11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
Bu postsovet ədəbi ənənənin özülünü 23 il öncə mərhum yazıçımız Rafiq Tağı qoymuşdu. O zaman o, qəzetimizlə əməkdaşlıq edirdi, həftədə bir dəfə ədəbi-publisistik janrda, sosial-siyasi mövzularda esse yazırdı.
Rəhmətliyin çox gözəl qələmi vardı. Bir mövzunu atomlarına qədər xırdalamağı, ortaya yeni, heç kəsinki ilə üst-üstə düşməyən fikirlər qoymağı bacarırdı. Onda bir xasiyyət vardı, müqəddəs, toxunulmaz elan edilmiş ədəbi bütlərə qarşıydı. Arada ictimaiyyətin birmənalı olaraq, korifey, klassik ədib kimi qəbul etdiyi şəxslərin yaradıcılığında “səhvlər tuturdu”.
1995-cı ilin sonlarında Rafiq Tağı elə bir yazı yazmışdı, həyatını xalqımızın maariflənməsinə həsr edən, cəmiyyətin əyər-əskiklərini satirik dillə göstərən böyük yazıçımız Mirzə Cəlili “kollaborasionist” (düşmən tərəfə keçib öz xalqına güllə atan) adlandırmışdı. Onun bu adqoymasının şübhəsiz ki, haqsız tərəfləri yoğun idi, amma bunu sadəcə, bir təşbeh, ədəbi yozum idi və ürəyə salmamaq gərəkirdi.
Əvəzində Mirzə Cəlilin pərəstişkarları, həmyerliləri, eləcə də özünü Mirzə Cəlil məktəbinin davamçıları sayanlar Rafiqin üzərinə görünməmiş hücuma keçdilər, onu təhqir etdilər.
Bundan sonra o, nə vaxt öz adından ictimai-siyasi arenada, mətbuat dairələrində bəhs olunmasını istəyirdisə, “toxunulmaz klassiklər”in birini sərt tənqid edirdi və adı günlərlə hallandırılırdı.
Ədəbi yaradıcılığa yeni başlayan bəzi gənclər də o yolu tutdular. Bu yol millətin müsbət planda qəbul etdiyi tarixi və ədəbi şəxsiyyətləri pisləməklə, hazırda sağ-salamat olan məşhur və tanınmış simaların adını mənfi planda hallandırmaqla qalmaqal yaratmaq, öz adının çəkilməsini intensivləşdirmək və bu yolla tanınmaq, şöhrət qazanmaq yolu idi.
Onlardan elələri vardı ki, hər yazısında yeri gəldi-gəlmədi, 15-20, bəzən 30-40 tanınmış adamın adını çəkirdi. Təbii ki, o məqalənin dərc olunduğu qəzet bir neçə gündən sonra olsa da, adı çəkilən şəxslərin əlinə düşürdü. “Zərərçəkənlər”dən bəziləri hiddətlənsə də, heç bir tədbir görmürdü, bəzliləri isə həmləyə keçir, “düşməni susdurmaq”, “onun ağzını cırmaq” yolu seçir, cavab yazır, ya da müsahibə verirdilər.
Tanınmaq istəyən gənc qələm sahiblərinə də elə bu lazım idi. Siyasi arena, ədəbi mühit onlardan danışırdı, tanımayanlar da tanıyırdı ki, belə də bir cəsarətli gənc yazar var.
Ən pisi o idi ki, belə şöhrətpərəst gənclər üçün isə qoruq-qaytaq yox idi. Onlar eyni şövqlə Səməd Vurğunu, Rəsul Rzanı, Rəşid Behbudovu, Qədir Rüstəmovu tənqid edirdilər. Üzeyir Hacıbəyova dil uzadanlar olurdu. Hələ sovet vaxtında, sağlığında reputasiyası xoşagələn olmayan Süleyman Rüstəm də öz payını alırdı. Mehdi Hüseyn, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Vaqif Səmədoğlu da kənarda qalmırdı. Onsuz da həmişə tənqid olunan siyasətçilər vaxtaşırı yada salınırdı.
Bu gənclərin bir işi də vardı ki, onlar adı ətrafında qalmaqal yaranacağı gözlənilməyən simalara toxunmurdular. Əsasən o adamlara “ilişirdilər” ki, fəal züryətləri, oxucuları, pərəstişkarları var və kimsə onlardan ötrü irəli durub “ayırdetmə prosesi” başladacaq, əks-hücuma keçəcək.
Nə yazıq ki, populyarlaşmanın bu yolu hələ də şöhrətə gedən ən kəsə yol statusunu qoruyur.
Gənc yazıçı-jurnalist Kəramət Böyükçölün durub-dururkən Xəlil Rza Ulutürkün ünvanına o sayaq sözlər yazması və ona qarşı yazılanlar yuxarıda sözünü etdiyim xanədən olan vaqiədir, böyük ehtimalla.
Ancaq nə Xəlil Rza Ulutürk o sözləri haqq edir, nə də Kəramətin ucuz şöhrətə ehtiyacı var. Bu gənc son illərdə ölkəmizdə yetişən ən istedadlı yazıçılardan biridir. Onun gözəl qələmi, rəvan təhkiyəsi, unikal yanaşmaları, dibsiz səmimiyyəti var. Şöhrətə kəsə yolla çatmasına heç ehtiyacı yoxdur. Onun məhsuldar jurnalistliyinin zaman-zaman yazıçılığını üstələməsi də dərd ediləsi bir şey deyil, gərək özü də bunu kompleksə çevirməsin. Bəzən sosial şəbəkədəki qeydlərindən hiss olunur ki, o, yazıçılığının axsadığını, başqa qalmaqallı yazıçıların kölgəsi altında qaldığını düşünür.
Xəlil Rza Ulutürk haqqında isə cəmi bir söz demək kifayətdir. O, bir şəhid atasıdır, doğma, əziz oğlunu canından çox sevdiyi vətənin yolunda qurban verib. Ta nə olsun? Ona qarşı nəsə yazmağa adamın əli gəlməsin gərək...
Xalid Kazımlı