Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
“Vaxtilə sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsili ilə bağlı qəbul edilən qanunda defektoloq-loqoped mərkəzlərin, ciddi bioloji komissiyaların yaradılması nəzərdə tutulmuşdu. Lakin həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev komitənin bugünkü iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi III oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, defektologiya pedaqogikanın bir hissəsidir və bütün dünyada da belə qəbul olunub: “Defektoloq-loqopedlər fiziki, psixi qüsurlu uşaqlarla məşğul olurlar. Bu gün Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarında da loqopediya-defektologiya müəllimlik peşə ixtisasında gedir və pedaqoji universitetlərdə bu ixtisasla bağlı dövlət standartarı qəbul edilib. Loqopediya olduqca mürəkkəb sahədir. Onun tədris planlarının daxilində fiziologiya, nevrologiya, psixologiya var. Bütün dünyada nitq qüsurlarının aradan qaldırılmasına diqqət göstərilir. Çünki təfəkkürün inkişafı nitqdən asılıdır. Nitqdə qüsur varsa, yaradıcı, müstəqil təfəkkürün inkişafına nail olmaq mümkün deyil".
B.Əliyev çıxışında qeyd edib ki, Azərbaycanda da loqoped-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla, bununla bağlı Nazirlər Kabinetinə təkliflər verilə bilər: "Bundan əlavə, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, rayon icra hakimiyyətləri, bələdiyyələr bununla bağlı çıxış edərək sözügedən fakültənin ali məktəblərdə açılması ilə bağlı məsələyə baxa bilərlər. Bu mütəxəssislərin məktəbəqədər təhsilə cəlb edilməsi də mütləq məsələdir”.
Deputatın sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri yalnız ali pedaqoji təhsilə malik olmalıdırlar: “Məktəbəqədər təhsilə ölkəmizdə xüsusi diqqət yetirilir. Bununla bağlı müəyyən proqramlar qəbul olunub və həyata keçirilib. Məktəbəqədər təhsilə cəlb olunan uşaqlar ilk növbədə Azərbaycan dilində təhsil almalıdır. Uşaqlarımız ilk növbədə Azərbaycan dilini öyrənməlidirlər. Təfəkkürümüzü də o ruhda formalaşdırmalıyıq".