Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Sarsıntı içindəyəm

Tarix:16-12-2023, 15:47 Baxış Sayı:63

Sarsıntı içindəyəm

Milli Şuranın sədri Cəmil Həsənli
Səhəri Kamil müəllimin ölüm xəbəri ilə açdım. Heç inanmağım gəlmir. Haradasa iki həftə əvvəl Bakıya gəlmişdi. Qonşu oluruq. Ətrafdakı kafe və çay yerlərində bir neçə dəfə görüşüb saatlarca söhbət etmişdik, keçmiş illəri xatırlamışdıq. Dedi yollar açılsın bir Dərbəndə gedək. Orada türk mədəniyyəti ilə bağlı çoxlu tarixi yerlər var. Amma qismət olmadı, heç yollar da açılmadı. Sən demə vətənlə, dostlarla vidalaşmağa gəlibmiş. Son fb yazılarında tez-tez ölümdən, ayrılıqdan yazırdı. Bu da qəfil ölüm, əbədi ayrılıq. Azərbaycan böyük bir ziyalını, böyük bir alimi, nəhəng bir dilçini, təkrarsız filoloqu, tanınmış ictimai-siyasi xadimi itirdi.
O, mənim üçün sadə, səmimi Kamil müəllim idi, Kamil Hoca idi. İçində işıq gəzdirən, hər kəsə münasibətdə xeyirxahlıq sərgiləyən Kamil müəllim. Biz nəslin elmi və ictimai həyata qədəm qoymasında, ayaq tutmasında Kamil müəllimin böyük rolu olmuşdu. Ötən əsrin 70-80-ci illərindən o, gənc nəslin ağsaqqalı idi. Müdrik adam Kamil müəllim, el arasında deyildiyi kimi böyüklə böyük idi, kiçiklə kiçik. Kamil müəllimlə Universitetdə, ölkənin ziyalı mühitində, xalq hərəkatında, Xalq Cəbhəsində, Milli Şurada, elmdə birgə böyük bir yol keçmişdik. Türkiyədə yaşasa da, Milli Şuranın və Cəbhənin rəhbərliyində təmsil olunurdu, milli mənəvi baxımdan bunu özünə borc bilirdi. O, yol adamı idi. Yola da milli lider Əbülfəz Elçibəylə çıxmışdı. Ömrünün sonuna qədər tutduğu yola sadiq qaldı.
Kamil Vəli Nərimanoğlunu 1970-ci ildən tanıyıram. Həmin il mən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdum. Kamil müəllim isə Universitetin filologiya fakültəsini yenicə bitirib ümumi dilçilik kafedrasında müəllim saxlanılmışdı. Doğrusu belə uğur hər kəsə nəsib olmurdu və təhsildə, elmdə, intellektdə və ictimai işlərdə seçilən çox az tələbə birbaşa universitetdə müəllim saxlanılırdı. Həmin vaxtlar Universitet Akademiya şəhərciyinin yanında yeni binaya köçürülsə də, tarix və filologiya fakültələri o zaman ki “Kommunist”, hazırkı “İstiqlaliyyət” küçəsindəki köhnə binada qalmışdı. Növbəlilik əsasında tədris həyata keçirilsə də, demək olar ki, hər iki fakültənin tələbələri bir-birilərini yaxşı tanıyır, tez-tez hər iki fakültənin professor və müəllimləri ilə qarşılaşmalı olurdular.
Biz universitetə daxil olanda hələ şəhər həyatına alışmamış çəlimsiz kənd uşaqları idik və həmin vaxt yataqxanada qaldığımızdan tarix fakültəsinin gənc müəllimi Əbülfəz Elçibəyin “müridləri” bizi tez öz cazibələrinə sala bildilər. Məhz həmin cazibədə mən 1970-ci ilin payızında Kami Vəli Nərimanoğlunu – o vaxt deyildiyi kimi Kamil Vəliyevi tanıdım. Çox xoşgörülü, gənc, hər kəsə, xüsusi ilə tələbə və gənclərə münasibətdə qayğıkeş bir müəllim idi. Universitetdə yeni işə başlamasına baxmayaraq öz həmyaşıdlarının “ağsaqqalı” hesab edilirdi. Kamil müəllimlə tanışlığımız da elə bu zəmində oldu. Sonralar Kamil müəllim Əülfəz bəy haqqında yazdığı kitabda həmin dövrün hadisələrinin bəzi maraqlı məqamlarına işıq tuta bildi.
Ötən əsrin 70-ci illərində ədəbi mühitə, ictimai müzakirələrə yeni gənc qüvvələr gəlmişdi. İdeya istiqamətinə görə onlar artıq tənqid hədəfinə çevrilmiş 60-cılar nəslinin davamı idilər. Onların içərisində Aydın Məmmədov, Kamil Vəliyev və digərləri kimi tez-tez mətbuatda çıxış edən, radioda xalq ruhu, xalq dili və xalq ədəbiyyatı ilə bağlı verilişlər aparan, gənc alimlər var idi. 60-cı illərin liberal ideyalarından sonra 70-ci illərin əvvəllərində total bir nəzarət mexanizmi qurulduğundan cəmiyyətdə söz demək, ictimai fikrin diqqətin çəkmək çox çətinləşmişdi. 1969-cu ilin noyabrından gənc yazıçı Mövlud Süleymanlının təşəbbüsü ilə efirə gedən “Bulaq” verilişi həmin vaxtlar elin və dilin yaddaşına səyahət etmək, xalq ruhunu dilləndirmək baxımından kiçik bir imkanlar yaratmışdı. Həmin imkandan yararlanan və həm də xalqın ruhunu yararlandıranlardan bir filologiya fakültəsinin gənc müəllimi Kamil Vəli Nərimanoğlu idi.
Sonralar Kamil müəllim Azərbaycan dilçiliyi sahəsində namizədlik, doktorluq dissertasiyaları müdafiə etdi. Onun dil, ədəbiyyat, folklorla bağlı çoxlu kitabları çıxdı, ədəbi və əbədi abidəmiz olan “Kitabi-Dədə Qorqud”la bağlı araşdırmaları işıq üzü gördü, “Dastan poetikası”, “Elin yaddaşı, dilin yaddaşı”, “Linqivistik poetikaya giriş” adlı monoqrafiya və dərs vəsaitləri nəşr olubdu. Mən onun unudulmaz müəllimlərimiz professor Süleyman Əliyarlı və akademik Tofiq Hacıyev ilə “Kitabi-Dədə Qorqud”un dərin qatlarına nüfuz edən maraqlı müzakirələrinin şahidi olmuş, bu müzakirələrdən dərin zövq almış və qürur hissi keçirmişəm. 1999-cu ildə Kamil Velinin qədim dastanla bağlı öz orijinal fikir və mülahizələrini ingilis dilində “The Poetics of the Book of Dede Korkut” adlı kitabda nəşr edilməsi Azərbaycan və Türkiyə qorqudşünaslığının dünya çapına çıxmasında böyük hadisə oldu.
Sovetlər Birliyinin çöküşündən sonra Kamil Vəli Nərimanoğlunun elmi araşdırmalarının əhatə dairəsi, yayım coğrafiyası daha da genişləndi. “Kitabi-Dədə Qorqud” araşdırmalarında olan səmimiyyət, sevgi, xalq ruhuna nüfuz etmək qabiliyyəti 1994-cü ildə Ankarada nəşr olunan “Türk Dilinin Bestecisi, Ressamı ve Memarı” Yunus Emreye də keçdi. Sonra “Azərbaycanın Dövlət Dili Siyasəti” ərsəyə gəldi, “Yunus Emre’nin Poetikası”, “Türk Halk Bilimi – Türk Dili ve Poetikası – Türk Fikir Hayatı” və digər fundamental işlər çap olundu.
Kamil Vəlinin 1926-cı il Türkoloji qurultayı ilə bağlı araşdırmaları, qurultayın materiallarını dərc etməsi, sonralar Sovet repressiyalarının qurbanı olmuş qurultay iştirakçılarının həyat və fəaliyyəti ilə bağlı araşdırmaları yalnız elmi məzmuna malik olmayım, həm də mənəvi dəyər kəsb edir. 1926-cı ilin Bakı Türkoloji qurultayında əlifba məsələsində mübahisələr, dil məsələsi ətrafında müzakirələr, SSRİ-nin türk və müsəlman xalqlarının milli və mədəni inkişafı ilə bağlı mülahizələr Kamil Vəlinin qələmində yeni məzmun kəsb etdi. Hələ 1996-cı ildə biz Kamil Vəli ilə birlikdə artıq haqqın dərgahına qovuşmuş hocalarımız professor Süleyman Əliyarlı və akademik Tofiq Hacıyevin iştirakı ilə Türk Dil Kurumunun unudulmaz başkanı Ahmet Bican Ercilasunun keçirdiyi “Bakı Türkoloji qurultayının 70 illiyi”nə həsr edilmiş maraqlı bir konfransda iştirak etmişdik. Elə son görüşlərimizdə Hocamızı da soruşdum.
Kamil Vəli Nərimanoğlunun çoxtərəfli fəaliyyətinin bir siyasi tərəfi də vardır. 1992-ci ildə Azərbaycanda Elçibəyin milli hökuməti qurulanda o, Baş Nazirin müavini kimi yüksək bir vəzifə tuturdu. Həmin illərdə qısa zaman kəsiyində Elçibəy komandasının bir sıra fədakar üzvləri kimi Kamil Vəli də millətə və dövlətə xidmətin örnəyini yarada bildi, ölkənin təhsil və mədəniyyət siyasətinin sovet ideologiyasından təmizlənib milli məzmun kəsb etməsində mühüm rol oynadı və heç nəyi də öz adına çıxmaq niyyətində bulunmadı. Həmin vaxt yüksək dövlət və hökumət vəzifələrində təmsil olunan bəzilərindən fərqli olaraq Kamil Vəli Nərimanoğlu həmişə bir fikri israrla qeyd edir ki, ölkənin totalitarizmdən ümumbəşəri dəyərlərə keçirilməsi, xarici hərbi qüvvələrin Azərbaycandan çıxarılması, milli valyutanın buraxılması, iqtisadi reformalara başlanması, yeni təhsil və mədəniyyət siyasətini bilavasitə Əbülfəz Elçibəy müəyyən edirdi, komanda isə həyata keçirirdi.
Bu gün Azərbaycan elminin, ziyalılığının, ümumtürk düşüncə sisteminin ən tanınmış nümayəndələrindən biri olan Kamil Vəli Nərimanoğlu haqq dünyasına qovuşdu. O, gördüyü bütün xeyirli işlərin, xeyirli əməllərin mükafatını öz vicdanından gözləyirdi. Onun vəfatı millətin itkisidir, xalqın itkisidir, cəmiyyətin itkisidir. Bu gün ölkə bir millət xadimi ilə vidalaşır, bir xalq adamı ilə vidalaşır, adı və əməlləri ilə milli ruhu diri saxlayan bir ziyalı ilə vidalaşır. Əlvida əziz dost, böyük insan, böyük alim, böyük müəllim!скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL