Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel son günlər Ermənistanla Azərbaycan arasında yaşanan gərginliyin kontekstində Avropa İttifaqını regionda yaşayan bütün insanların rifahı naminə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiq olduğunu təsdiqləyir. Bu barədə çərşənbə axşamı Avropa İttifaqı Şurası prezidentinin mətbuat katibinin bəyanatında deyilir.
Mişel mayın 24-də hər iki ölkənin sərhəd komissiyalarının ilk tarixi iclasını alqışlayıb və Ermənistanla Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin müstəsna əhəmiyyətini vurğulayıb.
“Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı normallaşdırılması üçün həll edilməmiş bütün məsələlərin həlli, o cümlədən, gələcək sülh müqaviləsinin irəliləməsi və münaqişənin köklü səbəblərinin aradan qaldırılması vacibdir”.
Mişelin fikrincə, Dağlıq Qarabağda birinci müharibəyə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına gətirib çıxaran bütün əsas problemlər möhkəm və ədalətli sülhə şərait yaratmaq üçün bütün əlaqədar tərəflər vasitəsilə həll olunmalıdır.
“Münaqişənin istənilən irsində olduğu kimi, bu kontekstdə terminologiya xüsusilə həssasdır. Prezident Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təqdiri kimi şərh edilməməlidir. Nəticə etibarilə, ən vacibi odur ki, bütün məsələlər hərtərəfli həll olunur; bu, bütün əhali qruplarının hüquq və təhlükəsizliyini özündə ehtiva edir”, – bəyanatda qeyd olunur.
Mayın 22-də Brüsseldə regionun açılması imkanları xüsusilə müzakirə olunub. Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib. Əksinə spekulyasiyalar təəssüf doğurur.
Nəhayət, prezident Mişel əhalinin sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai ritorikanın birinci dərəcəli rol oynadığını vurğulayıb. O, Yerevanla Bakı rəhbərliyini alqışlayıb və danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin yaradılmasından üçün vicdanla işləmək niyyətində olduğunu bildirib, həmçinin Avropa İttifaqının inam tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu bildirib.
Yaxın günlərdə Avropa İttifaqının xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün regiona yola düşəcək”, – bəyanatda deyilir.
Qeyd edək ki, Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair sözügedən bəyanatında Dağlıq Qarabağın və bu regionun statusunun adı çəkilməyib. Bu, rəsmi Yerevanın narazılığına səbəb olub, Ermənistan müxalifəti isə yenidən Ermənistan hakimiyyətini milli maraqlara xəyanət etməkdə ittiham edib.