Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Sərkisyan getdi, Sərkisyan gəldi – İrəvanda absurd andiçmə

Tarix:10-04-2018, 09:00 Baxış Sayı:74

Sərkisyan getdi, Sərkisyan gəldi – İrəvanda absurd andiçmə

Ermənistan yeni idarəçilik sisteminə keçdi; erməni xalqının problemləri isə yerində qalır; narazı əhali hakim klana “ayaqları ilə” etiraz edərək ölkədən gedir...

Dünən Ermənistanın 4-cü prezidenti Armen Sərkisyanın formal andiçmə mərasimi keçirilib. Ona görə “formal” ki, martın 2-də ilk dəfə parlament tərəfindən prezident seçilən A.Sərkisyan sələfləri kimi ölkədə böyük səlahiyyət yiyəsi olmayacaq. Heç Ali Baş Komandan da o olmayacaq. Əsas səlahiyyətlər yeni baş nazirdə olacaq. Armen Sərkisyanın seçkidə alternativsiz olması, sübhəsiz, həm də bununla bağlı idi.

Tezliklə Ermənistanın yeni baş naziri də bəlli olacaq. Konstitusiyaya görə, köhnə hökumət buraxılmalı, təzəsi formalaşmalıdır. Gözlənilir ki, yeni baş nazir postunu artıq keçmiş prezident sayılan Serj Sərkisyan tutacaq.

Beləliklə, işğalçı ölkə dünəndən etibarən rəsmən parlamentli üsul-idarəyə keçid elədi. Ancaq bu keçid erməni xalqına nə verəcək? 30 ildir həlli uzanan Qarabağ məsələsi, nəhayət, yoluna qoyulacaqmı, blokada rejimi aradan qalxacaqmı? Ölkədə səfalətli həyat bitəcəkmi, ildən-ilə güclənən kütləvi köç necə, səngiyəcəkmi?

Bu sualların hamısının cavabı təbii ki, neqativdir. Ən azı, ona görə ki, Ermənistanda prezidentin adı dəyişsə də, hakim kriminal və talançı rejim, iqtidardakı “Qarabağ klanı” yerində qalır. Demək, erməni xalqının iztirabları da davam edəcək - bu dəfə parlamentli idarəçilik altında.

a10f6194-aff2-4bea-b4d8-03eafae998cc.jpg (41 KB)

Sonuncu qənaəti erməni nəşrləri və ekspertləri də bölüşür, bu haqda SOS siqnalları verirlər. Məsələn, məlumata görə, armenianreport.com saytı ölkədə yeni idarəçiliyə transformasiya ərəfəsində hökm sürən ağır sosial-iqtisadi duruma həsr elədiyi təhlili məqalədə hakim rejimi göydən yerə vurub, onun apardığı iqtisadi siyasəti faş edib.         

“Bu gün Rusiya Federasiyasında yaşayan ermənilərin sayı artıq Ermənistan Respublikasında yaşayanları üstələyir. Rusiyada ermənilərin sayı 3.5 milyona yaxındır. Özü də onların sayı təkcə ermənilərin ənənəvi kompakt yaşadığı Moskva, Şimali Qafqaz və ya Krasnodar diyarı hesabına deyil, həm də Ermənistan hesabına artır - insanlar öz ”ayaqları ilə" səs verməkdə davam edirlər. Ermənistanın özündə isə əmək qabiliyyətli və siyasi yetkin elektorat və qoca-uşaqlar da daxil olmaqla, çoxdan 3 milyondan da az əhali qalıb. Təhlükəli tendensiya ortadadır", - deyə məqalədə bildirilir.

Müəllifə görə, Ermənistan əhalisinin sayının azalmasına gətirən belə miqrasiya prosesinin əsas səbəbi ölkədə həyat səviyyəsinin aşağı düşməsi, işsizlikdir: “Hakimiyyət nümayəndələrinin verdiyi gümrahlaşdırıcı bəyanatlar reallıqla kəskin ziddiyyət təşkil edir. Vəziyyətin, nəhayət, yaxşıya dəyişməyəcəyinə əmin olan adamlar heç də yaxşı güzərandan yurd yerlərini tərk eləmirlər. Bugünkü Ermənistanda təsadüfi qazanc yeri yox, məhz ləyaqətli məvaciblə ləyaqətli iş tapmaq olduqca müşkül məsələdir! İnsanlara isə hansısa yolla sabaha sağ çıxmaq, öz ailəsini dolandırmaq, uşaqlarının təhsil haqqını qarşılamaq, həkimin xidmət haqqını ödəmək, ”qara günə" bir şey saxlamaq və s. lazımdır. Odur ki, ölkədən çıxıb gedirlər".

141e59d0-06fa-405f-953c-a8217b02c239.jpg (30 KB)

Məqalədə daha sonra deyilir: “Ermənistanın indiki rəhbərliyi tərəfindən seçilmiş dövlət idarəçiliyi sistemi əsla ölkənin sosial-iqtisadi inkişafına kömək etmir, əksinə, böhranlı halları önləməyi ciddi şəkildə qəlizləşdirir. Lənətə gəlmiş ”keçid dövrü" - hansı ki, postsovet ölkələrinin müasir bazar iqtisadiyyatına mərhələli transformasiyası belə adlandırılır -  həddən artıq uzandı. Buraxılan səhvlərin xoşagəlməz nəticələri indi göz deşir".

Sarkisyan ile ilgili görsel sonucu

Müəllif ardınca Sərkisyanın prezidentliyi dövründə dövlət borcunun 4.5 dəfə artdığını xatırladaraq yazır: “Əgər o prezident olan ildə - 2008-də dövlət borcu 1.5 milyard dollar və ya ÜDM-in 13%-i həcmində idisə, 2017-ci ilin yekununa görə, artıq 7 milyarda yaxınlaşır ki, bu da ÜDM-in 55%-i deməkdir. Və borc getdikcə böyüyür. Bu fonda keçmiş prezident Robert Köçəryanın varidatı 5 milyard dollardan çoxdur. Serj Sərkisyanın isə hələlik 3 milyardı var. Demək, Köçəryana çatmaq lazımdır”.

Sadalanan rəqəmlərə bəzi başqalarını da əlavə eləmək olar. Misal üçün, Serj Sərkisyanın 10 illik prezidentliyi dövründə ölkədə yoxsulluq və miqrasiya da xeyli artıb. Əgər 2008-ci ildə yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə, 27.6 faiz idisə, hazırda 30 faizdən çoxdur. Müstəqil ekspertlər isə bu səviyyənin 50 faizə çatdığını deyirlər. Rəsmi rəqəmlərə əsasən, ölkədə inflyasiya 2.7 faiz, müstəqil iqtisadçılara görə isə 21 faizdir.

c479744f-164f-49ac-b4d6-84ebc6c71b04.jpg (32 KB)

10 ildə Ermənistanı ildə təxminən 38 min nəfər olmaqla 380 min nəfər tərk edib. Eks-prezident Robert Köçəryanın dövründə bu göstərici nisbətən aşağı olub - ildə 20-25 min nəfər. Həmçinin Ermənistandan miqrasiyanın səviyyəsi Sərkisyanın dövründə 2016-cı ildə ən yüksək həddə çatıb - 48 200 nəfər. Aydındır ki, səbəb həm də həmin ilin aprelində Ermənistan ordusunun ağır zərbə almasıdır.   

İndi belə göstəricilərə malik, hakimiyyəti korrupsiyalaşan, yetərli insan resursundan məhrum və ordusuna ciddi çağırışçı problemi yaşayan, ən əsası, regionun “izqoy ölkəsi”nə çevrilmiş Ermənistan Azərbaycanla silahlanma yarışında ayaqlaşa, böyük müharibə apara bilərmi?

Cavab özlüyündə aydındır. Məsələ bundadır ki, işğalçı ölkə bugünkü ağır siyasi-iqtisadi bataqlıqdan, sosial-siyasi böhrandan idarəçilik formasını dəyişməklə yox, yalnız yanlış Qarabağ siyasətini dəyişməklə çıxa bilər. Yoxsa Armen yox, Vartan da gəlsə, yaxud Serj də (Sərkisyan) getsə, vəziyyət düzələn deyil. Ermənistan batmaqda davam edəcək...         

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL