Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

“Diplomu tanınmayanların çoxu qanunsuz köçürülmə yolu ilə gələnlərdir”

Tarix:27-09-2017, 12:25 Baxış Sayı:284

“Diplomu tanınmayanların çoxu qanunsuz köçürülmə yolu ilə gələnlərdir”

Azərbaycanda diplomların tanınma məsələsi hələ də aktual olaraq qalır. Lakin 4 il əziyyətlə oxuyub diplom ala bilməyənlərin çoxu imtahansız xarici ölkələrin ali məktəblərində oxuyan gənclər olur. Onlar ali təhsillərini başa vurduqdan sonra ya diplom ala bilmir, ya da aldıqları diplomu Azərbaycanda tanıda bilmirlər.

 

Bu dəfə isə diplom ala bilməyənlər Azərbaycanın ali təhsil müəssisələrində oxuyanlardır. Belə ki, Azərbaycan ali məktəblərində oxuyan 2500-dən çox gənc diplom ala bilməyib. 2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinə ümumilikdə 33 880 gənc qəbul olub. Onlardan dövlət ali təhsil müəssisələrinə 28 839 nəfər, özəl ali təhsil müəssisələrinə isə 5 041 nəfər qəbul olub. Təhsil Nazirliyindən verilən məlumata görə, 2016/2017-ci tədris ilində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini bakalavriat səviyyəsi üzrə bitirənlərin (diplom alanların) sayı ümumilikdə 30 457 nəfər olub. Onlardan 22 100 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan, 4 372 nəfəri digər dövlət qurumlarının tabeliyində olan, 3985 nəfəri özəl təhsil müəssisələrini bitirib. Nəzərə alsaq ki, 2013/2014-cü tədris ilində Azərbaycan Tibb Universitetinə qəbul olan 932 gəncdən 104 nəfəri (4 illik əczaçılıq fakültəsi) bu il oranı bitirib. Bu da o deməkdir ki, 828 tələbə hələ də təhsilini davam etdirir. Yekun nəticəyə görə, bu il 3423 nəfər diplom ala bilməyib. Bu saydan da ATU-da tədrisini davam etdirən 828 tələbəni nəzərə alsaq, deməli, azı 2595 tələbə diplomsuz qalıb.

 

Qeyd edək ki, daha çox diplom ala bilməyənlər qeyri-qanuni yollarla xarici ölkələrin tanınmayan ali məktəblərinə qəbul olub, sonra yenidən qeyri-qanuni yolla Azərbaycan universitetlərinə köçürülən tələbələrdir. Ancaq maraqlısı budur ki, 3-4 il ali məktəbdə parta arxasında oturan tələbə, adı jurnala yazılan tələbə aidiyyəti qurumların gözündən yayına bilir. Nəticədə isə itirən tərəf tələbə olur. O, həm pulunu, həm də zamanını qeyb edir.

 

 

Təhsil eksperti Kamran Əsədov diplom ala bilməyən gənclərin böyük əksəriyyətinin xarici ölkələrdən köçürülmə yolu ilə gələnlər olduğunu dedi: “İlk növbədə qeyd edim ki, hər il ali məktəblərə müəyyən sayda plan yeri ayrılsa da, onların heç də hamısı müəyyən olunmuş vaxtda təhsillərini başa vura bilmir. Onların bir hissəsi semestr imtahanları zamanı müvəffəqiyyət qazana bilmədiyi, qiymət ala bilmədikləri üçün, digər hissəsi ödənişli əsaslarla təhsil aldığı və təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoymalı olur. Bir qisim tələbə də var ki, onlar hər il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə qəbul imtahanlarında müəyyən olunmuş keçid balını toplaya bilmir və Dərbəndin, Dağıstanın, Rusiyanın, Ukraynanın hansısa ali təhsil müəssisəsinə qəbul olur. Bir ildən sonra isə hansısa yolla Azərbaycan universitetlərinə köçürülməsi həyata keçirilir. Bildiyiniz kimi, DİM elektron məzun sistemi yaradıb və ora ancaq rəsmi şəkildə ali məktəblərə qəbul olmuş şəxslər barəsində məlumat daxil edilir və 4 ildən sonra yalnız elektron bazada haqqında qəbul əmri və məlumatı olan şəxslərə dövlət nümunəli təhsil sənədi - diplom verilir. Bu gün diplom ala bilməyənlərin böyük qismini xarici ölkələrdən köçürülmə yolu ilə gələnlər təşkil edir”.

 

Ekspertə görə, diplom almaqla bağlı yaşanan bir problem də bəzi ali təhsil müəssisələrinin məzunlarına vaxtında sənədlərini verməməsi ilə bağlı yaşanır: “Belə ki, tələbələr iyun-iyul aylarında məzun olsalar da, onlar noyabr-dekabr ayına qədər diplomlarını ala bilmirlər. Halbuki ”Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarına görə, diplomlar məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilməlidir. Lakin bu qaydalar kobud şəkildə pozulur".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL