Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Azərbaycanda xeyli sayda gənc dövlət hesabına xaricdə təhsil alıb. Onların bir çoxu ölkədə müxtəlif ixtisaslarda fəaliyyət göstərirlər. Biz bunu daha çox tibb sahəsində müşahidə edirik. Kifayət qədər uzman həkimlər var ki, onlar Türkiyədə, Rusiyada təhsil alıblar. Ancaq uzun müddətdir ki, dövlət hesabına xaricdə təhsil proqramı bağlanıb.
Kimisi bunu xaricdə dövlət hesabına təhsil alanların geri dönmədikləri ilə əlaqələndirir, kimisi isə maliyyə çatışmazlığı ilə əlaqələndirir. Maraqlıdır, bu proqram bərpa olunacaqmı?
Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirdilər ki, hazırda ikinci dövlət proqramının həyata keçirilməsi üçün işlər aparılır. Sitat: “Sorğunuza cavab olaraq bildiririk ki, ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ümumilikdə 3558 təqaüd ayrılmışdır. Bu təqaüdlərin 63 faizi məhz magistratura və doktorantura səviyyələrində təhsil alan gənclərimizə verilmişdir. Onlardan 1534 nəfəri magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanmışdır".
Təhsil eksperti Etibar Əliyev xaricdə təhsilin hər bir ölkənin təhsil siyasətində əsas prioritet rol oynadığını dedi: “Universitetlər üzrə dünyanın nüfuzlu reytinq təşkilatları professor - müəllim heyətinin keyfiyyətini mühüm meyar kimi nəzərdə tutur. Ölkəmizdə bir çox sahələr üzrə həqiqətən peşəkar kadr çatışmazlığı hiss olunur. Düzdür, Türkiyədə tibb təhsili görmüş mütəxəssislər bu sahədə boşluğu doldurur. Lakin buna baxmayaraq mütəxəssis hazırlığı fasiləsiz olmalıdır. Bu yaxınlarda nüfuzlu ”QS" universitetlərin reytinqi təşkilatı ali məktəblərin reytinqini açıqladı. Azərbaycandan ilk yüzlüyə düşən Bakı Dövlət Universiteti (95-ci yer) və Xəzər Universiteti (100-cü yer) oldu. Bu təşkilatın 9 meyarından 3 mühüm sayılanı akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, işəgötürənlər arasında nüfuz birbaşa kadr potensialı ilə bağlı olduğundan, bu meyarı nüfuzlu universitetlərinin məzunları tamamlaya bilər. Həmin reytinq cədvəlində Qazaxıstanın 7 universiteti yer alıb. Hətta Əl-Fərabi adına Milli Universitet 10-cu yerdə qərarlaşıb. Qazaxıstan 1992-ci ildən Xaricdə Təhsil konsepsiyası əsasında 10 minlərlə gəncin dünyanın aparıcı universitetlərinin bakalavr və magistr pillələrində təhsil almalarını təmin edib. Məzunların tam əksəriyyəti isə ölkələrinə qayıdıb. Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanılmış müqavilədə qeyd olunur ki, Azərbaycan vətəndaşları tədris müddətini bitirdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmalı və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 il fasiləsiz işləməlidir. Yəni belə bir şərt qoyulub. Ancaq məsələnin mənəvi tərəfi daha böyük önəm kəsb etməlidir".
E.Əliyev Xaricdə Təhsil üzrə Dövlət Proqramının bərpasının olduqca vacibliyini dedi: “Dövlət vətəndaşına etimad göstərirsə, o, bu etimadı bilik və bacarığını ölkəsinə verməklə doğrultmalıdır. Mən universitetlərdə və digər təşkilatlarda Dövlət proqramı əsasında təhsil alıb gələnlərə xüsusi qayğı göstərilməsinin şahidi olmuşam. Xaricdə Təhsil üzrə Dövlət Proqramının bərpası olduqca vacibdir. Bu, insan kapitalının inkişafına töhfə verən faktor olmaqla yanaşı, həm də dövrün tələbidir. Düşünürəm ki, bu məsələ yaxın vaxtlarda həllini tapmalıdır”.