Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Hakimiyyət Rusiyanın xoşuna gəlmək üçün bunu da etdi

Tarix:10-05-2019, 14:39 Baxış Sayı:346

Hakimiyyət Rusiyanın xoşuna gəlmək üçün bunu da etdi

ADR sədri, iqtisadçı alim Qubad Ibadoğlu rus bölmələrində təhsil alanlar üçün büdcədən vəsait ayrılmasına münasibət bildirib. Q.Ibadoğlu hesab edir ki, bunun üçün dövlət büdcəsindən vəsait ayrılmasını yalnışdır. Bununla bağlı Q.Ibadoğlunun statusunda deyilir:

“Bu il rus bölmələrində təhsil alanlar üçün büdcədən 100 milyon manata qədər vəsait xərclənəcək.

Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 4,5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilindədir, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Müqayisə üçün qeyd edim ki, son 3 idə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. Belə ki,
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınıb. Onlardan 9 faizi və ya 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda ibtidai məktəblərin rus bölməsinin 1 sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir.
2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,1 faiz təşkil edir.
Bu il ərzində ümumi təhsilə 1 milyard 289 milyon 100 min manat xərclənəcək.
Bu məlumatlardan belə qənaətə gəlmək olar ki, rus bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərdə payı 7,5 faiz təşkil edir. Bu isə o deməkdir ki, ümumi təhsilə ayrılan 1 milyard 289 milyon 100 min manat lıq büdcə vəsaitinin 7,5 faizi və ya 96,7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir.
Müstəqil ölkənin başqa bir dövlətin dilinin inkişafı üçün cari ilin büdcəsindən 100 milyon manata qədər vəsait ayırması hər bir şəxsi narahat etməlidir. Burda millətçilik və ya anti-rus elementləri axtarmağa dəymir. Mən Azərbaycanda rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Sadəcə bunun üçün dövlət büdcəsindən vəsait ayrılmasını yalnış hesab edir və növbəti ilin büdcəsində bunun nəzərə alınmasını təklif edirəm. Çünki, təhlillər göstərir ki, bu məqsədlə xərclənən büdcə vəsaitlərinin həcmi sürətlə artır. Heç şübhəsiz ki, növbəti il üçün bu məqsədlə büdcədən ən azı 100 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulur.
Hesab edirəm ki, ümumi dövlət məktəblərində tətbiq olunan 1-ci sinifdən birinci, 5-ci sinifdən ikinci xarici dil öyrədilməsi davam etdirilməlidir. Bu zaman rus dili də seçimlərdən biri ola bilər. Eyni zamanda tədrisi rus və digər dillərdə olan özəl məktəblərin də fəaliyyətinə şərait yaradılmalıdır. Hazırda Bakı şəhərində tədrisi ingilis, türk dilində olan çoxlu özəl məktəblər fəaliyyət göstərir. Belə olan halda tədrisi rus dilində aparan özəl məktəblər niyə olmasın?”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL