29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Arzu Nağyev: “İnandırıcı görünmür ki, BMT-də Qüdslə bağlı qəbul edilən qərar qədər səs toplana”
BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması barədə qətnamənin qəbul edilməsi ötən həftənin çox ciddi hadisələrindən oldu. Dünyanın bir sıra aparıcı gücləri, həmçinin BMT kimi aparıcı təşkilatı ABŞ-ın Qüds qərarına qarşı çıxmaqla yeni situasiya yaradır. Xatırladaq ki, Baş Assambleya faktiki olaraq Türkiyənin təşəbbüsünü dəstəkləyib və ABŞ-ı da Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan geri çəkilməyə çağırıb. Tövsiyə xarakterli qətnamə 128 dövlət tərəfindən təsdiq edilib. Qətnamənin lehinə BMT Təhlükəsizlik Şurasının dörd daimi üzvü olan Çin, Fransa, Rusiya və Böyük Britaniya, eləcə də ABŞ-ın müsəlman dünyasındakı müttəfiqləri səs verib.
Beynəlxalq hüquqa hörmət edən Azərbaycan da qərarın lehinə səs verib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün öncə İran və türkiyəli həmkarları ilə görüşü zamanı BMT-nin qətnaməsini dəstəkləyəcəyini bildirmişdi.
Prezident İlham Əliyev İstanbulda xüsusi qonaq qismində iştirak etdiyi İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşündə və ardınca Qüdslə bağlı zirvə toplantısındakı çıxışları zamanı İslam ölkələrinə xitabən onları işğalçı Ermənistanla bağlı ədalətli qərar verməyə çağırmışdı. Prezident xatırlatmışdı ki, “məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.
Göründüyü kimi, İran başda olmaqla, bir sıra İslam ölkələri, həmçinin Qərbin aparıcı dövlətləri işğalçı Ermənistana qarşı sanksiya tətbiq etmək əvəzinə, onunla əlaqələr qururlar, hətta yardım edirlər. BMT Təhlükəsizlik Şurası isə Ermənistanla bağlı 4 qətnamə qəbul edib, hansı ki, onlar 20 ildən çoxdur icra olunmur. Təəssüflər olsun ki, biz bu fikirləri Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərindən sonuncu azərbaycanlının çıxmasının 26-cı ildönümündə yazırıq. Ancaq beynəlxalq aləm yenə də işğala münasibətdə səssizdir. Ancaq hesab olunur ki, artıq separatçı kürdlər və katalonlara qarşı sərt münasibətin ardınca Qüdslə bağlı dirəniş nümunəsi yeni situasiya yarada bilər. Maraqlıdır, Qüds qərarı Azərbaycanın işğal altındakı ərazilərinin qaytarılması üçün fürsətlər yaradırmı?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qüds və Qarabağla birbaşa əlaqə görmədiyini vurğuladı: “Baş Assambleyada qətnamə qəbul olunub. BMT bir neçə qurumdam ibarətdir. Təhlükəsizlik Şurası icraçı orqan, Baş Assambleya isə parlament kimi bir qurumdur. Yada salmaq istəyirəm ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı 4 qətnamə var. Baş Assambleyanın da bir qətnaməsi var. Üstəlik, BMT-nin sədri də bir neçə dəfə bəyanat verib. Yəni Qarabağla bağlı yetərincə qərarlar var. Amma dəfələrlə deyilir ki, ikili standartlara görə bəzi qərarlara aid icraçı mexanizm yaradılır, bəziləri isə icraya yönəldilmir, bir növ ”tövsiyə" xarakteri daşıyır. BMT-nin qərarları şərtsiz yerinə yetirilməlidir. Amma bəzi fövqəlqüvvələr maraq olanda tez həll edirlər, olmayanda yox. Hesab etmirəm ki, problem qətnamələrin sayındadır. Ermənilər beynəlxalq səviyyədə işğala görə heç də tənqid olunmurlar. Mənim fikrim belədir ki, məsələnin həlli üçün yeganə yol var: Azərbaycan tərəfindən elə vəziyyət yaranmalıdır ki, Ermənistan özü gəlib bizdən sülh istəsin. İşğalçıya həm iqtisadi, həm siyasi, həm hərbi təzyiqlər olmalıdır. Rusiya heç bir vəcdlə hərbi əməliyyatlara qarışan deyil, bunu hamı başa düşür. Rusiyanın marağı da yoxdur ki, Ermənistanın, onun işğal etdiyi Azərbaycan torpaqlarını müdafiə etsin. Sadəcə olaraq, Ermənistanın siyasi elitası alver edir. Amma bilmirlər ki, alverin sonunda erməni xalqını bədbəxt edəcəklər. Biz hamımız başa düşürük ki, Ermənistanın siyasi və iqtisadi baxımdan heç bir gələcəyi yoxdur".
Sabiq nazir Ankaranın Qüdslə bağlı olduğu kimi, Qarabağla bağlı da ciddi təşəbbüslərlə çıxış etməsi zərurəti barədə təklifləri də dəyərləndirdi: “Türkiyənin Qarabağ məsələsində fəallaşması göz qabağındadır. Prezident Ərdoğan son aylarda Rusiya prezidenti ilə iki dəfə görüşüb, bu problemin həlli zərurətindən danışıb. Həmçinin Minsk Qrupunun həmsədrləri Türkiyədə olub və məsələni müzakirə ediblər. Bu mənada mən Türkiyənin daha da aktivləşməsinin tərəfdarıyam. Baxın, Rusiya fəaldır. Hamı deyir ki, Moskvanın regiona təsir etmək imkanı var. Eyni ifadələri biz Türkiyəyə də aid edə bilərik. Ankaranın Azərbaycan və Ermənistana təsir mexanizmləri həddindən artıq çoxdur”.

Politoloq Arzu Nağıyev də BMT-dəki Qüds müzakirələrindən çox uzaqgedən nəticələr çıxarmağa zərurət olmadığını dedir: “Məlumdur ki, Türkiyədə keçirilən zirvə toplantısında bütün ərəb dünyası maraqlı idi. Təbii ki, burada iqtisadi, siyasi, hərbi maraqlar da var idi. Çünki İŞİD erası bitdikdən sonra üçüncü intifada başlaya bilərdi və hərtərəfli zəifləyən Orta Şərq də bunu istəmirdi. Son vaxtlar Rusiyanın Türkiyəni dəstəkləməsi də vacib amil idi. Məhz buna görə də BMT-nin qətnaməsi mühüm əhəmiyyət kəsb edirdi”.
A.Nağyevin dediyinə görə, əgər Türkiyə Dağlıq Qarabağla bağlı belə bir zirvə toplantısı keçirsə, hətta qərar belə qəbul edilsə, inandırıcı görünmür ki, BMT-də Qüdslə bağlı qəbul edilən qərar qədər səs toplanar: “Erməni təcavüzü ilə bağlı BMT-nin dörd qətnaməsi var, sadəcə olaraq, icra olunmur. Bu məsələni qaldırmaq daha vacib olardı və bütün İslam dünyası bu məsələdə həmrəy olsa idi mühüm bir addım atılmış olardı. Yəni icra mexanizmi olması gərəkdir. Təbii ki, Rusiya faktoru da mühüm məsələ kimi dəyərləndirilməlidir”.