər ki, İsa bəy seçkiqabağı yanlış bir şüar seçər, biz də onun əleyhinə çıxarıq. Namizədlərin şüarlarında dövlət və xalq maraqları nə dərəcədə əks olunduqdan sonra bunun əsasında çıxış edə bilərik. Hazırda Müsavatın heç bir seçki platforması, şüarı yoxdur. Sadəcə olaraq, İsa bəy niyyətini ifadə edib ki, seçkilərdə iştirak etmək istəyirəm. Namizəd məsələsi seçkiyə az müddət qalanda müzakirə olunmalıdır. Təbabətdə “uşağın tərs gəlişi” deyilən anlayış var. Azərbaycan müxalifəti də seçkilərə həmişə tərs gedir. Axırda etməli olduğu şeyi əvvəldə edir. Tərəfdar toplamaq üçün əvvəl platforma, şüarlar irəli sürülməlidir".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL