Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

İlin ilk 3 ayının iqtisadi yekunu - manatı nə gözləyir?

Tarix:2-04-2018, 13:08 Baxış Sayı:117

İlin ilk 3 ayının iqtisadi yekunu - manatı nə gözləyir?

Ekspert: “Prezident seçkisindən sonra ən vacib məsələlərdən biri də bu olmalıdır...”

Ölkədə prezident seçkisinin keçirilməsinə 10 gündən də az vaxt qalıb. Ötən il bir sıra dövlət qurumlarında struktur dəyişikliyi edildi, bəzi şöbələr ləğv olundu, ixtisarlar aparıldı. Bəs illərdir müzakirə olunan Bakıda mer seçkisinin keçirilməsi bu il mümkündürmü?

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Avropa Şurasında yeganə ölkədir ki, burada paytaxt meri sakinlərin səs verməsi yolu ilə seçilmir, ölkə prezidentinin fərmanı ilə təyin edilir. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqressi bir neçə dəfə Azərbaycan hakimiyyətindən qanunvericiliyi Avropa normalarına uyğunlaşdırmağı tələb edib. Lakin hələ ki, bu məsələ il bağlı addımlar atılmır.

Avropa ilə yanaşı sərhəd qonşumuz Rusiyada, İranda, hətta işğalçı Ermənistanda belə mer seçki yolu ilə müəyyən edilir. Azərbaycanda isə illərdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. Onunla bağlı isə ölkədə şikayətlər günbəgün artır. Bütün bunlara baxmayaraq ölkədə mer seçkisi keçirilmir.

Bakıda mer seçkilərinin keçiriləcəyi ilə bağlı hələ 2009-cu ildə mətbuata açıqlamasında Milli Məclisin regional siyasət daimi komitəsinin sədri Arif Rəhimzadə aşağıdakılar bildirmişdi: “Bakı şəhərində mer seçkiləri keçiriləcək, amma bunun nə vaxt keçiriləcəyini deyə bilmərəm”.

Arif Rəhimzadə ile ilgili görsel sonucu

Eyni zamanda həmin il Böyük Bakı Bələdiyyəsi layihəsinin həyata keçiriləcəyi barədə məlumatlar yayıldı. Layihəyə əsasən sözügedən qurum şəhər təsərrüfatının vahidliyini təmin edəcək, yerli özünüidarəetməni həyata keçirəcəkdi. Yerli vergiləri və ödənişləri müəyyənləşdirəcək, şəhərin sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekoloji proqramlarının qəbulu, icrası, təhsil, səhiyyə, sanitariya müəssisələrinin təsis edilməsi, şəhər əhəmiyyətli su mənbələrinin idarə olunması, yolların tikilməsi və sairə bu kimi məsələlərdə iştirak edəcəkdi. Beləliklə də Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinin böyük qismi Bakı Bələdiyyəsinə aid olacaq. Lakin bütün bunların şahidi olmadıq.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın bu öhdəliyi yerinə yetirməməsi Avropa Şurası ilə gərginliyə səbəb olur: “Bu, eyni zamanda Azərbaycanda yerli idarəetmənin təsis olunması nəticəsində insanlara daha yaxşı xidmətin aparılması üçün çox vacibdir. Mer seçkiləri və Böyük Şəhər Bələdiyyələrinin yaradılması bir çox hallarda vətəndaşla seçilmiş yerli özünü idarəetmə orqanları arasında təmasları da yaxşılaşdıra bilər. Bu, eyni zamanda dövlətin də yükünün azaldıması deməkdir. Böyük Şəhər Bələdiyyələrinin yaradılması həm nəqliyyat infrastrukturunun daha yaxşı idarəedilməsi, həm  təmir-tikinti işlərinin daha səmərəli və keyfiyyətli aparılması, həm də büdcədən ayrılan vəsaitlərə qənaət etmək üçün lazımdır. Ona görə də dövlət bu barədə düşünməlidir. Yerli özünü idarəetmənin güclənməsi, həm də dövlətin özünün güclənməsi deməkdir. İnsanların idarəetmədə iştirakının təmin olunması, məsuliyyət məsələsidir. Seçilmiş bələdiyyələr yaradılsa onların məsuliyyəti də vətəndaş qarşısında artacaq. İndi isə icra başçıları təyin olunurlar. Böyük şəhərlərin təyin olunan icra başçıları vətəndaş qarşısında məsuliyyətdən daha çox başqa şeylər barəsində düşünürlər. Ona görə də burada zərbə vətəndaşa dəyir. Düşünürəm ki, prezident seçkisindən sonra ən vacib məsələlərdən biri də bu olmalıdır. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əməl edib həm Böyük Şəhər Bələdiyyəsinin yaradılmasına, həm də mer seçkisinin keçirilməsinə başlamalıdır. Gələn il bələdiyyə seçkiləridir. Ona qədər qanunvercilikdə nəzərdə tutulan bütün dəyişiklikləri həyata keçirib Böyük Şəhər Bələdiyyəsinin yaradılması, mer institutunun formalaşmasına start verilməlidir.  Bunun faydası yuxarıda da qeyd etdiyimiz kimi böyükdür. Ümid edək ki, seçkidən sonra əsas müzakirə mövzusu bu olacaq”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL