Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Hökumət Yunusları ölkəyə məcburi gətirə biləcəkmi...

Tarix:6-07-2017, 09:55 Baxış Sayı:203

Hökumət Yunusları ölkəyə məcburi gətirə biləcəkmi...

Əsabəli Mustafayev: “Əgər bir şəxs məhkəməyə gəlmirsə, o zaman belə qərar çıxarılır və o, İnterpolun axtarışına verilir”

Hazırda Hollandiyada mühacir həyatı yaşayan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun ölkəyə məcburi gətirilmələri barədə Bakı Apelyasiya Məhkəməsi ölkənin daxili işlər orqanlarına müraciət edib. Qərar iyulun 3-də onların apelyasiya şikayətləri əsasında keçirilən prosesdə qəbul olunub.


Verilən qərar bəzi suallar da yaradıb. Əsas suallardan biri məhkəmənin qərarı ilə ər-arvadı DİN-in ölkəyə gətirib-gətirə bilməyəcəyi ilə bağlıdır. Məhkəmə polisdən cavab almaq məqsədilə növbəti prosesi iyulun 12-nə təyin edib.


Hüquqşünas Əsabəli Mustafayev bir şəxsin məcburi şəkildə gətirilməsi prosedurlarını sadaladı: “Bu, məhkəmə qərarı ilə olur.

Sonradan həmin şəxsi tapmaq mümkün olmadıqda axtarışa verilir. Məlum olanda ki barəsində qərar çıxarılan şəxs xaricdədir, o zaman həmin şəxsi İnterpolun axtarışına verirlər. İnstansiyalar heç vaxt beynəlxalq axtarışı həyata keçirə bilmirlər. Həmçinin hansısa dövlətin ərazisindən tutub gətirmə səlahiyyətləri də yoxdur. Bunu həmin ölkənin hüquq-mühafizə orqanları edirlər. Ola bilər ki, axtarışda olan şəxsin hansı ölkədə olması da bilinməsin. O zaman İnterpola daxil olan ölkələrə həmin şəxsin axtarışda olması barədə sorğu verilir. O şəxs tapıldıqda adətən iki cür hərəkət edilir. Birinci, dərhal həmin sorğu əsasında aid olduğu ölkəyə göndərilir. İkinci, daha çox barəsində qərar olan şəxs barədə sorğu verən ölkədən sənəd istənilir, yəni təsdiqedici sənəd. İkinci hal daha çox o zaman olur ki, saxlanılan şəxs qanunsuz təqiblərə məruz qalıb, baxışlarına görə təzyiqlər yaşayıb. O zaman onun axtarışda olması barədə səbəblərə şübhələr yaranır. Ola bilər ki, sorğu verən ölkənin sənədləri qaneedici sayılmasın və o şəxsi verməkdən həmin dövlət imtina etsin. Daha çox siyasi yönlü işlərdə sorğu verən ölkənin istəkləri təmin olunmur. Arif və Leyla Yunuslarda da belə olacağını düşünürəm. Çünki bu şəxslərin işlərinin siyasi olduğu çoxdan məlumdur. Onlar siyasi məhbuslar siyahısında idilər. Beynəlxalq təşkilatlar da bu şəxsləri siyasi məhbus kimi qəbul etmişdilər. Hökumət də bilir ki, bu səmərə verməyəcək işdir. Sadəcə, prosedura bunu tələb edir. Əgər bir şəxs məhkəməyə gəlmirsə, o zaman belə qərar çıxarılır və həmin şəxs interpolun axtarışına verilir. Güman edirəm ki, bu sorğu icra olunmayacaq, yuxarıda dediyim səbəblərə görə. Bir də onu unutmaq olmaz ki, Yunuslar barəsində Avropa Məhkəməsinin qərarı var, onların haqqında vaxtilə verilən həbs-qətimkan qərarının qanunsuz olması barədə. Hətta bu barədə beynəlxalq məhkəmənin qərarı da var. Bu baxımdan, açığı, qərar təmin olunmayacaq”.


Qeyd edək ki, Leyla və Arif Yunuslar 2014-cü ilin iyununda həbs olunublar. 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Həmin ilin dekabrında Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişib, Yunuslar şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemləri olan Yunusların müalicə məqsədilə xaricə getməsinə icazə verilib. Sonradan Ali Məhkəmə apelyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL