Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
İctimai fəal Bəxtiyar Hacıyev
Pelosinin Ermənistana səfərinin əsas məqsədi noyabrdakı aralıq seçkilərində erməni əsilli ABŞ vətəndaşlarından daha çox səs və daha çox ianə almaqdır. Erməni diasporası ABŞ siyasətində təşkilatlanmış olmasaydı, Nensi nəinki onlara göz yaşı axıtmaq, heç barmağını da tərpətməzdi. İndi isə onun seçkilərdə əlavə səs və pul almaq üçün səfəri nəticədə ABŞ-ın Ermənistana dəstəyi kimi görünür ki, bu da səhv və qınanılmalı addımdır.
Məni düşündürən isə 30 ildir ABŞ-da yaşamağa başlamış on minlərlə Azərbaycan əsilli şəxslərin ABŞ siyasətinə təsir edəcək gücə çevrilməməsidir. Bir əlin barmaqları ilə sayılacaq qədər ABŞ siyasətində fəal olan həmyerlimiz, 1-2 təşkilatımız var. Onlar da ya bir-biri ilə Bakıdan süni yaradılmış münaqişənin qurbanı olurlar, ya da Bakıdan maddi dəstək dayanan kimi fəaliyyətləri sıfıra düşür.
Nəticədə 30 il Qarabağ və ətraf rayonları işğal altında saxlamasına baxmayaraq səsini bir dəfə çıxarmamış ABŞ siyasətçiləri bir sərhəd insidentində dərhal Azərbaycanı təcavüzkar adlandırırlar.
Bu vəziyyəti dəyişmək mümkün idimi? Bəli. Amma bunun üçün daxili siyasətdəki ayrılıqları diaspor işindən ayırmaq lazım idi. ABŞ-da (eləcə də Avropada) yaşayan, orada təhsil alan tələbə və gəncləri təşkilatlandırmaq, onlar üçün qərarverici qurumlarda praktika imkanı yaratmaq, qərarvericilərə yaxın saxlamaq lazım idi. Keçmişdə buna cəhdlərimiz də olmuşdu, ancaq ölkə daxilindən bunun qarşısı alındı. Sırf daxili siyasi maraqlara görə. Sonra da belə işləri nazir balalarına həvalə etdilər, ataları vurulan kimi işlər də dayandı.
Ən asan şey reallıqları olduğu kimi görüb, dünya qərarvericilərini “ermənipərəst” kimi damğalamaq və sonra yeyib-içməyə davam etməkdir. Çətin və doğru olan isə reallıqları dəyişməyə çalışmaq, dünya siyasətində Azərbaycana dost qazanmağa çalışmaqdır. Bunu etməyə çalışanların isə qarşısındakı ən böyük sədd Azərbaycan daxilindədir.