Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Azərbaycanda 2019-cu ilin əvvəllərində bir çoxu tərəfindən ölkədə islahatların başlanğıcı kimi qəbul olunan hadisələr qeydə alındı. Martın 16-da, Novruz bayramı ərəfəsində prezidentin əfv haqda sərəncamı ilə 399 məhbus azadlığa çıxdı. Onlardan 52 nəfəri siyasi məhbuslardır. Bu, siyasi məhbusların belə bir miqyasda ilk əfvi idi. Yerli hüquq müdafiəçiləri, azadlığa çıxan fəallar və onların vəkilləri buna əsasən ölkədə əvvəllər bu qədər vətəndaş fəallığının müşahidə edilmədiyi ictimai kampaniyaların səbəbkar olduğu qənaətindədirlər.
Yerli və beynəlxalq hüquq müdafiəçilərinin hesablamalarına əsasən, Azərbaycan siyasi məhbusların sayına görə Avropada ön sırada duran ölkələrdəndir. Sonuncu əfvə qədər onların sayı 128 nəfər idi. Hüquq müdafiəçiləri hesab edir ki, repressiyalar yalnız aktivistləri qorxutmağa xidmət etmir, eyni zamanda xarici siyasətdə alət kimi istifadə olunur. Bu səbəbdən də Azərbaycanda yerli hüquq müdafiəçilərindən ibarət işçi qrupu tərəfindən mütəmadi olaraq yenilənən siyasi məhbus siyahısına daim yeni adlar əlavə olunur. Bununla belə, rəsmi Bakı ölkədə siyasi məhbusların mövcudluğunu qəti şəkildə inkar edir
Bir çox siyasi məhbus üçün azadlığa buraxılmaları tamamilə gözlənilməz olub, belə ki, onlar dövlət başçısına əfv üçün heç bir müraciət ünvanlamayıblar.
Əvvəllər ölkə daxilində siyasi məhbusların müdafiəsinə daha çox vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar qalxırdı. Lakin gənc bloqçu Mehman Hüseynovun hekayəsi böyük ictimai rezonans doğurdu.
2018-ci ilin sonunda, məmurların dəbdəbəli villaları haqda videoları ilə məşhur olan gənc bloqçu böhtana görə aldığı həbs cəzasının bitməsinə iki ay qalmış yeni bir həbs cəzası təhlükəsi ilə qarşılaşır. Onu həbsxana işçisini döyməkdə ittiham edirdilər və buna görə yeddi ilədək həbs cəzası ala bilərdi. Yerli hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin fikrinə görə, məhz bu hadisə, siyasi məhbusların adətən fəal vətəndaş mövqeyi ilə fərqlənməyən sıravi vətəndaşlar tərəfindən aktiv müdafiəsinə təkan vermiş oldu.
Mehman Hüseynovun həbsxanada elan etdiyi aclıq aksiyasına bir neçə fəal və barmaqlıqlar arxasında olan siyasi məhbuslar da qoşuldu. Müxalifətin yanvarın 19-da Mehman Hüseynovun və ümumilikdə bütün siyasi məhbusların azad edilməsi tələbi ilə baş tutan mitinqi, son illərin ən izdihamlı mitinqi oldu.
Həmin ərəfədə Avropa Parlamenti Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul edir və Azərbaycan hökumətini bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmağa çağırdı.
“Mehmanın işi onunla fərqləndi ki, məhz həmin vaxt heç bir siyasi partiyada, təşkilatda təmsil olunmayan adi vətəndaşlar bəlkə də ilk dəfə idi ki, sosial şəbəkələrdə bu cür ciddi fəallıq göstərdilər. Biz vətəndaşların qorxmadan, öz tələblərini açıq şəkildə irəli sürdüklərini gördük” - keçmiş siyasi məhbus, #FreeThemAll kampaniyasının təşəbbüskarı olan Rəsul Cəfərov belə deyir.
“Facebook”un Azərbaycan dilli seqmentində #FreeThemAll (hamısını azad et) şüarı altında aparılan və bütün siyasi məhbusların azad edilməsini tələb edən kampaniyada sıravi vətəndaşlar da kifayət qədər fəal iştirak edir. Kampaniyaya sosial şəbəkənin minlərlə üzvü qoşulub və #FreeThemAll həştəqi son ayların ən məşhur trendinə çevrilib.