19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
İlham Əliyev detalları açıqlayıb
“İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni əsas bu məsələ müzakirə olundu”.
Bunu fevralın 18-də Azərbaycanın Prezidenti İlham Əliyev Münhendə ABŞ-ın Dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra televiziya kanallarına müsahibəsində deyib.
Ölkə başçısı Laçın-Xankəndi yolundakı vəziyyətin də müzakirə olunduğunu söyləyib:
“Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin avtomobilləri keçib. Əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik. Keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. Biz tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”.
Prezident Blinken və Paşinyanla görüşün konstruktiv keçdiyini deyib:
“Bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu”.
“Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı müddəanın olması qəbuledilməzdir”, – deyə Əliyev əlavə edib.
Dövlət başçısı 3 gün əvvəl Ermənistandan Azərbaycanın təkliflərinə yeni cavab aldığını təsdiqləyib:
“İndi onları incələyirik”.
Əliyev bildirib ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini yaratmaq təklifini müzakirə etmək üçün qarşı tərəfə bir qədər vaxt lazımdır:
“Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.
Prezident Tbilisi formatını alqışladığını da bildirib:
“Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı”.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Baş nazir Nikol Paşinyan Yerevanın faktiki olaraq regionda uzunmüddətli sülh və sabitliyə zəmanət verəcək sazişin imzalanmasına nail olmaq əzmini təsdiqləyib:
“Nikol Paşinyan Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar, ekoloji və enerji böhranı faktını vurğulayıb”.
ABŞ Dövlət katibi A.Blinken isə üçtərəfli görüşdən əvvəl Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanların olduğunu deyib.
“Tərəflər diqqətlərini sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yolu ilə, həmçinin Aİ və bizimlə cəmləşdiriblər. Vaşinqton bu səyləri dəstəkləmək üçün əlindən gələni etmək əzmindədir. İstər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla,” – deyə Blinken əlavə edib.
Bu gün Ermənistanın Baş naziri Nikoil Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ATƏT-in Baş katibi Helqa Şmidt “Cənubi Qafqazda təhlükəsizlik” panel müzakirəsində də iştirak edəcəklər.