29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Dünyanın axarına, böyük dövlətlərin azadlıq əldə etmə tarixləri fonunda inkişaf mərhələlərinə və nəyi hansı zaman, hansı müddətə, necə əldə etdiklərinə nəzər saldıqda Azərbaycanın müstəqillik tarixində bir sıra nailiyyətlərə çox sürətlə çatdığını görürük. Qısa zamanda formalaşan, uğurlar əldə edən sahələrdən biri də məhz QHT sektorudur.
Hələ 90-cı illərin lap əvvəllərində - Azərbaycan müstəqillik qazandıqdan dərhal sonra ölkəmizdə müxtəlif ictimai birliklər, hüquq-müdafiə təşkilatları formalaşmağa başladı. Qısa bir zamanda, təxminən 96-97-ci illərdə artıq Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı formalaşmışdı, fəaliyyət göstərirdi. Düzdür, həmin vaxtlar QHT-lərin əksəri siyasi müstəvi üzərində çalışırdı. Onların hamısı xaricdən maliyyələşirdi. Onu da iddia etmirik ki, xaricdən alınan qrantların hamısı ziyanlı məqsədlərə xərclənirdi. Amma zaman və təcrübə göstərdi ki, xarici donorların əksəriyyətinin niyyəti həmin təşkilatlar vasitəsi ilə öz məqsəd və siyasi iddialarını ölkəmizdə təmin etmək idi. Bu, həmin vaxta təsadüf edirdi ki, ölkədə bir QHT bumu yaşanırdı. Haqqı çatan-çatmayan, başı çıxan-çıxmayan – hərə bir təşkilat yaradıb qrant almaq istəyirdi. Gerçək QHT fəaliyyəti göstərmək, yəni vətəndaş cəmiyyətinin formalaşmasına sağlam şəkildə dəstək vermək istəyənlər isə bu “tozanaqda” itib –batırdılar. Məhz belə bir ərəfədə Azərbaycan dövləti prosesləri normal məcraya yönləndirmək üçün uğurlu bir addım atdı.
2007-ci il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında prezident İlham Əliyev fərman imzaladı. Fərman imzalandıqdan cəmi 4 ay sonra qurum tam formalaşaraq, strukturlaşaraq fəaliyyətə başladı. QHT Şurasının yaradılması vətəndaş cəmiyyəti sektorunda ciddi uğurların qısa müddətdə qazanılmasına səbəb oldu.
İlkin vaxtlarda əksər QHT-lərin rəhbərləri burada söhbətin nədən getdiyinin fərqinə varmaq istəmirdi, çoxları müqavimət göstərirdi. Hətta bəziləri alternativ Şuralar təsis etməyə cəhdlər də göstərirdi. Axı onlar bilirdilər ki, QHT Şurası yaradılandan və milli donorluq edildikdən sonra qısa müddətdə bu sektordakı xaosun aradan qaldırılmasına nail olunacaq. Qeyri-sağlam şəkildə, öz korporativ maraqlarını önə çəkərək, milli maraqları, dövlətin mənafeyini nəzərə almadan haradan gəldi böyük qrantlar “qapazlayıb nuş edən”lər isə xaosun qalmasında maraqlı idilər.
Lakin belə olmadı. Dövlət QHT Şurasını yaratdıqdan, yəni sağlam şəkildə fəaliyyət göstərmək istəyən təşkilatlara maliyyə yardımını öz üzərinə götürdükdən sonra bu sahədə bir nizam-intizam da yaradıldı. Bu gün QHT sektorunda kifayət qədər intizamın şahidi oluruq. Əlbəttə, bundan narazı olanlar da var. Hansı ki, o şəxslərin məqsədləri hesabatlılıq şəraiti olmadan siyasi layihələr həyata keçirmələri üçün xaricdən böyük qrantlar alıb, mənimsəməkdir. Sonra isə həmin layihələr üzrə verilən yalançı, saxta rəqəmlərlə dolu hesabatlar dövlətimizin əleyhinə çevrilir(di). Elementar bir nümunə: Bir neçə il öncə QHT-lərdən biri xaricdən aldığı qrantla Azərbaycanda ailə-məişət zorakılıqlarına dair layihə həyata keçirmişdi. Sonda guya mükəmməl iş görüntüsünü yaradıb, aldığı qrantın dalından rahatlıqla keçmək üçün Azərbaycanda bir ildə guya 145 qadının başının kəsilməsi haqda BMT-yə yalan məlumat göndərib. Bundan Azərbaycanın düşmənləri ölkəmizə qarşı uzun illər istifadə etdilər, azərbaycanlıların vəhşi obrazının yaradılmasına çalışdılar. Bir çox hallarda isə siyasi azadlıqlar adı altında ayrılan qrantların mənbəyi gedib ermənilərə çıxırdı. Bir çoxlarının ermənilərlə birlikdə (bilərəkdən və ya bilməyərəkdən) Azərbaycana qarşı layihələr icra etdikləri də aşkarlanmışdı.
Nəhayət, dövlət bu sektorda mükəmməl bir qanunvericilik bazası formalaşdırdı. Əlbəttə, bu qanunvericilik xaricdən sağlam şəkildə qrant almağı yasaqlamır. Sadəcə, qanunvericilik çirkli, siyasi təxribatlar məqsədlər üçün ayrılan vəsaitlərin qarşısını almağa yönəlib. Yəni artıq xaricdən gələn pulların məqsədi sağlam deyilsə, onu müvafiq dövlət qurumları təsdiq etmirsə, təxribatçı layihələrə ayrılan vəsaitlər geri qaytarılır. Sağlam məqsədlərə xidmət edən vəsaitlər isə təyinatı üzrə yönləndirilir.
Təbii, Azərbaycanda bu mexanizmin tətbiqindən xüsusi ilə Əli Kərimli cəbhəsinə yaxın olan “qrantyeyənlər” narazıdır və durmadan beynəlxalq təşkilatlara donoslar yazmaqda davam edirlər. Amma başa düşmürlər ki, hüquqi dövlət quruculuğundan dəm vurduqları halda, öz maddi maraqları üçün bu sahədə xaosun olmasına maraq göstərmələri onları Avropada gülüş hədəfinə çevirir...
QHT sektorunun sağlam fəaliyyəti üçün Avropa, Qərbdə qaydalar, nəzarət daha sərtdir. Məsələn, tutaq ki, Asiyadakı hansısa bir təşkilat Londonda siyasi təlatüm yaratmaq üçün Britaniya təşkilatlarından birinə qrant ayırmaq fikrinə düşür. Mümkün deyil ki, həmin QHT o vəsaiti əldə edə bilsin Britaniyada. O adamlara ağır cəzalar da verirlər. Eləcə də, Rusiyada, Ukraynada, Moldovada və s. QHT-lər də bu prinsiplə işləyir. Dövlət əleyhinə yönələn qrantları özünə hörmət edən, təhlükəsizliyinin qeydinə qalan dövlətlər dövriyyəyə buraxmır.
Azərbaycanda bu sektorda düzənin yaranmasına heç şübhəsiz ki, QHT Şurasının böyük töhfələri, təşəbbüsləri, zəhməti var. Həm bir media təmsilçisi, redaktor, həm də ictimai fəal olaraq ekspert, layihə rəhbəri kimi öz müşahidələrimi bölüşmək istərdim:
QHT Şurasının rəhbəri Azay Quliyev bu sektoru dərindən bilən, Azərbaycana QHT anlayışını gətirən ilk şəxslərdən biri olaraq, kifayət qədər təcrübəli şəxs olduğundan cəmi 10 il ərzində böyük uğurlara nail olunub. Məsələn, bu gün QHT Şurasına layihələr təqdim edən ictimai birliklər kağız-qovluq içərisində itib-batmırlar. Layihələr, hesabatlar, müraciətlər elektron qaydada qəbul edilir, kənar təsirlər olmadan ekspertizadan keçirilir, qiymətləndirilir. Bu cür mükəmməl sistemi hətta 20 ildir fəaliyyət göstərən digər qurumlar hələ tətbiq edə bilməyib. QHT Şurasının Katibliyində, rəhbərliyində kifayət qədər professional şəxslər çalışır. Fərasət Qurbanov, Vüsal Quliyev, Sənan Nəcəfov, Elməddin Behbud, Fərid Qəhrəmanov, Emin Məmmədov, Şahin Məhərrəmov, Xanım Cəbrayılova, Amid Mirzəyev, Toğrul Turabov və adını çəkmədiyim Şura əməkdaşları öz bacarıqları, səmimiyyəti ilə vətəndaş cəmiyyətinin nüfuzunu qazana biliblər. Eyni zamanda QHT Şurası mətbuatla daim sıx əməkdaşlıq edib, bu da onların ən böyük uğurlarından sayılmalıdır.
Bütün Şura üzvlərini, Katibliyin əməkdaşlarını və QHT sektorunda təmsil olunan şəxsləri 10 illik yubileylə bağlı təbrik edirəm!
Elşad MƏMMƏDLİ