Anons

Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

Dünən, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

Haqqımızda Əlaqə

Xocalı soyqırımı barədə kiçik və vacib bir qeyd

Tarix:27-02-2018, 17:21 Baxış Sayı:259

Xocalı soyqırımı barədə kiçik və vacib bir qeyd

Natiq Güləhmədoğlu

Xocalı soyqırımı bizim hamımız üçün dərddir, faciədir. Ondan ölkədaxili siyasi rəqiblərə qarşı hər hansı formada istifadə olduqca lazımsız, qınanmalı haldır. Amma nə edəsən, məhz bu mövzuda uzun illərdir, mənsub olduğum siyasi düşərgə rejimin ağlagəlməz, iftira dolu ittihamlarına məruz qalıb. Odur ki, tarixi həqiqətlərin üzə çıxması, cilalanması üçün elə o rejimin öz rəsmi sənədlərinə istinadən bir xırda, amma çox vacib xatırlatmanı etməliyəm.

Soyqırım nə zaman olub? Bəli, 1992-ci ilin 26 fevralında. “Cəbhə” nə zaman hakimiyyətdə olub? İyun, 1992 – iyun, 1993. Cəmi bircə il. Dövlətin fundamentinin qoyulduğu, odlu-alovlu müharibənin getdiyi bir zaman, elədirmi? Biz qisas anlamında nə etmişiksə, elə o zaman etmişik – bunu döyüşənlər, hətta döyüşdən yayınıb kolluqda gizlənən fərarlər də yaxşı bilir. Müzəffər ordumuz Xankəndinin lap astanasında idi. Bu, məsələnin mənəvi tərəfi. İndi material tərəfinə baxaq.

Sərəncam: Tarix 1993 il, 20 fevral. “Xocalı faciəsi zamanı həlak olanların ailələrinə maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”.

İndi isə keçirik, “ulu öndər”in zamanına. O 1993-cü ilin yayından hakimiyyətdə idi. Baxırıq onun rəhbər olduğu 6 aya. Xocalı ilə bağlı nəsə varmı? Xeyr.

Ok. 1994-ə baxaq. Bir şey varmı? Bomboşdu!

Bəs 1995-də necə, doğrudanmı heç nə olmayıb? Yoxdur, yox!

Yaxşı, bəs 1996-da? Axı Heydər Əliyevin artıq prezident kimi müddətinin yarıdan çoxu keçib, hələ də “Xocalı soyqırımı” ilə bağlı bir şey yoxdurmu? Məyus olacaqsınız, təəssüf ki, belədir. Nə sərəncam var, nə təminat, nə başqa şey.

Tamam, 1997-ci ilə baxaq, ürəyimizə damıb ki, nəsə olacaq…Var, var, yanılmadınız. Amma nə? Gəlin, birlikdə oxuyaq.
Sərəncam: “Xocalı Soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı. Bakı şəhəri, 25 fevral 1997-ci il”.

1993-cü ildən 1995-ci ilə qədər (atəşkəsəcən) hərb sahəsində itkilərimizdən də söz açmağa gərək yoxdur.

Mən sükut edirəm, nə lazımdı əlahəzrət faktlar dedi.

İstinadım: Mədəniyyət və Turizim Nazirliyinin 2012-ci ildə nəşr etdiyi “XOCALI SOYQIRIMI – 20/ BİBLİOQRAFİYA/
BAKI – 2012” kitabdır.

P.S. Bir illik “Cəbhə” hakimiyyətində Xocalıya dair 5 (beş) kitab çıxıb. Hakimiyyət dəyişikliyindən sonra isə 1994-ci ilə 0 “sıfır”, 1995-ci ildə isə cəmi 1 “bir” kitab nəşr edilib.

Xocalıya Bakıda qoyulan abidənin də sərəncamı bəylərin hakimiyyətdə olduğu vaxt verilib. 1993-cü ilin fevralında.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL