Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Səadət Cahangir
Avropalılar məşhur hun imperatoru Atillaya “Tanrının qamçısı” adı vermişdilər. Səbəbini bilirsiniz, gənc yaşlarından Avropanın üçdə ikisindən çoxunu zəbt edib öz imperatorluğuna qatmışdı. Cəsurluğu və savaşçılıq istedadı inanılmaz idi. O üzdən, çoxları ona mütləq sehrli bir əlin yardımçı olduğuna inanırdı. Tanrı Atillaya niyə yardım edirdi? Bəlkə, içindəki azadlıq hissinin böyüklüyünə, sərhəd tanımayan cəsurluğuna, sonsuz inadına, yorulmazlığına görə. Bəlkə, başqa səbəblərə görə, kim bilir. Gerçəkdən, gözəgörünməz qüvvə insana yardım edirmi? Etməsi üçün insanın edəcəkləri nədir o zaman?..
Məşhur Türkiyə qəzetlərinin birində redaktorlar üçün seminar keçirən ekspert Türklərin dünyanın ən pessimist millətlərindən biri olduğunu iddia edir. Bunu isbat etmək üçün kiçik bir test keçirir. O, bitişik sözlərdən ibarət bir cümlə verir və iştirakçıların onu bir neçə saniyə içində oxumalarını istəyir. Cümlə belə idi: “THEGODISNOWHERE”. İştirakçıların hamısı bu cümləni
“The God is no where”(Tanrı heç yerdə yoxdur) səklində oxuyur. Ekspert acı-acı gülümsəyir, “tam gözlədiyim kimi” deyə mızıldanır. Qərb ölkələrində keçirilən seminarlarda iştirakçılar bu cümləni belə oxumuşdular: “THE GOD IS NOW HERE”, yəni “Tanrı indi buradadır…”
Seminar aparan ekspertin fikri ilə razılaşıb-razılaşmayacağımız başqa məsələ. Amma siz ədalətin dəyərə çevrildiyi cəmiyyətlərdə insanların Tanrını axtardığını gördünüzmü? Oralarda hüququ tapdanan insanların üzünü qanun keşikçilərinə deyil, göylərə çevirdiyinə şahid oldunuzmu? O cəmiyyətlərdə haqqı yeyilən kimsənin ah-nalə qoparıb, gözəgörünməzi köməyə çağırdığını eşitdinizmi? Onların başlarına bəla gətirənləri “göydəkinə” tapşırıb, dinməz-söyləməz çəkilib evlərində oturduğunu duydunuzmu? Onların öz haqq davalarında yorulub geri çəkildiyinə, güzəştə getdiyinə bir misal çəkə bilərsinizmi? Yoxsa o cəmiyyətlərdə hər kəsin imansız, dinsiz, inancsız olduğunu düşünürsünüz? Əsla, elə deyil. Məsələ tam fərqlidir. Məsələ ondadır ki, orda artıq insanlar üçün Tanrı hər yerdədir. İş ondadır ki, orda insanlar Tanrını çoxdan öz vicdanları kimi qəbul etməyə başlayıblar. Orda insanlar özlərini etdikləri pisliklərin, danışdıqları yalanların, yediyi haramların, tapdadığı ayaqların cəzasını hansısa şəkildə çəkəcəklərinə inandırıblar. Orda insanlar fərd olaraq öz həyatlarını dəyişdirməyin gərgin bir çalışmada, axtarışda, dirənişdə olduğunu anlayıblar çoxdan. Onlar psixoloji cəhətdən bu yolda qarşılarına çıxan əngəlləri aşmağın çətinliklərinə hazırdırlar. Çünki o cəmiyyətlərdə qanun birmənalı olaraq haqlı insanların tərəfindədir. Orda ədaləti pozanlar, haqlının haqqına girənlər çox uzağa gedə bilməzlər. Orda qanun heç bir halda insanları bezdirib Tanrını “narahat etmək” həddinə çatdırmaz. Əsas fərq budur, əslində…
Tanrı bizim üçün nə edə bilər? Cavab sadədir. Əvvəlcə həyatımızı dəyişmək üçün özümüz özümüz üçün yaxşı nələr edə biləcəyimizi düşünək. Sonra başqalarına da əl uzatmağı unutmayaq. Sonra…Sonra Tanrını axtarmağa ehtiyac qalmayacaq, o özü yardım edəcək…