Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

“Sülhpərvər”lərin qıcanmış dişləri

Tarix:25-01-2017, 14:45 Baxış Sayı:222

“Sülhpərvər”lərin qıcanmış dişləri

Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı jurnalistə verdiyi cavabda yeni bir fikir yox idi, bu, sadəcə, siyasi həyasızlığın açıq mimikayla yenidən ifadəsiydi. 
 
Lavrovdan qabaq eyni fikirləri hələ 20 -23 il öncədən ATƏT-in Minsk Qrupunda  ABŞ-ı təmsil edən həmsədrlər də deyiblər - Presseldən Uorlikə qədər. 
Onlar da daima deyirdilər və deyirlər ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil, tərəflər konflikti danışıqlar yolu ilə həll etməlidirlər.
Eyni qurumda təmsil olunan fransalı həmsədrlər ermənilərə qarşı daha ilıq idilər və elədirlər.
Taleyranin xələfləri də Azərbaycanın bu münaqişənin həll etmək üçün hərbi gücdən istifadə etmək variantını birmənalı və qəti olaraq qəbul etmirdilər və etmirlər.
İndiyə qədər rusiyaı həmsədrlərin içində də başqa söz deyən olmayıb. Hətta onların içində açıq-aşkar ermənipərəst olanlar vardı - məsələn, Kazimirov.
Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsindən danışan elə bir əcnəbi diplomat və ya siyasətçi olmayıb ki, münaqişənin hərbi yolla həllinə dair müsbət söz desin. 
Bu xüsusda hamı sülhprvərdir, hamı dinc nizamlama tərəfdarıdır. Qarabağ Küveyt, İraq, Suriya,Əfqanıstan deyil ki, haqq-ədaləti bərpa etmək istəyən koalisiya qüvvələri işğalçıya müəyyən vaxt verə, tutduğu ərazini boşaltmadığı təqdirdə hərbi əməliyyata başlaya.
Belə şey olmayıb və olmayacaq. Böyük dövlətlər Azərbaycanın işğal olunmuş, Dağlıq Qarabağa aid olmayan rayonlarının erməni separatçıları tərəfindən 23 ildən artıq müddətdə əldə saxlanılmasına həmişə dözümlü yanaşıblar və yanaşırlar.
Biz bu daxili işimizi çoxdan böyük dövlətlərin (ABŞ, Rusiya, Fransa, eləcə də İran, Türkiyə, Almaniya, İngiltərə) boş vaxtlarının müzakirə predmetinə çevirmişik. “DQR” məsələsi çoxdan BMT, ATƏT kimi beynəlxalq təşkilatların məşğul olduğu bir “daxili iş”dir. 
Göründüyü kimi, Lavrovun jurnalist Anar Həsənovun sualına cavab verərkən “bu münaqişə Azərbaycanın daxili işi deyil” deməsi boşuna deyil. 
Söhbət qonşu dövlətin - Ermənistanın Azərbaycana hərbi təcavüzündən, ərazi iddiasından gedir. “Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ” söhbəti isə Ermənistanın ərazi iddiasını pərdələmək, ona hansısa formada legitimlik qazandırmaq cəhdidir. 
Sabah qonşu İran Azərbaycanın bir neçə rayonuna hücum edib, onu qoparmağa çalışsa, biz, əlbəttə ki, “heç kəs qarışmasın, bu, Azərbaycanın daxili işidir” deməyəcəyik. Əksinə, dünya birliyini, hərbi müttəfiqlərimizi köməyə çağıracağıq. 
Hipotetik olaraq, belə bir hadisənin baş verəcəyini təsəvvür etsək, onu da deməliyik ki, bu gün Qarabağ məsələsində susan, sülhdən danışan qüdrətli dövlətlər ləngimədən İrana qarşı effektli tədbirlər görər, aqressora geri çəkilmək üçün vaxt verərlər. 
Durum budur. Qarabağın taleyinə münasibətdə böyük dövlətlərin (ATƏT-in Minsk Qrupu həmsədrlərinin) mövqeyi az qala tam olaraq üst-üstə düşür. Onların mövqeyi Ermənistanın mövqeyinə daha yaxındır, hər zaman açıq tekstlə deməsələr də, vaxtaşırı eyham edirlər ki, Qarabağın müstəqilliyinin tanınması (başqa sözlə, Ermənistana birləşdirilməsinin qəbul edilməsi) münaqişənin həlli ola bilər. 
Azərbaycan isə bu variantla razı deyil və güman ki, heç vaxt da razı olmayacaq. Çünki əsrlərdir davam edən bu münaqişə, belə görünür ki, heç vaxt bitməyəcək. Ermənilərin iştahası tükənən deyil, amma  Azərbaycanın hər əsrdə bir az kiçilən ərazisinin bir həddi-hüdudu var. 
Bəs elədirsə, Lavrovun, daha dəqiqi, Rusiyanın Qarabağ məsələsində hər kəsə bəlli olan mövqeyinin son ifadəsi nədən bu qədər ajiotaja səbəb oldu, insanları hiddətləndirdi?
Çünki kartlar açıldı, hər zaman ütülü ifadələr pıçıldayan diplomat dodaqları çırmandı və qıcanmış dişlər göründü, ermənilərlə bizi daima tutaşdıran rusun həlledici anlarda qolumuzu tutub bizi döydürdüyü ortaya çıxdı. Və bu çox qeyri-diplomatikcəsinə, sinikliklə ifadə edildi.
Əslində bizi hiddətləndirən də həmin həyasızlıqdır. Biz güclü ola-ola qolumuzun tutulması səbəbindən aciz duruma salınmağımıza hiddətlənirik.
Xalid Kazımlı
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL