Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Ali məktəblərə boş qalan plan yerlərinin aqibəti necə olacaq?

Tarix:14-09-2017, 10:39 Baxış Sayı:159

Ali məktəblərə boş qalan plan yerlərinin aqibəti necə olacaq?

Kamran Əsədov: “Hər bir universitetdən azı 200 nəfər qəbul olunduğu ixtisas üzrə qeydiyyatdan keçmədi”

Artıq bir neçə gündən sonra tələbə adını qazanan gənclər yeni tədris ilinə başlayacaqlar. Bu il ali məktəblərə kifayət qədər boş plan yerləri qaldı. Bu plan yerlərinə qəbul baş tutsa da, yenə də boş qalan yerlər var. Buna isə səbəb tələbə adını qazanan gənclərin qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməməsidir. Onların oxumaqdan imtina etməsinin isə müxtəlif səbəbləri var. Ancaq bu səbəblərdən ən birincisi ödənişli ixtisaslara qəbul olan uşaqların təhsil haqqını ödəyə bilməmələri, bundan əlavə, hansısa rayondan, kənddən gəlib paytaxta yerləşmək, ev tutmaq və burada yaşamaq, təhsil almaq üçün ailənin maddi imkanının çatmamasıdır. Modern.az saytının məlumatına görə, bu il Azərbaycan Dillər Universitetinə (ADU) 1420 plan yeri ayrılıb və birinci mərhələdə 1333 abituriyent qəbul olunub. Onlardan 1317 nəfər qeydiyyatdan keçib, 16 nəfəri isə qeydiyyatdan keçməyib. Əlavə yerləşdirmədə 8 abituriyent qəbul olunub və 1 nəfər qeydiyyatdan keçməyib. Azərbaycan Dövlət Pedaqoji Universitetində isə (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, 2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Universitetə 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6 faiz yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6 faizini təşkil edir. 2 nəfər isə 600-dən yuxarı bal toplayıb. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə qəbulu üçün plan yeri isə 1725 nəfərlik olub. Universitetə 1607 abituriyent qəbul olunub. Bu da təxminən 93,1 faiz göstəricidir. Qəbul olunan, ancaq qeydiyyatdan keçməyənlərin sayı birinci turda 20 nəfər, ikinci turda isə 4 nəfər olub. Qərb Universitetinə 650-yə yaxın tələbə qəbul olunub. Qeydiyyatdan keçməyənlərin sayı isə 45 nəfər olub. Bakı Avrasiya Universitetinə isə 480 yer ayrılıb. 474 abituriyent universitetə qəbul olunsa da, onlardan 432 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində universitetə daxil olan ən yaşlı abituriyentin 48, ən azyaşlısının isə 15 yaşı var. 48 yaşlı Quba rayon sakini Əfsəl Qazıyev və 15 yaşlı Tovuz rayon sakini Elcan İsayev Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qəbul olublar.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, iki tur nəticəsində ali məktəblərə qəbul üçün müəyyən olunmuş plan yerlərinin 95 faizinə abituriyentlər qəbul olub: “İlk növbədə qeyd etmək istəyirəm ki, 2017-2018-ci il üçün ali məktəblərin 160 ixtisası üzrə qəbul aparıldı və ümumilikdə 43000 plan yeri ayrılıb. Onlardan I qrup üzrə 14000, II qrup üzrə 12500, III qrup üzrə 10000, IV qrup üzrə 3300, V qrup üzrə isə 3200 yer nəzərdə tutulmuşdu. Qeyd etmək istəyirəm ki, bu ildən etibarən qəbul imtahanları iki dəfə keçirildi. Nəzərinizə çatdırım ki, yaz qəbul imtahanında 31 min 383 nəfər müsabiqə vəziyyətini ödəyib. Yay qəbul imtahanını da nəzərə alsaq, kəsilən 32 min 837 nəfərdən haradasa 10-12 mini 200 baldan artıq bal toplamaqla, təxmini plan yerlərini doldura bilər. Bundan əlavə, vurğulayım ki, ötən il 41 min 736 plan yeri vardısa, onun da 34 min 224-ü tutulmuşdu. İndi 43000 min plan yeri var. Amma bu, o demək deyil ki, mütləq hamısı tutulmalıdır. Birinci qəbuldan sonra bu turda tutulmayan və boş qalan plan yerlərinə ikinci dəfə qəbul həyata keçirildi. İki tur nəticəsində ali məktəblərə qəbul üçün müəyyən olunmuş plan yerlərinin 95 faizinə abituriyentlər qəbul oldu. Lakin 54 ali təhsil müəssisəsinə qəbul olmuş bütün abituriyentlər gedib qeydiyyatdan keçmədi. Belə ki, onların müəyyən hissəsi qəbul olduğu ixtisasdan razı qalmadı və digər hissəsi isə təhsil haqqı ödəmək imkanı olmadığı üçün qeydiyyatdan keçmədi. Bu, heç də kiçik rəqəm deyildi. Belə ki, hər bir universitetdən azı 200 nəfər qəbul olduğu ixtisas üzrə qeydiyyatdan keçmədi. Bunun əsas səbəbi universitetlərin müəyyən etdiyi təhsil haqlarının yüksək səviyyədə olması və təhsil haqqını ilin əvvəlində tələb etməsidir.

K.Əsədov bildirdi ki, plan yerləri dolmayan ali təhsil müəssisələri gələcək fəaliyyətləri barədə ciddi şəkildə narahat olmalı və düşünməlidirlər: “Onlar ya tələbə cəlb etmək üçün güzəştə getməli, ya da məğlubiyyəti qəbul edib, bağlanmalıdır. Məsələn, jurnalistika ixtisasına qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanlarının keçirilməsinə başlanıldığı son 3 ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetinin və digər universitetlərin jurnalistika fakültəsinin Azərbaycan dili bölməsi üçün ayrılan plan yerləri tam dolub. Lakin rus dili bölməsinə qəbul çox aşağı səviyyədə olub. Ona görə də bir neçə universitet özlərində rus bölmənin ləğv edilməsini həyata keçirib. 2016-cı ildə 600 plan yerindən yalnız 68-i (11.33%) tutulan Odlar Yurdu Universitetinin rəhbərliyinin bir il ərzində həyata keçirilən tədbirləri, bununla yanaşı, çıxış yolunu təhsil haqlarını aşağı salmaq kimi mühüm addımlar atmışdı ki, 2017-ci ildə plan yerinin dolması ciddi şəkildə artdı. Əlbəttə ki, plan yerlərinə qəbul olmaması universitetə təsirsiz ötüşməyəcəkdi. Universitet artıq endirim kampaniyalarına start verib. I turda qəbul olunan tələbələr 4 il ödəniləcək təhsil haqqının 20%-indən azad olunublar. Hətta 2016-cı ildə II turda boş qalan yerlərə qəbul olunanlar I kursun ödənişlərindən azaddırlar. Universitetdə bütün ödənişli əsaslarla oxuyan tələbələr əla qiymətlərlə oxuduqları halda onlardan növbəti il üçün təhsil haqqı alınmaması kimi ciddi şəkildə islahatlar aparılıb. Əlbəttə ki, bütün bunlar müsbət addımdır və universitetin tələbələri cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edən addımlardır”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL